Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu — 27 iyul 1983-cü ildə "Erməni İnqilab Ordusu"nun Lissabondakı (Portuqaliya) Türkiyə səfirliyinə hücumu.
Terror aktının nəticəsində 7 nəfər həlak olmuşdur o cümlədən 5 nəfər terrorçu, 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlu.
Şahidlərin ifadələrinə əsasən həmin günün səhəri saat 10.30 da səfirliyin qarşısına iki ford markalı avtomobil yaxınlaşır, onlardan biri səfirliyin qarşısında dayanır digəri isə səfirliyin dayanacağında. Maşınlar səfirliyi qoruyan portuqaliyalı polisin diqqətini cəlb edir, iki gün əvvəl həmin maşında qələn naməlum şəxslər viza almaq istədiklərini bildirmişdilər, onların sənədlərini soruşanda, tələsik oranı tərk etmişdilər. Polis əməkdaşı dünənki maşının yenidən gəldiyini səfirliyə xəbər verir, özü isə terrorçuların olduğu avtomobilə yaxınlaşır. Bu zaman terrorçulardan biri atəş açaraq polisi yaralıyır, lakin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının cavab atəşi ilə atəş açan terrorçu öldürülür. Səfirliyin binasına daxil ola bilməyəcəklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirin igamətkahına daxil olaraq səfirliyin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlunu və onun 17 yaşındakı oğlu Atasayı qirov götürürlər. Terrorçular qirovları saxladıqları otağı minalayaraq, hücum olacağı təqdirdə oranı partladmaqla hədələyirlər. Hadisə ilə bağlı Portuqaliya hökumətinin təcili iclası keçirilir, və qirovları azad etmək üçün yeni yaradılmış xüsusi təyinatlı polis dəstəsindən istifadə etmək qərara alınır. Lakin xüsusi təyinatlılar əməliyyata başlamadan əvvəl terrorçular bombanı işə salırlar. Partlayış yerinə baxış keçirərkən polis 6 yanmış cəsəd aşkar edir, bunlar terrorçuların Cahidə Mıxçıoğlunun və portuqaliyalı polis Manuel Paçekonun cəsədləri idi. Sonradan məlum olub ki səfirliyin binası ilə yaxşı tanış olan polis Manuel Paçeko hucum barədə rasiyadan xəbər tutub və səfirliyə yollanıb o, heç kimin gözünə dəymədən qirovların saxlandığı yerə daxil ola bilib. Qirovlardan biri 17 yaşlı Atasay son anda pəncərədən atlayaraq qaçmağa müvəffəq olub, amma terrorçular onu ayağından yaralayıblar.
Terror aktına görə məsuliyyəti öz boynuna götürən "Erməni inqlab ordusu" Asoşeyted Pres informasiya agentliyinə göndərdiyi yazılı açıqlamada terror aktını bu sözlərlə izah edirdi.
"Biz bu binanı partladmaq və onun qalıqları altında qalmaq fikrinə gəlmişik bu özünə qəsd və ağılsızlıq deyil, bu azadlıq mehrabına bir qurbandır"
Həmçinin terrorçular bildirirdilər ki, bu aksiya Türkiyənin və onun müttəfiqlərinin "erməni soyqırımını" tanımamasına bir cavabdır. Terrorçular Portuqaliyaya Livan pasportları ilə turist kimi daxil olmuşdular. Terrorçular 19 yaşlı Setrak Adjemyan, 20 yaşlı Ara Kavrikyan, 21 yaşlı Sarkis Abraxamyan, 21 yaşlı Simon Yahniyan, və 19 yaşlı Vaçe Daqliyan idi. Terrorçular Beyrutdakı erməni qəbiristanlığında dəfn olunublar, hər il Livanın erməni icması onların ölümünün ildönümünü təntənə ilə qeyd edir. Lissabon beşliyinə erməni şairi Ovanes Şirazın "Lissabonlu özünü yaxanlar" şeri həsr olunub. Bundan əlavə Vaqe Oşakanın "Telefon" hekayəsi və Qarnik Sarkisyanın "İnq Ay Serder" (5 erməni ürəyi) mahnısı həsr olunub.