Ağsu şəhər stadionu — Azərbaycanın Ağsu şəhərində yerləşən futbol stadionu. Açılışı 30 oktyabr 2011-ci ildə olmuşdur.
Ağsu şəhər stadionu | |
---|---|
Yeri | Ağsu, Azərbaycan |
Təməli qoyulub | 29 oktyabr 2009 |
Açılış tarixi | 30 oktyabr 2011 |
Tamaşaçı tutumu | 3.000 |
Ev sahibi komanda | Ağsu |
Ot örtüyü | Süni ot örtüyü |
Üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir.[1] Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.[2]
"Ağsu" futbol klubu ev oyunlarını bu stadionda keçirir.