"Xəzər Xəbər" jurnalı — Xəzər Universitetinin jurnalı.
"Xəzər Xəbər" jurnalı 1995-ci ilin yanvar ayında Xəzər Universitetinin qəzeti kimi fəaliyyətə başlamış, müxtəlif səpkili xəbərləri, elmi və publisistik yazıları özündə ehtiva edən və ayda bir, bəzən iki dəfə dövriliklə meydana çıxan mətbu orqanı olmuşdur. 1997-ci ilin yanvar ayından başlayaraq Xəzər Xəbər jurnal şəklində çıxmağa başlamış və tezliklə ayda iki dəfə olmaqla sabitləşmişdir. 2000-ci ilin aprel ayından başlayaraq jurnalın hər sayı 40 səhifəlik həcmdə nəşr olunmuşdur. 2003-ci ilin aprel ayından başlayaraq jurnal mərkəzində hər sayıda dəyişən şəkillər olmaqla mavi rəngli cilldə çıxmışdır. Nəhayət, 2010-cu ilin yanvar ayından etibarən "Xəzər Xəbər" jurnalı yeni formatda nəşr olunur; ayda bir dəfə 80 səhifə həcmində və qismən rəngli olmaqla jurnal daha məzmunlu və daha gözəl şəkil aldı.
Təsisçisi Xəzər Universiteti, baş redaktor u Xəzər Universitetinin qurucusu və rektoru professor Hamlet İsaxanlı dır. Redaksiya heyətinə Azərbaycan ın görkəmli elm və mədəniyyət xadimləri daxildir.
"Xəzər Xəbər" məzmununa görə elmi-kütləvi, ədəbi-publisistik nəşr kimi fəaliyyət göstərir. Jurnalda azərbaycan, ingilis, rus dillərində və Türkiyə türkcəsində tələbə həyatı, təhsil yenilikləri, elm, incəsənət, siyasət, ədəbiyyat, mədəniyyət, turizm və idman a aid müxtəlif materiallar və maraqlı xəbərlər dərc olunur.
Xəzər Xəbər jurnalı Xəzər Universitəsi Nəşriyyatı nın məhsuludur və Xəzər Universitetinin mətbəəsində çap olunur. Jurnal abunə yolu ilə və pərakəndə satış vasitəsilə yayılır.