Yusif Şükür oğlu Ağayev (1963, Bakı) — Azərbaycan siyasətçisi, hərbçisi, hüquqşünası, hərbi tarixçisi. O, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi (1991–1992), Qarabağ Qarnizonunun hərbi prokuroru (1992–1996), Tərtər rayonunun prokuroru (1996–2003) vəzifələrində çalışmışdır.
Yusif Ağayev | |
---|---|
1996 – 2003 | |
Prezident | Heydər Əliyev |
1992 – 1996 | |
Prezident | Əbülfəz Elçibəy Heydər Əliyev |
1991 – 1992 | |
Prezident | İsa Qəmbər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1963 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | siyasətçi, hərbi lider[d], vəkil, tarixçi, prokuror |
Hərbi xidmət | |
Döyüşlər |
|
Yusif Şükür oğlu Ağayev 1963-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakıda anadan olmuşdur. O, əslən Füzuli rayonundandır. Ağayev 1985-ci ildə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, 1985–1987-ci illərdə Qazaxıstanın Quryev vilayətində vəkil, 1987–1991-ci illərdə həmin vilayətdə prokurorluğun istintaq idarəsinin prokuroru işləmişdir.[1]
Sovet İttifaqı dağılandan sonra Azərbaycanın müdafiə naziri Rəhim Qazıyev xaricdəki bütün azərbaycanlı əsgər və zabitləri Azərbaycana qayıtmağa çağırmışdır.[2] Ağayev də Azərbaycana qayıtmış, 1991-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi təyin edilmişdir.[3][4] Rzayevin qərargahı 1991-ci ilin payızına qədər Xankəndində, 1992-ci ilin mayına qədər Şuşada olmuş və nəhayət Ağdama köçürülmüşdür. O, erməni silahlı birləşmələri ilə yanaşı, azərbaycanlı fərarilərlə məşğul olurdu.[5]
Azərbaycanlı komandir Yaqub Rzayev dövlətə xəyanətdə və Ermənistan tərəfi ilə əməkdaşlıqda şübhəli bilinirdi. İddialara görə, o, erməni komandirlərlə razılıq əldə etmiş, əsgərlərini döyüş bölgəsindən geri çəkərək həmin komandirlərin azsaylı itki ilə qələbə çalmasına, öz reputasiyalarının artmalarına səbəb olmuşdur. Rzayev aldadılaraq Bakıya gətirilmiş və Yusif Ağayev tərəfindən həbs edilmişdir. Ağayev Rzayevi həbs etdikdən sonra əmrində olan polis əməkdaşlarına Rzayevin qərargahını yoxlamağı tapşırmışdır. Axtarış zamanı onlar bir neçə soyuducu tankı açmış, onların içərisində buzda saxlanılan gənc azərbaycanlı əsgərin cəsədini aşkar etmişdir.[6]
Yusif Ağayev 1992–1996-cı illərdə Qarabağ Qarnizonunun hərbi prokuroru vəzifəsində çalışmışdır.[3] O, 1992-ci ildə Füzulidə yaralanmış,[1] 1993-cü ilin yayında Ağdam uğrunda döyüş zamanı qol və ayaqlarından qəlpə yarası almışdır.[5]
Müharibədən sonra Ağayev, 1996–2003-cü illərdə Tərtər rayonunun prokuroru, 2006–2009-cu illərdə isə Bakıda beynəlxalq təşkilatların birində baş hüquqşünas işləmişdir.[1]
Yusif Ağayev 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən namizəd olmuşdur. O, yanvar ayında digər namizədlərlə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək yerli məmurlar tərəfindən hədə-qorxuya məruz qaldığını bildirmişdir.[7] Hər halda, Ağayev 1,019 səs toplayaraq üçüncü yerdə qərarlaşmışdır.[8] O, Mərkəzi Seçki Komissiyasına nəticələrin ləğv olunması üçün şikayət yazmış, lakin bu müraciət qəbul edilməmişdir.[9]
Ağayev həmçinin, hərb tarixçisidir. O, Azərbaycanın hərb tarixi üzrə dörd kitabın, çoxsaylı məqalələrin müəllifi və həmmüəllifidir. Ağayev türk, qazax, rus və ingilis dillərini bilir.[10]