Yulbars Xan

Yulbars xan (uyğ. يۇلبارس خان, uyğ. يۇلۋاس خان (يولبارس خان), çin. 堯樂博斯 pinyin: Yáolèbósī və yaxud çin. 堯樂博士, pinyin: Yáolèbóshì; 13 avqust 1889 – 27 iyul 1971) — ikinci adı Jingfu (景福), çinli, uyğur hərbi lideri, Kumul üsyanının liderlərindən biri.[4] [5][6] O, həmçinin Kumul xanlığının baş vəziri olmuşdu. Əvvəlcə Kumul xanı Məhəmməd xanın, daha sonra oğlu Şah Maqsud xana xidmət etmişdir.[7] O, Çin vətəndaş müharibəsi dövründə uyğur hərbi dəstələrinin başçısı və Homindan generalı idi. 1951-ci ilə qədər Çin kommunistləri ilə döyüşmüşdür. Ardından mühacirət hökümətinin yerləşdiyi Tayvana getmişdir. burada Çan Kayşi tərəfindən nominal Sincan valisi vəzifəsinə təyin edilmişdir. 1971-ci ömrünün sonuna qədər burada yaşamışdır.

Yulbars Xan
bayraq
Sincan valisi (Tayvandakı sürgündə olan Çin Respublikası tərəfindən təyin edilib)
Vəzifədədir
1951-1971-ci ildən
(ləqəbi: Haminin (Kumul) "Pələng şahzadəsi"[1][2])
ƏvvəlkiBurhan Şəhidi
Kumul xanlığının baş vəziri (12 Bəy Şurasının rəhbəri)
1922 – 1930
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yengisar, Sin İmperiyası
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Taybey, Tayvan
Partiya Homindan
Fəaliyyəti qazı, siyasətçi
Uşaqları oğlanları: Yaqub Bəy
Niyas[3]
Dini islam
Hərbi xidmət
Xidmət illəri 1944-1971
Mənsubiyyəti
Qoşun növü Çinin Milli İnqilab ordusu
Döyüşlər Çin vətəndaş müharibəsi
* Kumul üsyanı
* İli üsyanı
* Yivu döyüşü
* Kuomintanq İslam qiyamı
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yulbars xan 1889-cu il avqustun 13-də Kumul xanlığının Yengisar qəsəbəsində anadan olmuşdur. O, kasıb ailədə anadan olmuş, erkən yaşda yetim qalmışdır. Ancaq böyük bacısının evliliyi sayəsində Kumul xanın sarayında xidmətə qəbul olunmuşdur. Bacarıq və qabiliyyəti sayəsində Kumul xanlığının baş vəziri vəzifəsinə qədər gəlmişdir. O, xanlıqda idarəetmənin ən yüksək pilləsi olan 12 Bəy Şurasının rəhbəri olmuşdur.

Yulbars Xan həmçinin əvvəlcə Kumul xanı Məhəmməd xanın, daha sonra oğlu Şah Maqsud xanın şəxsi mühafizə xidmətinə rəhbərlik etmişdir.

Yulbars Xan məhkəmədə müşavir vəzifəsində də çalışmışdı.

Kumul üsyanında iştirak

[redaktə | mənbəni redaktə et]

1928-ci ildə Sincana yeni qubernator təyin edilmiş Şin Şurzen əvvəlki vali Yanq Zenqxdən fərqli siyasət yeridirdi. O, bölgəni çinliləşdirmək və mərkəzi hökumət olan Homindan ilə əlaqələri gücləndirmək yolunu tutmuşdu. Türkistanla ənənəvi ticarət azaldıldı və bu da yerli əhalinin heyvandarlıq məhsulları bazarının əhəmiyyətli dərəcədə daralmasına və sənaye mallarının qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu.[8].

1930-cu ildə Şuzen Şah Maqsud xanın ölümündən sonra xanlığı ləğv etdi və onu Hami, İe və Yivu adlı üç əyalətə böldü.[9] Ləğv edilmiş xanlığın ərazisində yeni vergilər tətbiq edildi və çinli idarəedicilər təyin edildi. Vergi toplayanlar, nəzarətin olmamasından istifadə edərək, rəsmi vergilərlə yanaşı, kəndliləri tamamilə müflis etməyə çatdıran qeyri-qanuni pul tələb etməyə başladılar. Yanq Zenqxinq dövründə buraya gətirilən qoşunlar, təchizatın zəif təmin edilməsi səbəbindən yerli əhalini qarət edərək özlərini təmin etməyə başladılar. Qansu qaçqınlarına yerli uyğur kəndlilərinin hesabına torpaq ayrıldı. Şuzen Qansudan olan yaxın qohumlarını, yerlilərini vəzifələ təyin etməsi rüşvətxorluq və sui istifadə hallarının artmasına səbəb olmuşdu.[8] Həm xanlığın ləğvi həm də bütün bunlar Çin əleyhinə, panislamçıpantürkist şüarlar altında baş verən yaxınlaşan üsyanda əhalinin geniş təbəqələrinin - yerli aristokratların, müsəlman ruhanilərin, tacirlərin, sənətkarların və kəndlilərin iştirak etməsinə gətirib çıxardı. Yulbars Xan da üsyanın əsas rəhbərlərindən oldu. O, xidmət etdiyi Kumul xanlarına sadiq qalaraq, Şah Maqsud xanın ikinci oğlu Nasiri varis kimi taxta qaytarmağa çalışdı.[10]

