İlahə Qədimova

İlahə Akif qızı Qədimova (doğ. 5 noyabr 1975, Gəncə, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (1994), FİDE hakimi (2016). SSRİ çempionu (1991) və 18 yaşa qədər qızlar arasında ikiqat dünya çempionu (1992, 1993). Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində milli komandalar arası Avropa çempionatının bürünc mükafatçısı (1992). 2008-ci ildən sonra aktiv şahmat fəaliyyətindən uzaqlaşıb.[3][4]

İlahə Qədimova
Ölkə SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Doğum tarixi (49 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR
Titulu qadınlar arasında qrosmeyster (1994)
Son reytinqi
  • 2.314 (fevral 2022)[2]
Maksimal reytinqi 2.420 (yanvar 1997)[1]
FİDE nömrəsi 13400045
Mükafatları "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahmat karyerası

[redaktə | mənbəni redaktə et]

Qədimova 1975-ci ildə Gəncə şəhərində anadan olub.

1992-ci ildə 18 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionatında qalib olub, 1993-cü ildə 18 yaşlı qızlar kateqoriyasında ikinci dəfə dünya çempionu olub.

1994-cü ildə İlahəyə qadınlar arasında beynəlxalq qrosmeyster adı verilib

1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi medalı" ilə təltif olunub.[5]

Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində iki Şahmat Olimpiadasının (1992, 1994)[6] və üç milli komandalar arası Avropa çempionatının (1992, 1997, 2007) iştirakçısı olub.[7]

2006-cı ildə Belçikanın Eypen şəhərində dairəvi sistemlə keçirilmiş beynəlxalq turnirin bürünc mükafatını qazanıb.[8] Eyni ildə Türkiyənin Quşadası şəhərində keçirilmiş şahmat üzrə VII şəxsi Avropa çempionatında iştirak edib.[9]

2008-ci ildə Rusiyanın Nalçik şəhərində olimpiya sistemi ilə keçirilmiş şahmat üzrə qadınlararası dünya çempionatında iştirak edib. Çempionatın ilk turunda almaniyalı şahmatçı Elizabet Petçlə qarşılaşan Qədimova, iki görüşün nəticəsinə görə rəqibi ilə heç-heçə edib. Belə vəziyyətdə qalibi müəyyənləşdirmək üçün blits-oyunun keçirilməsinə ehtiyac yaranıb. Həlledici görüşdə rəqibinə məğlub olan İlahə çempionatda iştirakını dayandırıb.[10]

2016-cı ilin sentyabrında Bakıda keçirilmiş FİDE-nin 87-ci konqresi zamanı İlahə Qədimovaya FİDE hakimi titulu verilib.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Qədimova Bakıdakı Xarici Dillər İnstitutunu (hazırkı Azərbaycan Dillər Universiteti) bitirib. Daha sonra Maltada — Diplomatik Kollecdə təhsil alıb.[11]

1990-cı illərin ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə işə qəbul olunaraq diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanın Avropa ölkələrindəki səfirliklərində, o cümlədən Maltadakı diplomatik korpusda çalışıb.[11]

Mətbuata verdiyi müsahibələrindən birində Qədimova diplomatiya işinə Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov tərəfindən dəvət olunduğunu deyib.[11]

İlahə xarici vətəndaşla ailə qurub, onun Avropada yaşadığı bildirilir.[11]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • 1991 — 16 yaşa qədər qızlar arasında Avropa çempionu.[3]
  • 1991 — 18 yaşa qədər qızlar arasında SSRİ çempionu.[3]
  • 1991 — Dünya çempionatının gümüş mükafatçısı.[3]
  • 1992 — 18 yaşa qədər qızlar arasında dünya çempionu.[3]
  • 1992 — Komandalar arası Avropa çempionatının bürünc mükafatçısı.
  • 1993 — 18 yaşa qədər qızlar arasında dünya çempionu.[3]
  • 1993 — 20 yaşa qədər qızlar arasında Avropa çempionu.[3]
  • 1993 — Dünya çempionatının gümüş mükafatçısı.[3]
  • 1993 — 20 yaşa qədər qızlar arasında dünya çempionatının bürünc mükafatçısı.[3]
  • 1994 — Tələbələr arasında dünya çempionu.[3]
  • 1996 — Tələbələr arasında dünya çempionatının bürünc mükafatçısı.[12]
  1. "FIDE Rating List :: July 1996". OlimpBase. 5 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2022.
  2. FİDE FIDE Standard Ratings as of 28 February 2022. 2022.
  3. 1 2 3 4 5 6 7 8 9 10 "Шахматисты - Официальный сайт Шахматной федерации Азербайджана". Azerichess.az. 18 Yanvar 2016 tarixində arxivləşdirilib.
  4. "Tanınmış sabiq şahmatçı İlahə Qədimova Şəmkirdə yerli uşaq və yeniyetmələr üçün seans verib". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-17.
  5. "Azərbaycan Respublikası idmançılarının təltif edilməsi haqqında" (az.). e-qanun.az. 5 марта 1995. 2016-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.
  6. "Kadimova, Ilaha - WOMEN'S CHESS OLYMPIADS". 2020-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-17.
  7. "Kadimova, Ilaha - EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-17.
  8. "Eupen IM 2006". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-17.
  9. "7th European Individual Women's Chess Championship 2006". 2016-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-17.
  10. "2008 FIDE Knockout Matches". 2019-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-17.
  11. 1 2 3 4 "Azərbaycan şahmatının məşhur xanımları indi hardadır? - ARAŞDIRMA". Modern.az. 18 Yanvar 2016 tarixində arxivləşdirilib.
  12. "LIST OF WUC CHESS MEDAL LISTS" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-01-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]