XIRTAXIRT təql. Bıçaqla, dişlə və s. ilə kəsilən, doğranan bərk şeydən çıxan səs (prosesin davamlılığını göstərir). Uşaq qəndi xırtaxırt yeyir. – [Hidayət:] [Əlikram] adamın başını qatlayıb küt bıçaqla xırtaxırt kəsər, uf da deməz. B.Bayramov.