Üsyanın başlanması və gedişi

[redaktə | mənbəni redaktə et]

1931-ci il fevralın 20-də Yulbars Xan Niyazi Xoca ilə birlikdə Sincanda müxtəlif xalqların iştirak etdiyi Çin hökumətinə qarşı üsyan qaldırdı. Bu silahlı çıxış Kumul üsyanı adını aldı və 1934-cü ilə qədər davam etdi. Niyazi Xoca və Yulbars Xan hueylərin rəhbəri Ma Çonqa ümumi qoşunlara rəhbərlik etməyi təklif etdi.[1][11][12] Lakin onlar Çonqun Homindan ilə gizli bir müqavilə bağladığından məlumatsız idilər. Bu müqaviləyə görə zəfər əldə ediləcəyi təqdirdə Çonq Sincan valisi olaraq tanınacaqdı. Homindanın Ma Çonqu dəstəkləməsinin səbəbi isə qubernator Şuzenin SSRİ ilə gizli müqavilələr imzalaması idi.

1933-cü ildə Şin Şuzen Şen Şitsai tərəfindən devrildi və bundan qısa müddət sonra Sincanda üç qüvvə arasında müharibə gedirdi:

  1. Silahlanmış Rusiya Ağ mühacirətinin nümayəndələrinə güvənən Şen Şitsai və eyni zamanda paradoksal olaraq, o SSRİ tərəfindən dəstək alırdı.
  2. Uyğurlara xəyanət edən Ma təxəllüslü hueylərin hərbi başçıları. Onlarda Homindan tərəfindən dəstəklənirdi.
  3. Və nəhayət, iki cəbhədə vuruşan heç kəsə tabe olmayan, Sincanı müstəqil görmək istəyən uyğur üsyançıları.

1933-cü il iyunun 4-də Niyazi Xoca Urumçiyə yeni təyin olunmuş Sovet Baş Konsulu Qareqin Apresovun vasitəçiliyi ilə Jimsarda Şen Şitsai ilə barışıq sazişi bağladı və uyğur qoşunlarını general Ma Çunqa qarşı çevirməyə razılaşdı. Çinlilər tərəfindən onsuz da itirilmiş və müxtəlif üsyançı qüvvələr arasında qanlı hakimiyyət uğrunda mübarizənin getdiyi Cənubi Sincan (Qaşqar və ya Tarim hövzəsi) üzərində nəzarətin uyğurlara verilməsi önəmli əhəmiyyət daşımırdı. Əsas məqsəd həmin vaxt Ma Çunqun qüvvələrinin işğalı altında olan Turfan hövzəsi və Kumul bölgəsi üzərində nəzarəti ələ almaq idi.

Razılaşmaya əsasən Tenri Dağlarının cənubundakı bütün ərazilər Sincan əyalətinin içərisində "muxtar status" almışdı. Çinlilər Tengri dağından keçməməyə dair söz vermişdilər. Yulbars Xan bu razılaşmada Niyazi Xocanı dəstəkləmədi. O, onu Homindanın 36-cı Diviziyasının Təchizat Şöbəsinin rəisi təyin edən Ma Çunqun müttəfiqi olaraq qaldı. 1934-cü ilin yayında Ma Çunq Cənubi Sincan tərəfə çəkildikdən və 7 iyul 1934-cü ildə Sovet ərazisinə girdikdən sonra Yulbars Xan Şen Şitsai ilə barışıq müqaviləsi bağlamağı bacardı. O, Kumulda uyğur alayının komandiri olaraq qaldı və ona yüksək vəzifə verildi. Yulbars Xan Sincan İl Hökümətində Yenidənqurma İşləri üzrə Komissar təyin olundu.

1937-ci ilin may ayında 6-cı Uyğur Diviziyası və 36-cı Dunqan Diviziyası Cənubi Sincanda Sincan Əyalət Hökumətinə qarşı üsyan qaldırdıqdan sonra Qaşqardakı üsyançılar Yulbars Xana Sincan ilə Çin arasındakı əlaqəni Kumuldakı bazadan kəsmək üçün müraciət etdilər.

1937-ci ilin yayında Sovet hərbi dəstəyi ilə (5000 SSRİ müdaxilə qoşunları, təyyarələr və tanklar BT-7 daxil idi) Çen Çitsai tərəfindən üsyanın yatırıldı. Müxtəlif qüvvələrin arasında qalan Yulbars Xan sonunda, 1937-ci ildə Homindan ilə barışmağa qərar verdi. O, Şen Şitsainin hərbi birliklərinin əlindən Nankinə qaçdı.

