WITH

with1

prep 1. Azərbaycan dilində -la, -lə şəkilçilərinə və ya ilə qoşmasına müvafiq gəlir və aşağıdakı mənaları bildirir: 1) əlaqə, birgəlik, bərabərlik; He came with his father O, atası ilə gəldi; to rise ~ the sun sübh tezdən günəşlə birlikdə durmaq; 2) bir kəsin / şeyin vasitəsilə işin icra olunmasını: to cut ~ a knife bıçaqla kəsmək; to send ~ a servant xidmətçi vasitəsilə göndərmək; 3) işin necə, hansı şəraitdə / vəziyyətdə cərəyan etdiyini; He acted with discretion O, ehtiyatla hərəkət etdi; 4) bir şeyin içərisini bir şeylə doldurmanı: to fill a vase ~ water vazam su ilə doldurmaq; 5) ətrafı yaxud bir şeyin üstünü örtən materialı, şeyi; The ground was covered with snow Torpaq qarla örtülmüşdü; 6) səbəb; Bu halda with sözünü Azərbaycan dilində çıxışlıq hal şəkilçilərinə -dan, -dən uyğun gəlir: to die ~ pneumonia sətəlcəmdən ölmək; a face wet ~ tears göz yaşlarından islanmış sifət; 7) bir kəsin / şeyin nəyə malik olduğunu / varlığını / səciyyəvi əlamətini: Bu halda with sözünü Azərbaycan dilində -lı, -li, -lu, -lü şəkilçilərinə müvafiq gəlir; a girl ~ blue eyes mavi gözlü qız; a cup ~ a handle tutacaqlı / qulplu fincan; 2. baxmayaraq; With all his gifts he failed İstedadına baxmayaraq o, uğursuzluğa düçar oldu;

◊ to be ~ child hamilə olmaq; Away with him! Qoy rədd olsun! to be / to get ~ it d.d. dəblə ayaqlaşmaq

WITCHERY
WITHDRAW
OBASTAN VİKİ
Dance with Me
Dance with Me (azərb. Mənimlə rəqs et‎) — Macarıstanın Avroviziya-2009 mahnısı. Yarım finalda məğlub olub. Mahnını Zoli Adok ifa edib.
Fly With Me
Fly With Me (azərb. Mənimlə uç‎) — Ermənistanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Artsvik "Fly With Me" mahnısı ilə Ermənistanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir.
Rock with You
Rock with You — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
With The Beatles
With The Beatles — Böyük Britaniyanın "The Beatles" rok qrupunun ikinci studiya albomu.
Anne with an E
Enn (ing. Anne with an E) — Lucy Maud Montgomery'nin 1908 klassik uşaq ədəbiyyatı kateqoriyasına aid edilən əsəri Anne of Green Gablesdan uyğunlaşdırılmış bir Kanada epizodik televiziya serialıdır. CBC üçün Moira Walley-Beckett tərəfindən yaradılıb və Amybeth Mcnulty kimsəsiz Anne Shirley, Geraldine James Marilla Cuthbert, R.H. Thomson Matthew Cuthbert, Dalila Bela Diana Barry və Lucas Jade Zumann Gilbert Blythe rolunu səhnələşdirib. Teleserialda kimsəsizlik, psixoloji travmalar və gender bərabərsizliyi, irqçilik kimi sosial mövzulardan bəhs olunmuşdur. 1896-cı ildə bacı-qardaş Mattheu və Marilla Cuthbert təsərrüfatın işinə kömək etmək üçün uşaq evindən bir oğlan övladlığa götürmək qərarına gəlirlər. Mattheu övladlığa götürdükləri uşağı götürmək üçün qatar stansiyasına gedəndə anlayır ki, oğlan əvəzinə, 13 yaşında xəyalpərəst, danışan, şən, enerjili bir qız övladlığa götürüblər. Bu qız - Enn yalnız bir neçə aylıq olarkən ailəsi ölüb və Enn bu günə qədər fərqli ailələrdə qulluqçu olaraq çalışıb. Mattheu Ennin qalmasını istəsə də, Marilla Ennə güvənmir, çünki o, yararsız bir yetimdir. Daha sonra Ennin səhvini tuturlar, Enni yenidən uşaq evinə göndərirlər. Daha sonra Enn haqqında yanıldıqlarını başa düşürlər və Enni tapmağa çalışırlar.
I'm with You
I'm with You — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 26 avqust 2011-ci il tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
Run with the Lions
Run with the Lions (azərb. Şirlərlə qaç‎) — Litvanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yuriyus Veklenko "Run with the Lions" mahnısı ilə Litvanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Eşli Hiklin, Erik Lumyere və Pele Loriano tərəfindən bəstələnmişdir.
