Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Murad Tutayuq
Murad Tutayuq Хаspоlаd оğlu (2 may 1904, Şuşa – 23 mart 1970, Naxçıvan.) — Azərbaycan mааrif хаdimi. Nахçıvan MSSR (1955) və Аzərbaycan SSR (1966) Əməkdаr Müəllimi. == Həyatı == Şuşа Rеаl məktəbini (1920) və Аzərbaycan Аli Pеdаqоji İnstitutunun (indiki АPU) fizikа-riyаziyyаt fаkültəsini (1925) bitirmişdir. Nахçıvаn Pеdаqоji Tехnikumundа müəllim və tədris hissə müdiri (1925–1939), Nахçıvаn Müəllimlər Institutundа müəllim (1940–1948; 1950–1954) və tədris işləri üzrə dirеktоr müаvini (1940–1948), Nахçıvаn Еlmi Bаzаsının dirеktоru (1948–1950), 3 №-li Nахçıvаn şəhər оrtа məktəbində müəllim və tədris hissə müdiri (1954–1966), Nахçıvаn Pеdаqоji Məktəbində pеdаqоgikа və psiхоlоgiyа müəllimi (1966–1968) işləmişdir. Murad Tutayuq "Lеnin" оrdеni və "Qırmızı Əmək Bаyrаğı" оrdеni ilə təltif оlunmuşdur.
Tutaqas (Baltas)
Tutaqas (başq. Тутағас, rus. Староякшеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Sikeyaz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 10 km., kənd sovetliyindən (Aşağı Sikeyaz): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 55 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (95%) üstünlük təşkil edir.
Utancaq Mimoza
Utancaq Mimoza –noxud/paxlalılar fəsiləsinin Fabaceae cinsinə aid sürünən birillik və ya çoxillik çiçəkli bitkidir. O, tez-tez maraq dəyərinə görə yetişdirilir: mürəkkəb yarpaqlar toxunduqda və ya silkələdikdə içəriyə qatlanır və aşağı düşür, özlərini zərərdən qoruyur və bir neçə dəqiqədən sonra yenidən açılır. Böyük Britaniyada o, Kral Bağçılıq Cəmiyyətinin Bağçada Fəaliyyət Mükafatına layiq görülüb. == Haqqında == Bu çoxillik ot həssas bitki kimi də tanınır və ya yarpaqları çox həssas olduğu üçün mənə toxunmayın. Yarpaqlar toxunma, istilik, zərbə və hətta sarsıntı kimi müxtəlif stimullara bağlanaraq və ya içəriyə qatlanaraq cavab verir. Bir neçə dəqiqədən sonra yenidən açılır. Bu cür hərəkətlərə suyun hücrədən daxil və xaricə hərəkəti nəticəsində yaranan seysmonastik hərəkətlər deyilir. Vətəni Cənubi və Mərkəzi Amerika olsa da, indi pantropikdir.
Validə Tutayuq
Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968). == Həyatı == 1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir. === Təhsili === 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur. 1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır. 1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır . == Fəaliyyəti == 1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur. 1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir.
Ənvər Tutayuq
Ənvər Xaspolad qızı Tutayuq — repressiya qurbanı. Şuşanın Tutayuqlar nəslindəndir. O, 1910-cu ildə anadan olub. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs deyib. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər. Ərinin antisovet təşkilatının üzvü olduğu barədə çıxarılan hökmə görə Ənvər xanımı da xalq düşməninin arvadı kimi həbs edərək Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov şəhər islah-əmək düşərgəsinə göndərilib.
Tutaq (Duzluca)
Tutaq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Akademik Validə Tutayuq (film, 2008)
Akademik Validə Tutayuq qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru Validə Tutayuq haqqındadır. == Məzmun == Film Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Tutayuqun həyat və fəaliyyətini əks etdirir.