Naxçıvan şəhər stadionu (tam adı İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu[2]) — Naxçıvan şəhərində fəaliyyət göstərən idman obyekti[3]. Tutumu 12.800 nəfərdir. "Araz-Naxçıvan" FK ev oyunlarını bu stadionda keçirir.
Naxçıvan şəhər stadionu | |
---|---|
Tam adı |
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu |
Yeri | Naxçıvan, Azərbaycan |
Təməli qoyulub | 1962-1964 |
Açılış tarixi | 1966 |
Yenidən qurulma tarixi | 2013 |
Tamaşaçı tutumu | 12.800[1] |
Ev sahibi komanda | "Araz-Naxçıvan" FK |
Meydançanın ölçüləri | 110 x 60 |
1964-cü ildə tikilən stadion 2000-ci ildə yenidən qurulmuş, tamaşaçı tutumu 12 min 800 nəfərə çatdırılmışdır. Lakin ötən müddətdə istifadə olunan stadionun yenidən qurulmasına ehtiyac yaranmışdır. 2013-cü ilin may ayından etibarən stadionda yenidənqurma işlərinə başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Ümumi sahəsi 17 min 700 kvadratmetrdir.[4]