To Hell with It
To Hell with It — ingiltərəli musiqiçi PinkPantheress-in ilk miksteypi. 15 oktyabr 2021-ci ildə Parlophone və Elektra Records tərəfindən buraxılıb. PinkPantheress 2021-ci ilin əvvəlində TikTok-da mahnılarının qısa snippetlərini paylaşmağa başladı. Onun "Pain" və "Break It Off" adlı iki mahnısı çox populyarlaşdı və platformada geniş şəkildə tanındı. O, daha sonra Parlophone və Elektra Records ilə müqavilə bağladı və miksteypdən üç sinqlı buraxdı – "Passion", "Just for Me" və "I Must Apologise". "To Hell with It" 2000-ci illərdən ilham alan və uğursuz münasibətlər, yeniyetməlik, tərk edilmə və həsrətlə bağlı sözləri olan mahnıları ehtiva edən musiqi albomudur. Albomda çoxlu sempllar var və musiqi üslubu dans-pop, liquid funk və Böyük Britaniya qarajının qarışığıdır. Miksteyp buraxıldıqdan sonra tənqidçilər tərəfindən yaxşı qarşılandı. Onlar onun sempl istifadəsini, nostalji hissini və PinkPantheress-in vokallarını bəyəndilər. Miksteyp Billboard, Time və Rolling Stone-un tərtib etdiyi ilin ən yaxşı albomları siyahısında yer aldı.
Mount & Blade: With Fire & Sword
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. == Məzmunu == Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Killing Me Softly With His Song
Killing Me Softly With His Song — bəstəkarı Çarlz Foks, söz müəllifi isə Norman Gimbel olan mahnısı. == Lori Liberman versiyası və mübahisəli mənşəyi == 1971-ci ildə ilk çıxan yazdırmasında mahnını ifa edən Lori Liberman iddia edir ki, orijinal şeiri Don Maklinin Empty Chairs mahnısının təsirində özü yazıb. Onun sözlərinə görə, sonra o, bu məlumatı Gimbela verib. O isə, duyğularını alıb, onlardan mahnı sözlərini yazmış. Bundan sonra isə Gimbel bu sözləri onların üçün musiqi yazan Foksa verib. Norman Gimbelın sözlərinə görə, o, bəstəkar Lalo Şifrin ilə tanış olduqdan sonra, onnan birlikdə Şifrinin müxtəlif filmləri üçün mahnıları yazmağa başlayıb. Gimbel ilə Şifrin birlikdə Brodvey üçün bir müzikl yazmağa istəyirdilər. Gimbeldə ideya yaratmaq üçün, Şifrin ona Xulio Kortasarın Xana-xana oyunu (isp. Rayuela) romanı oxumağa verib. Kitab heç vaxt müzikla çevirilməmişdi, lakin ikinci fəsilində rəvayətçi özünü bir barda oturub, Amerikan dostu olan pianoçunun kill us softly with some blues mahnısını qulaq asaraq təsvir edir.
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している, azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur‎) və ya qısaca Noucome (のうコメ, Nōkome) — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur. Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. == Məzmun == Kanade Amakusa "Mütləq seçim" (絶対選択肢, Zettai Sentakushi) adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir.
Galium palustre var. witheringii
Bataqlıq qatıqotu (lat. Galium palustre) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium palustre var. genuinum Cout. Rubia palustris (L.) Baill.
Galium witheringii
Bataqlıq qatıqotu (lat. Galium palustre) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium palustre var. genuinum Cout. Rubia palustris (L.) Baill.
