Orli hava limanında terror aktı

Orli faciəsi — 15 iyul 1983-cü ildə ASALA-nın Parisin Orli beynəlxalq hava limanında həyata keçirdiyi terror aktı.

Orli hava limanında terror aktı
Ümumi məlumatlar
48°43′24″ şm. e. 2°22′46″ ş. u.HGYO
Tarix 15 iyul 1983
Silah(lar) Partlayıcı maddələr
Ölü sayı
  • 8
Yaralı sayı
  • 55
Paris Orli hava limanı

Bu terror aktı nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olanlar arasında Fransa, ABŞ, İsveçTürkiyə vətəndaşları vardı. Partlayışdan dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs etmiş, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirilmiş və 6 nəfərə terror aktının təşkili ilə əlagədar ittiham irəli sürülmüşdür. Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da yer alırdı. Karapetyan oz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrdə bildirmişdir ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarənin içində təyyarə göydə olarkən partlamalı imiş. Lakin terrorçuların planı baş tutmayıb və bomba vaxtından əvvəl partlayıb.

Həmçinin Karapetyan öz ifadələrində bildirmişdir ki, bombanın hazırlanmasında Türkiyə vətəndaşı olan erməni Ovanes Semerçi də iştrak edib.

Həbs olunmuş ASALA üzvləri ilə yanaşı polis Türkiyə vətəndaşı olan milliyətcə erməni Nair Soneri də həbs etmişdir. Nair Soner elektron cihazlar üzrə mütəxəssis olduğuna görə terrorçular bombanın hazırlanmasında onun da köməyindən yararlanmışlar.

Fransa hökumətinin reaksiyası

[redaktə | mənbəni redaktə et]

Fransada o zaman iqtidarda olan və erməni terrorçularına simpatiyasını gizlətməyən sosialistərin təşkil etdiyi hökumət Orlidəki terror aktından sonra, terrorçulara qarşı müəyyən tədbirlər görmək məcburiyyətində qalmışdır. Belə ki məhkəmənin gərarı ilə Karapetyan ömürlük həbsə məhkum olunmuşdur. Beynəlxalq mətbuatda isə Fransa hökuməti ilə terrorçular arasında sövdələşmənin olduğu barədə məlumatlar yayılmışdır.

Məhkəmə və azadlığa buraxılma

[redaktə | mənbəni redaktə et]

Məhkəmə prosesi zamanı Karapetyan istintaqa verdiyi ifadələrdən imtina etmiş və digər ittiham olunanlarla birgə terror aktında iştirakını boynuna almamışdır.

1985-ci il martın 3-ü məhkəmənin qərarı ilə Karapetyan ömürluk, Nair Soner 15 il, Ovanes Semerçi isə 10 il azadlıqdan məhrum olma cəzasına layiq görülmüşlər. Məhkəmə hökmün bu dərəcədə yumşaq olmasını işdə "bəraət qazandırıcı" faktların olması ilə izah etmişdir.

2001-ci ildə, yəni 17 illik həbsdən sonra Karapetyan həbsdən azad edilərək Ermənistana deportasiya olunmuşdur. 2001-ci il mayın 4-də Karapetyanla görüşən Ermənistan respublikasının baş naziri Andranik Markaryan terrorçunun azad olunması ilə əlagədar öz sevincini qizlətməmiş və Markaryanı bu münasibətlə təbrik etmişdir. Bundan bir qədər əvvəl isə İrəvanın icra başçısı terrorçunu ev və işlə temin etməyi öz boynuna götürmüşdür.

Hazırda Karapetyan Dilicanda, özü tikdiyi evdə yaşayır. Onun sözlərinə görə:

Orli hava limanındakı aksiya Levon Əkməkcyanın (çoxlu sayda insan itkisinə yol açmış Əsənboğa hava limanına hücumda iştirak edən və buna görə dar ağacından asılan erməni terrorçusu) 1982-ci ildə İstanbulda edam edilməsinə cavab kimi həyata keçirilmişdir. Biz Türk hava yollarının Türkiyə xüsusi xidmət orqanlarının, eləcə də general və diplomatlarının uçmalı olduqları təyyarəsini partlatmağı planlaşdırmışdıq. Bizim həyata keçirdiyimiz aksiya nəticəsində 10 türk ölmüş, 60-ı isə yaralanmışdır.[1]

Əslində isə terror aktı nəticəsində dünyasını dəyişən 8 nəfərdən cəmi 2-si türk idi. Digər 6 nəfər başqa ölkələrin vətəndaşları idilər.[2] O cümlədən, ölənlər arasında 4 nəfər fransız, bir isveçli və bir də amerikanlı var idi.[3]

Erməni hüquq müdafiəçiləri Ermənistanda Karapetyana göstərilən bu cür hörmət-izzəti pisləsələr də,[4] erməni ziyalılarının nümayəndələri Silva Kaputikyan, Qevort Emin, Perç Zeytunsyan, Zori Balayan və digər bir çoxları Kaputikyanın müdafiəsinə qalxmışlar.[5]

  1. Armworld.am. Похитители чужой славы Arxivləşdirilib 2011-05-31 at the Wayback Machine (rusca)
  2. Guns, suspects seized as Paris police search for airport bombers. The Globe and Mail. July 19, 1983
  3. Andrew Mango. Turkey and the war on terror: for forty years we fought alone. Taylor & Francis, 2005. ISBN 0-415-35001-8, 9780415350013, səh. 109
  4. Микаэл Даниэлян. Нам нужны не западные ценности, а западные психиатры. [ölü keçid]
  5. Газета "АЗГ" #158, 04–09-2003. Оставьте этого человека в покое! [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]