Yaxınlaşan fırtına (Kurbe)

"Yaxınlaşan fırtına" və ya "Tufanın qopması" (fr. Le coup de vent, ing. The Gust of Wind), (ing. The Approaching Storm) — 1865-ci ildə fransız rəssamı Qüstav Kurbe tərəfindən yağlı boya texnikası ilə pezaj üslubunda çəkilmiş bir mənzərə tablosu. Tablonun ölşüləri 146,7 × 230,8 sm-dir.[1].Hyuston İncəsənət muzüyində sərgilənən bu əsəri muzeyə Kerolayn Viss Lou (ing. Caroline Wiess Law) hədiyə etmişdir[1].

“Yaxınlaşan fırtına”
fr. Le coup de vent
Rəssam Qüstav Kurbe
Tarixi 1865
Üslubu Peyzaj
Texnikası Yağlı boya, kətan
Ölçüləri 146,7 sm × 230,8 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer İncəsənət muzeyi
İnventar nömrəsi 2002.216

Süjeti[redaktə | mənbəni redaktə et]

Tablo Qüstav Kurbenin ölçücə ən böyük peyzajı sayılır. Əsərin yuxarı sol küncündə qara bulud axını seyr edilməkdədir. Qopmaqda olan tufan palıd ağacının budaqlarını əyərək sanki qayalıq torpaqdan onu kıkündən qoparmağa hazırlaşır. Ola bilsin ki, tablonun mənzərəsi Fransanın Fontenblo meşəsindən seçilmişdir. Ön plandan sanki yumuşaq günəş şüaları dağ yamacını işıqlandırır[1][2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Gustave Courbet — The Gust of Wind". The Museum of Fine Arts, Houston. 2012-12-29 tarixində orijinalından (HTML) arxivləşdirilib. İstifadə tarixi: 03.11.2012.
  2. "Teaching with Art — The Gust of Wind, Gustave Courbet". The Museum of Fine Arts, Houston. 2012-12-29 tarixində orijinalından (HTML) arxivləşdirilib. İstifadə tarixi: 03.11.2012.


Mənbələr[redaktə | mənbəni redaktə et]