Yohan Dayzenhofer

Yohan Dayzenhofer (30 sentyabr 1943[1][2][…], Zuzamaltheym[d], Bavariya) — alman biokimyaçısı, 1988-ci ildə kimya üzrə Nobel mükafatı laureatı. ABŞ Milli Elmlər Akademiyasının (1997)[3][4]Leopoldina (2003) üzvü.

Yohan Dayzenhofer
alm. Johann Deisenhofer
Doğum tarixi 30 sentyabr 1943(1943-09-30)[1][2][…] (80 yaş)
Doğum yeri
Elm sahəsi biokimya
İş yerləri
Təhsili
Elmi rəhbəri Robert Huber
Üzvlüyü
Mükafatları Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniyada kiçik Zuzamaltheym şəhərində anadan olub. 1965–1971-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb. 1974-cü ildə Maks Plank Cəmiyyətinin Biokimya İnstitutunda Robert Huberin rəhbərliyi altında dissertasiya işini tamamladı. Yohan Dayzenhofer, Robert HuberHartmut Mişel 1988-ci ildə bakterial fotosintetik reaksiya mərkəzinin dəqiq strukturunu əldə edərək Kimya üzrə"Fotosintetik reaksiya mərkəzinin üçölçülü quruluşunu təyin etdiklərinə görə" Nobel Mükafatına layiq dörüldülər. 1988-ci ildə Y. Dayzenhofer Hovard Hyus Tibb İnstitutuna köçdü. Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzində biofizika kafedrasının professorudur[5]. Avropa Akademiyasının üzvü (1989 il). Amerika Kristalloqrafiya Assosiasiyasının və Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının üzvü, Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin üzvü , Sigma Hi və s. İnsanlığa Xəbərdarlığı (1992 il)[6] və Üçüncü Humanist Manifesti (2003 il)[7] imzaladı və 2016-cı ildə Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini genetik cəhətdən dəyişdirilmiş orqanizmlərə qarşı mübarizəni dayandırmağa çağıran məktub imzaladı (GMO)[8][9][10].

  • "Almaniya Federativ Respublikasına xidmətlərinə görə" Böyük Zabit Xaç ordeni (1990 il)
  • "Bavariyanın xidmətlərinə görə"ordeni (1992 il) ilə təltif edilmişdir.
  • Amerika Fizika Cəmiyyətinin Maks Delbrük Mükafatı (1986 il)[11]
  • Kimya üzrə Nobel Mükafatı (1988 il) ("Fotosintetik reaksiya mərkəzinin üçölçülü quruluşunu təyin etdiklərinə görə")
  • Otto-Bayer-Preis (1988 il)
  • Kentukki polkovniki (1995 il)
  • Röntgen-Plaquette (2004 il)
  • Druyya Universitetinin (1993 il) fəxri doktoru
  • Burdvan Universitetinin (1996 il) fəxri doktoru
  • Doğma Zusamaltheym və Dallasın fəxri vətəndaşı[12]
  1. 1 2 Johann Deisenhofer // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Johann Deisenhofer // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  3. 60 New Members Chosen by Academy Архивная копия от 8 июня 2020 на Wayback Machine, 29 апреля 1997 (англ.)
  4. Дайзенхофер, Иоганн на сайте Национальной академии наук США (англ.)
  5. Johann Deisenhofer, Ph. D. — Faculty Profile — UT Southwestern. Дата обращения: 24 июня 2014. Архивировано 18 октября 2014 года.
  6. Архивированная копия. Дата обращения: 26 августа 2011. Архивировано 26 августа 2011 года.
  7. Notable Signers. Humanism and Its Aspirations. American Humanist Association. Дата обращения: 1 октября 2012. Архивировано 5 октября 2012 года.
  8. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  9. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  10. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
  11. Иоганн Дайзенхофер на официальном сайте Американского физического общества. Дата обращения: 16 мая 2017. Архивировано 17 июня 2017 года.
  12. "Arxivlənmiş surət". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]