Barat Yusubov
Barat Vəliş oğlu Yusubov (8 yanvar 1978, Pirəsora, Lerik rayonu) — Azərbaycanlı həkim-nefroloq. "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin təsisçisi və sədri (2018–2020); "Avropa Nefroloji Dərnəyi"nin üzvü (2019–h.h.); "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"nin təsisçisi və sədri (2022–h.h.); "Yeni Klinika"nın direktoru (2022–h.h.)1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001–2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005–2009-cu illərdə ECM-nin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib. 2009–2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012–2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb.Müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir.
== Həyatı ==
Yusubov Barat Vəliş oğlu 1978-ci il yanvar ayının 8-də Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur.
== Təhsili ==
1984–1995-ci illərdə Lerik rayonu, Pirəsora kənd orta məktəbində orta təhsil alıb.
1995–2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb.
2001–2002-ci illərdə M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsində, Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.
== İş təcrübəsi ==
2002–2004-cü illərdə Azərbaycanda həqiqi hərbi xidmətdə tibbi məntəqə rəisi, 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının "Nefrologiya" şöbəsində, həkim-nefroloq, 2005–2019-cu illərdə M. Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsi, həkim-nefroloq işləyib.Paralel olaraq 2009–2012-ci illərdə "Avrasiya" klinikasında hekim-nefroloq, baş həkim, 2012–2015-ci illər "MediStyle Hospital"da həkim-nefroloq, baş həkim, 2015–2018-ci illər "Medikal Plaza" klinikasının baş məsləhətçisi olub.