Xərc funksiyası
Xərc funksiyası (ing. cost function, məxaric funksiyası (ing. expenditure function) ilə qarışdırılmamalıdır) mikroiqtisadiyyatda istehsalın xərcini bildilir. Xərc funksiyası xammalın qiymətlərindən və məhsul miqdarından asılıdır.. Ümumi şəkildə c(p1, p2, y) kimi ifadə olunur (burada p1 and p2 xammalın ədəd qiymətləridir, y isə məhsulun miqdarı).
Xərc funksiyası və onun təhlili Pol Samuelson (1947) və Ronald Şepard (1953) işlərində təsvir olunub. Xərc funksiyanın ümumi xüsusiyyətləri bunlardır:
(1) Qeyri-mənfilik: C(p, y) > 0, əgər p > 0 və y > 0
(2) Dəyişməyən xərc yoxdur: C(p, 0) = 0
(3) y üzrə monotonluq: əgər y* > y, onda C(p, y*) > C(p, y)
(4) p üzrə monotonluq: if p* > w, then C(p*, y) > C(p, y)
(5) Qiymət üzrə bir dərəcəli homogenlik: C(Aw, y) = AC(w, y)
(6) Qabarıqlıq: C(p, y) p üzrə çökükdür.
(7) Davamlılıq: C(w, y) p üzrə davamlıdır.
(8) Şepard lemması: əgər C(w, y) diferensialı tapıla bilər, onda yeganə vektor x var ki, dC(w, y)/dpi = xi.