Xankəndi şəhər stadionu

Xankəndi şəhər stadionuAzərbaycanın Xankəndi şəhərində futbol stadionu.

Xankəndi şəhər stadionu
Xəritə
Yeri Xankəndi
Təməli qoyulub 1955
Tikilib 1956
Tamaşaçı tutumu 15.000 nəfər
Ev sahibi komanda Qarabağ Xankəndi FK (1991-ci ilə qədər)
Qarabağ FK[1](2023-cü ildən)
Meydançanın ölçüləri 110x70 metr
Ot örtüyü süni örtüklü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadionun 1955-ci ildə inşasına başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. İlk dəfə İosif Stalinin adı ilə adlandırılmışdır. Bir neçə il sonra adından İosif Stalinin adı götürülərək "Stepan Şaumyan adına mərkəzi stadion" adlandırılmışdır. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra "Xankəndi şəhər stadionu" adına qayıdılmışdır.[2]

SSRİ dövründən stadionda Qarabağ Xankəndi FK klubu ev oyunlarını keçirirdi. 2023-cü ildə Azərbaycanın nəzarəti altına qayıtmışdır. Həmin ilin oktyabrında "Qarabağ Ağdam" klubu növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilməsi haqqında Azərbaycan mətbuatında məlumat yayılmışdır. Bunun üçün ilk növbədə stadionda müəyyən bərpa işləri həyata keçirilməsi planlaşdırılmışdır.[3]

  1. ""Qarabağ" Xankəndində ev oyunlarını bu tarixdə keçirəcək - SON DƏQİQƏ". Sportinfo.Az (az.). 23 oktyabr 2023. İstifadə tarixi: 23 oktyabr 2023.
  2. ""Qarabağ" ev oyunlarını Xankəndində keçirə bilər! - trend.futbol". 18 okt 2023.
  3. ""Qarabağ" ev oyunlarını Xankəndində keçirə bilər!". 18 okt 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]