Kumuldan mühacirəti və ölümü

[redaktə | mənbəni redaktə et]

O, 1946-cı ildə Kumula döndü. 1949-cu ildə uyğur dəstələrinin başında doğma torpaqlarına müdaxilə etmiş kommunistlərin Xalq Azadlıq Ordusuna qarşı döyüşdü. Yivu döyüşünün iştirakçısı olmuşdur. 1951-ci ilə qədər tərəfdarlarının əksəriyyəti tərəfindən tərk edilərək, Uyğurustanda gizləndi. Əvvəl Tibetə, ordan Kəlküttəyə qaça bildi. Tibetdə adamları Dalay Lamanın qüvvələrinin hücumuna məruz qaldı. Kəlküttədən gəmi ilə Homindan tərəfindən idarə olunan Tayvana üzdü. Taybeydə Çan Kayşi ilə göşdü. Çan Kayşi onu nominal Sincan valisi vəzifəsinə təyin etdi. Ömrünün sonunadək burda yaşadı.[13]

Yulbars Xan, Sincanı Çin Respublikasının bir hissəsi olaraq hesab edən Çan Kayşi və Homindanın tərəfinə keçdiyinə görə Məhəmməd Əmin Buğraİsa Yusif Alptəkin kimi Şərqi Türkistan İstiqlaliyyət hərəkatının görkəmli uyğur xadimləri tərəfindən xain elan edilmişdi.[14]

Yulbars Xan 1969-cu ildə xatirələrini (çin. 堯樂博士回憶錄 pinyin Yáolè bóshì huíyìlù) nəşr etdirdi.[15][16]

1971-ci il iyulun 27 də Taybeydə vəfat etmişdir.

  1. 1 2 Sven Anders Hedin. The Silk road. E. P. Dutton & company, inc. 1938. 1, 214. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  2. Kate James. Women of the Gobi: Journeys on the Silk Road. North Melbourne Victoria: Pluto Press Australia. 2006. səh. 178. ISBN 1-86403-329-0. İstifadə tarixi: 2010-06-28.
  3. Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 254. ISBN 0-521-25514-7. 2020-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  4. "黑戈壁,没有故事!(4)_乔戈里的大鸟_新浪博客". 2012-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.
  5. Sven Anders Hedin. The Silk road. E. P. Dutton & company, inc. 1938. 1, 214.
  6. Christian Tyler. Wild West China: the taming of Xinjiang. New Brunswick, New Jersey: Rutgers University Press. 2004. 98. ISBN 0-8135-3533-6.
  7. Edward H. Kaplan; Donald W. Whisenhunt; Henry G. Schwarz. Opuscula Altaica: essays presented in honor of Henry Schwarz. Western Washington. 1994. səh. 127. ISBN 0-914584-19-7. İstifadə tarixi: 2010-06-28.
  8. 1 2 Усов В.Н. Советская разведка в Китае: 30-е годы XX века. — М., Тов-во науч. изд. КМК, 2007. — ISBN 978-5-87317-367-9 — c. 356
  9. Alexandra Allen. Travelling ladies. Jupiter. 1980. səh. 213. ISBN 9780906379165. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  10. James A. Millward. Eurasian crossroads: a history of Xinjiang. Columbia University Press. 2007. səh. 191. ISBN 978-0-231-13924-3. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  11. "Arxivlənmiş surət". 2012-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.
  12. Christian Tyler. Wild West China: the taming of Xinjiang. New Brunswick, New Jersey: Rutgers University Press. 2004. səh. 98. ISBN 0-8135-3533-6. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  13. Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 225. ISBN 0-521-25514-7. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  14. Page 52, Ismail, Mohammed Sa'id, and Mohammed Aziz Ismail. Moslems in the Soviet Union and China Arxivləşdirilib 2020-08-01 at the Wayback Machine. Translated by U.S. Government, Joint Publications Service. Tehran, Iran: Privately printed pamphlet, published as vol. 1, 1960 (Hejira 1380); translation printed in Washington: JPRS 3936, September 19, 1960. Linda Benson. The Ili Rebellion: The Moslem Challenge to Chinese Authority in Xinjiang, 1944-1949. M.E. Sharpe. 1990. 246–. ISBN 978-0-87332-509-7. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-13.Linda Benson; Ingvar Svanberg. China's Last Nomads: The History and Culture of China's Kazaks. M.E. Sharpe. 11 March 1998. 231–. ISBN 978-0-7656-4059-8. 18 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2021.
  15. Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 279. ISBN 0-521-25514-7. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  16. Ondřej Klimeš. Struggle by the Pen: The Uyghur Discourse of Nation and National Interest, c.1900-1949. BRILL. 8 January 2015. 20–. ISBN 978-90-04-28809-6. 27 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]