Juniperus withmanniana
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
No Sound Without Silence
No Sound Without Silence İrlandiyanın məşhur Alternativ rok qrupu olan The Script qrupunun 4-cü studiya albomudur. Albomun adı ingilis dilindən tərcümədə 2 cür məna verir: "sükutsuz səssizlik" ya da "sükut olmadan səssizlik olmur". Albomun çıxış treki "Superheroes" artıq 21 İyul 2014 tarixində işıq üzü görmüşdür. Albomun digər treklərindən biri olan "It's Not Right For You" isə 27 İyulda bütün fanatlar ilə paylaşılmışdır. Həmçinin 18 İyul tarixində göstəriş üçün 4 trekin adı da açıqlanmışdır və üstəlik onlardan qısa hissələr də hər kəsə təqdim olunmuşdur. 4 trekin adı isə belədir: "Superheroes, No Good In Goodbye, The Energy Never Dies, Man On A Wire". Qeyd etmək lazımdır ki, artıq 3 gün sonra "Superheroes" trekinin tam versiyası işıq üzü görmüşdür. Albomun tam treklisti isə belədir: "No Good in Goodbye" , "Superheroes" , "Man on a Wire" , "It's Not Right for You" , "The Energy Never Dies" , "Army of Angels" , "Flares" , "Never Seen Anything 'Quite Like You'" , "Paint the Town Green" , "Without Those Songs" , "Hail Rain or Sunshine" və bonus trek "Howl at the Moon". Albomun prodüserliyini bu şəxslər üstlənmişdir: Qrupun vokalisti: Danny O'Donoghue , gitaristi: Mark Sheehan , məşhur ABŞ rok qrupu Linkin Parkın üzvü Mayk Şinoda və digər 2 başqa prodüser James Barry və Andrew Frampton. Albomun tam versiyası 12 Sentyabrda İrlandiya və Böyük Britaniyada , 15 Sentyabrda isə Avropa və ABŞda satışa çıxarılacaq.
Prince of Persia: Warrior Within
Prince of Persia: Warrior Within (azərb. Fars Şahzadəsi: Daxili döyüşçü‎) — Kanadanın Ubisoft Montreal oyun şirkəti tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur. Oyunun rəsmi adı "Fars Şahzadəsi: Tale ilə mübarizə" kimi səslənir. "Prince of Persia: Warrior Within" videooyunu "Prince of Persia" oyununun "Sands of Time" seriyasının davamıdır. Videooyun Ubisoft firması tərəfindən 2004-cü ilin 1 dekabr ayında satışa çıxarılmışdır. Oyun Prince of Persia: The Sands of Time seriyasının qaldığı yerdən davam edir. Videooyunda Şahzadə artıq eyni anda iki silah daşıya bilir, düşmənlərindən silahlarını oğurlamağı bacarır və onları ata bilir. "Warrior Within" seriyası əvvəlki oyunlarına görə daha qaranlıq bir atmosferə sahib olmaqla oyunçuya, düşmənini daha şiddət ehtiva edən yeni hərəkətlərlə yox etmə imkanını yaradır. Bu kimi səbəblər üzündən oyun PEGI-dən 16+, ESRB-dən isə "Mature" (17+) təsnif etməni götürmüşdür. Bir çox Avropa ölkələrində, o cümlədən Almaniyada istehsal edilən oyunda qan səhnələri yoxdur.
Within Temptation
Within Temptation — Hollandiyalı Simfonik metal-rok qrupudur.1996-cı ildə vokalist Sharon den Adel və gitarist Robert Westerholt tərəfindən yaradılmışdır. Qrupu üslubunu media və dinləyici kütləsi sinfonik metal, gotik metal adlandırsalar da, Sharon den Adel bir müsahibəsində musiqilərini sinfonik rok olduğunu söyləmişdi. İlk albomları Enter (1997) olsa da, qrup "Mother Earth" albomu və "Ice Queen" sinqlləri çıxdıqdan sonra tanınmışdır.
Carex witheringii
Qumluq cili (lat. Carex arenaria) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Vignea arenaria (L.) Rchb. === Heterotipik sinonimləri === Carex arenaria var. adjuncta Merino Carex arenaria f. pallida Lackow. Carex arenaria var. prostrata De Langhe Carex arenaria var. pseudoarenaria T.Marsson Carex arenaria f. pumila Lackow.
Reporters Without Borders
Sərhədsiz reportyorlar (fr. Reporters Sans Frontières) — Fransanın Paris şəhərində yerləşən beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Picea withmanniana
Şərq küknarı (lat. Picea orientalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Şərq küknarı Tyan-Şan dağ silsiləsində dərələr boyunca rütubətli şimal yamaclarda bitir. Hündürlüyü 60 m-ə, dimateri 2 m-ə çatan nəhəng ağacdır. Piramidalvarı və ya konusvarı çətrə malikdir. İynəyarpaqları tünd-yaşıl və parlaq olur. Qozaları sentyabrda yetişir. Şərq küknarı tipik dəniz sahili iqliminə həssas, torpağın və havanın rütubətliyinə tələbkar bitkidir. Bununla belə dağlıq şəraitdə, sərt yamaclarda, qayalıqlarda dəniz səviyyəsindən 1000-1200 m, bəzən 2000-3000 m yüksəklikdə bitir və yaxşı inkişaf edir. Şərq küknarı gillicəli torpaqları xoşlayır, lakin əhəngli torpaqlarda, qayalıqlardakı qeyri-münbit və kasıb torpaqlarda da inkişaf edə bilər.