Yura Poqosyan (erm. Մհեր Ջուլհաճյան; 8 aprel 1961, Kotovo[d], Volqoqrad vilayəti – 12 iyun 1992, Xankəndi, Əsgəran rayonu[d], Dağlıq Qarabağ Respublikası) — Birinci Qarabağ müharibəsində iştirak etmiş erməni səhra komandiri və terrorçu. 1996-cı ildə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüşür. 1992-ci ilin 12 iyun tarixində Azərbaycan Respublikasının Xocalı rayonu ərazisinə daxil olan Naxçıvanlı kəndi ərazisində Azərbaycan ordusuna qarşı aparılan döyüş zamanı öldürülmüşdür.
Yura Poqosyan | |
---|---|
erm. Մհեր Ջուլհաճյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 aprel 1961 |
Doğum yeri |
|
Vəfat tarixi | 12 iyun 1992 (31 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | erməni |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ermənistan Silahlı Qüvvələri |
Döyüşlər | |
Təltifləri |
Yura Poqosyan 1961-ci ilin 8 aprel tarixində Rusiya Sovet Federativ Sosialist Respublikasının Volqoqrad vilayətinin Kotovo şəhərində anadan olmuşdur. Uşaqlıq və gənclik illərini Dağlıq Qarabağ Muxtar Vilayətinin müxtəlif şəhər və qəsəbələrində keçirib. Məktəbi bitirdikdən sonra avtomobil təmiri sexində işləməyə başlayıb. 1983-cü ildə öz şəxsi avtomobil emalatxanasını açır və həmin emalatxana sonradan Birinci Qarabağ müharibəsi zamanı silah anbarı kimi istifadə olunur.
Poqosyan ilk dəfə 1990-cı ildə Hadrut şəhərində yaşayan erməniləri müdafiə etmək bəhanəsi ilə Azərbaycan polisinə qarşı silahdan istifadə edir və həmin tarixdən etibarən əhalinin silahlandırılmasında və döyüş əməliyyatlarına cəlb edilməsində fəallıq göstərir. Qısa zamanda səhra komandiri kimi tanınır. 1991–1992-ci illərdə Xocavənd rayonunun Köhnə Tağlar kənd inzibati ərazi dairəsində yerləşən Ağcakənddə yaradılmış IV rotanın komandiri kimi fəaliyyət göstərmişdir.
Sırxavənd, Xocavənd, Çartar, Xanabad, Pirlər, Kərkicahan kimi yaşayış məntəqələrinin işğal edilməsində rəhbərlik etdiyi dəstəsi ilə birgə iştirak etmişdir.
1992-ci ilin 8 may tarixində Şuşanın işğalı zamanı aparılmış döyüşlərə qatılıb. 1992-ci ilin 12 iyun tarixində Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kəndinin inzibati ərazisində baş vermiş döyüş zamanı içərisində olduğu BMP-3 markalı piyadaların döyüş maşını Azərbaycan ordusu tərəfindən vurulmuş və nəticədə Yura Poqosyan həlak olmuşdur. Xankəndi şəhərində yerləşən məzarlıqda dəfn edilmişdir. 1996-cı ilin 20 sentyabr tarixində Yura Poqosyana Ermənistanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.