Xəzər Lənkəran Mərkəzi Stadionu[1][2][3][4] — Lənkəran şəhərində yerləşən və "Xəzər Lənkəran" futbol klubuna məxsus olan stadion.[1] "Xəzər Lənkəran"ın ev oyunlarında anşlaq olduğuna və azarkeşlər tərəfindən güclü dəstək göstərildiyinə görə sadion qeyri-rəsmi olaraq "Fırtınalar meydanı" adlandırılır.[5][6][7][8][9][10][11][12][13][14][15]
Xəzər Lənkəran Mərkəzi Stadionu | |
---|---|
Tam adı | Xəzər Lənkəran Mərkəzi Stadionu |
Qeyri-rəsmi adı | Fırtınalar meydanı |
Yeri | Lənkəran, Azərbaycan |
Açılış tarixi | 11 avqust 2006 |
Tikinti xərcləri | 15.000.000$ |
Sahibi | Mübariz Mənsimov |
Tamaşaçı tutumu | 15.000 |
Ev sahibi komanda | Xəzər Lənkəran FK |
Ot örtüyü | Təbii |
Vikianbarda əlaqəli mediafayllar |
Xəzər Lənkəran Mərkəzi Stadionu 11 avqust 2006-cı ildə rəsmi istifadəyə verilib. Stadion Mübariz Mənsimova məxsus olan Palmali Şirkətlər Qrupunun maliyyə vəsaiti ilə tikilib. Tikintiyə 15 milyondan çox ABŞ dolları xərclənib. Açlış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "Xəzər Lənkəran FK"-nun fəxri prezidenti Mübariz Mənsimov iştirak edib.[1] Elə həmin gün "Xəzər Lənkəran" öz stadionunda ilk rəsmi matçına çıxdı. Azərbaycan çempionatı çərçivəsində keçirilən qarşılaşmada "Xəzər Lənkəran" əzəli rəqibi "Nefçi" ilə qarşılaşdı. Öz stadionunda ilk qarşılaşmada Lənkəran təmsilçisi "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdi.[16]
Xəzər Lənkəran Mərkəzi Stadionu UEFA-nın bütün standartlarına cavab verir. Stadion 15 min (15.000) tamaşaçı tutumuna malikdir. Burada 25 kvadratmetrlik işıq tablosu quraşdırılıb. Stadionda uşaq futbolunun inkişafı üçün nəzərdə tutulmuş xüsusi meydançalar var. Təbii ot örtüyü ilə təchiz olunub. Tribunlarının üstü örtülüdür.[17]