Van əməliyyatı — ASALA terror təşkilatının 24 sentyabr 1981-ci ildə Parisdə Türkiyə konsulluğuna qarşı keçirdiyi terror aktı.
VAN əməliyyatı | |
---|---|
Ümumi məlumatlar | |
Yeri | |
Tarix | 24 sentyabr 1981 |
Ölü sayı |
|
Yaralı sayı |
|
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
4 nəfərdən ibarət əslən Livan ermənisi olan terrorçu qrup konsulluğun binasına daxil olaraq konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin əməkdaşı Cəmal Özəni ağır yaralamışdır. Terrorçular konsulluqdakı 56 nəfəri girov götürərək 15 saat ərzində konsulluq binasını girovlarla birgə öz nəzarətlərində saxlamışlar.
Terrorçular – dəstənin başçısı Vazgen Sislyan, onun əlaltıları Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyan binanı tam ələ keçirdikdən sonra öz tələblərini irəli sürürlər. tələbləri isə Türkiyədə həbsdə olan bir neçə erməni və kürd terrorçusunun azad edilməsi idi. Lakin Türkiyə hökuməti bu tələbə rədd cavabı verir, bundan sonra terrorçular təslim olur və Fransa hökumətindən siyasi sığınacaq tələb edir.
Parisdə terrorçuların məhkəmə prosesində Fransadakı erməni diasporasının qabaqcıl nümayəndələri iştirak edir. Məhkəmə zamanı terrorçuların vəkili sonradan Fransa senatının üzvü və Fransanın sənaye naziri olmuş Lekler idi.
Məhkəməyə hər tərəfdən təzyiqlər var idi Fransadakı erməni təşkilatları və buradakı ermənipərəst güvvələr də bunda iştrak edirdilər. Parisdə terrorçulara dəstək olaraq nümayişlər və yürüşlər keçirilirdi.
Məhkəmənin terrorçular barədə çıxardığı qərar gözləniləndən yumşaq oldu. Belə ki, terrorçulardan üçü 1986-cı ildə azadlığa buraxılaraq Livana göndərildi. Onlardan ikisi sonradan Ermənistana köçdü. Bir terrorçu – Aram Basmacyan isə həbsxanada özünə qəsd etdi.