Azərbaycan Dövlət Yuğ Teatrı — 1989-cu ildə yaradılmış Azərbaycan teatrı.
Azərbaycan Dövlət Yuğ Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1989-cu il |
Heyət | |
Direktor | İslam Həsənov |
Baş rejissor | Mikayıl Mikayılov |
Yerləşməsi | |
Ölkə | |
Ünvan | M.Muxtarov küçəsi, 83 |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Dövlət Yuğ Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulmuşdur. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olmuşdur. 2011—2017-ci illərdə teatrın direktoru Tərlan Rəsulov olmuşdur. 2017—2018-ci illərdə Rəşad Əhmədzadə teatrın direktoru vəzifəsini müvəqqəti icra edib.[1] 2018-ci ildən İslam Həsənov teatrın direktorudur.[2]
Yuğ teatrının yerləşdiyi bina tarixi əhəmiyyət daşıyır. Belə ki, binanın əsası 1888-ci ildə qoyulub. İstifadəyə verildiyi ilk dövrdə Hacı Fərəculla hamamı kimi fəaliyyət göstərmişdir.[3]