"Web3" (həmçinin Veb 3.0 olaraq tanınır [1][2][3]) Ümumdünya hörümçək torunun yeni bir iterasiyası olub, məzmunu desentralizasiya, blokçeyn texnologiyaları və token əsaslı iqtisadiyyat kimi konseptləri əhatə edən bir ideyadır.[4] Bəzi texnoloqlar və jurnalistlər onu Veb 2.0 ilə müqayisə ediblər. Burada məlumat və məzmunun əsasən "Böyük Texnologiya" adlandırılan sayca kiçik şirkətlər qrupunda mərkəzləşdiyini söyləyiblər.[5] "Web3" termini 2014-cü ildə Ethereum həmtəsisçisi Gavin Vud tərəfindən irəli sürülüb və bu ideya 2021-ci ildə kriptovalyuta həvəskarları, böyük texnologiya şirkətləri və vençur kapitalı firmaları tərəfindən maraqla qarşılanıb.[5][6] Web3 anlayışı ilk dəfə 2013-cü ildə təqdim edilmişdir.[7][8]
Tənqidçilər sərvətin kiçik bir qrup investor və fərdə mərkəzləşdirilməsi[9] və ya daha geniş məlumatların toplanması səbəbindən məxfiliyin itirilməsi ilə bağlı narahatlıqlarını ifadə etdilər.[10]İlon Mask və Cek Dorsi kimi milyarderlər "Web3"-ün dəbə görə deyilən sadə bir söz və ya marketinq termini kimi xidmət etdiyini iddia edirlər.[11][12][13]
Veb 1.0 və Veb 2.0 müxtəlif texnologiyalar və formatlar vasitəsilə inkişaf etdiyi üçün Ümumdünya İnternet tarixindəki dövrlərə aiddir. Veb 1.0 təxminən 1989-cu ildən 2004-cü ilə qədər olan dövrə aiddir, burada əksər saytlar statik səhifələrdən ibarət idi və istifadəçilərin böyük əksəriyyəti məzmun istehsalçıları deyil, istehlakçılar idi.[14][15] Veb 2.0 "veb platforma kimi"[16] ideyasına əsaslanır və digər xidmətlər arasında forumlara, sosial mediaya və şəbəkə xidmətlərinə, bloqlara və vikilərə yüklənmiş istifadəçi tərəfindən yaradılmış məzmuna əsaslanır.[17] Veb 2.0 ümumiyyətlə 2004-cü ildə başlamış sayılır və indiki günə qədər davam edir.[16][18][5]
Web3 Tim Berners-Linin 1999-cu ildə Semantik veb konsepsiyasından fərqlidir.[19] 2006-cı ildə Berners-Li Semantik vebi Veb 3.0-ın bir komponenti kimi təsvir etdi. Bu blokçeyn kontekstlərində "Web3" mənasından fərqlidir.[20]
"Web3" termini Polkadot qurucusu və Ethereum həmtəsisçisi Gavin Vud tərəfindən 2014-cü ildə "blokçeyninə əsaslanan mərkəzləşdirilməmiş onlayn ekosistem"ə istinad edərək yaradılmışdır.[1] 2021-ci ildə "Web3" ideyası populyarlıq qazandı.[21]Kriptovalyuta həvəskarlarının yüksək profilli texnoloqlar və şirkətlərin investisiyaları sayəsində 2021-ci ilin sonuna doğru marağları artdı.[5][6] Vençur kapitalı firması Andreessen Horowitz-in rəhbərləri siyasətçilərin mübarizə apardıqları internetin tənzimlənməsi ilə bağlı sualları müzakirə etmək üçün 2021-ci ilin oktyabr ayında Vaşinqtona səfər etdilər.[22]
↑Fenwick, Mark and Jurcys, Paulius, The Contested Meaning of Web3 and Why it Matters for (IP) Lawyers (January 27, 2022). Available at SSRN: Şablon:SSRN or http://dx.doi.org/10.2139/ssrn.4017790