Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsi

Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsi -Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsi.

İqtisadiyyat və Menecment fakültəsi
Xəzər Universiteti

Yaradılma tarixi 1991
Dekan Ceyhun Məmmədov
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Ünvan B. Səfəroğlu küç. 122, AZ1022
Digər məlumatlar
Sayt www.khazar.org

Tarixi[redaktə | mənbəni redaktə et]

Əsası 1991-ci ildə qoyulan İqtisadiyyat və Menecment fakültəsi Azərbaycanda ən aparıcı işgüzar fakültəyə çevrilmiş, tədris proqramlarının və dərslərinin hazırlanıb təqdim edilməsindəki keyfiyyət və yenilikçi təşəbbüsünə görə beynəlxalq nüfuz qazanmışdır. Fakültə Azərbaycanda regional tələblərə uyğun açıq Qərb təlim sisteminin tətbiqi və inkişafında birinci olmuşdur. İqtisadiyyat və Menecment fakültəsi ali təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə proqramlar təklif edir.

Özünün peşəkar professor-müəllim heyətinə malik fakültənin əsas missiyası İqtisadiyyat, Beynəlxalq İqtisadiyyat, Marketinq, Maliyyə, Mühasibat, Menecment, Beynəlxalq Biznes və digər sahələrdə inkişafa meyilli, milli və beynəlxalq işgüzar mühitdə uğurla çıxış edəcək mütəxəsislər hazırlamaqdır.

Fakültənin tam ali təhsil proqramları isə xüsusi ilə uğurlu və təcrübəli iş adamlarının akademik tələblərinə uyğun və eləcə də iş həyatında ilk addımlarını atan tələbələr üçün biznes və idarəetmə anlayışları haqqında ətraflı məlumatla təmin etməyi nəzərdə tutmuşdur.

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

1997-ci ildən fakültəyə idarəetmə (menecment) üzrə mütəxəssis, texniki elmlər doktoru, professor Məhəmməd Nuriyev rəhbərlik etmişdir. 2010-cu ildən etibarən isə fakültəyə rəhbərlik iqisad elmləri doktoru, professor İnqilab Əhmədov tərəfindən həyata keçirilir.

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Fakültədə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

Departamentlər[redaktə | mənbəni redaktə et]

İqtisadiyyat və Menecment[redaktə | mənbəni redaktə et]

İqtisadiyyat və Menecment kafedrası İqtisadi Nəzəriyyə, Maliyyə və Menecmentin əsas sahələri üzrə beynəlxalq aləmdə tanınmış akademik ekspertlər qrupunu yaratmış və gənc tədqiqatçıları elmi tədqiqat işi aparmaları üçün müvafiq elmi mühit ilə təmin edir. Departamentin müxtəlif layihələrdə elmi yaradıcılıq məhsulları davamlı olaraq milli və beynəlxalq mükafatlara layiq görülür.

Xüsusilə, İqtisadiyyat və Menecment kafedrası enerji sahələrinin iqtisadiyyatı üzrə elmi araşdırmalarına görə böyük nüfuza malikdir və bu sahədə Azərbaycanda aparıcı tədqiqat institutudur. Departamentin akademik heyətinin menecment sahəsində praktiki və nəzəri tədqiqatları maliyyə risklərinin idarə olunması, strateji idarəetmə və insan kapitalının idarə olunmasında yaranan problemlərin tədqiqini əhatə edir.

Hüquq[redaktə | mənbəni redaktə et]

Hüquq departamenti Universitetin aparıcı qurumlardan biridir. О, Хəzər Universitetinin əsası qоyulduğu gündən, 1991-ci il tariхində yaradılmışdır. Departamentin fərqləndirici хüsusiyyəti qismində müəllimlər tərəfindən tədris və tədqiqat sahəsində innоvasiyaların tətbiqini və tələbələrin tədris sahəsində göstərdiyi fəallığı göstərmək оlar.Tədris prоsesində azərbaycan və ingilis dillərindən istifadə оlunur. Ingilis dilindən tədris dili kimi istifadə оlunması həm tələbələrin, həm də fakültənin tədris, tədqiqat, peşəkar fəaliyyətində yardım edir, оnlara dünyada peşəkar cəmiyyətlə ünsiyyət üçün yeni imkanlar yaradır. Departamentdə 12 nəfərə yaxın professor-müəllim heyəti çalışır.

Hüquq departamentinin əsas elmi tədqiqat sahələri: dövlət və hüquq nəzəriyyəsi və tarixinin problemləri; konstitusiya hüququ; bələdiyyə hüququ; inzibati hüquq; bazar iqtisadiyyatına keçid şəraitində mülki hüququn problemləri; əmək hüququ; biznes hüququ; cinayətkarlığın səbəb və şəraitinin öyrənilməsi, aradan qaldırılması proflaktikasını işləyib hazırlanması; ədalət mühakiməsinin həyata keçirilməsi münasibətlərinin tənzimlənməsi; cinayətlərin açılmasında, istintaqında və məhkəmə baxışında elmi-texniki vasitələrin tətbiqi məsələləri; cinayətlərin istintaqının taktiki məsələləri.

Beynəlxalq əlaqələr[redaktə | mənbəni redaktə et]

Fakültənin elmi-tədris əlaqələri Cənubi Koreyadan ABŞ-yə, Misirdən Norveçə qədər uzanır. Georgia State University (Atlanta, ABŞ), South Connecticut State University (ABŞ), University of California at Los Angeles (UCLA, ABŞ), The Nottingham Trent University (İngiltərə), İnstitute Superieur de Commerce İnternational de Dunkerque (İSCİD, Fransa), İnstitut de Preparation a l’Administration et a la Gestion (İPAG, Fransa), Bİ Norwegian School of Management (Norveç), Stockholm School of Economics in Riga (Latviya), Korean Development Institute (Seoul), Malaysian İnstitute of Economic Research (Malayziya), Caucasus Business School (Tbilisi, Gürcüstan) kimi bir sira aparıcı beynəlxalq ali təhsil müəssisələri ilə fakültənin müəllim və tələbə mübadiləsinin aparılmasına, qarşılıqlı olaraq kadrların hazırlanmasına böyük önəm verilir. Hazırda fakültədə ABŞ-dən, Böyük Britaniyadan, Fransadan, Çindən, Əlcəzairdən, Misirdən, Nigeriyadan, Hindistandan, Rusiyadan, Qazaxıstandan, Gürcüstandan, İrandan xeyli tələbə təhsil alır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]