XAKAS

сущ. хакас (туьрк халкьарикай садан тӀвар ва гьа халкьдикай тир кас).
XAK
XAKASCA
OBASTAN VİKİ
Kaçlar (Xakas)
Kaçlar — Rusiya Federasiyasının orta cənub bölgəsindəki Xakasiyada yaşayan Türk xalqlarından Xakasların bir tayfası. == Ümumi məlumat == Abakan vadisində əyləşirlər. Çat və Çulım civarında oturan tayfalarla bir qrup təşkil edirlər. Vaxtıyla Yeniseyin bir qolu olan Kas çayı boyunda oturmuş olduqlarından özlərinə Kaas tayfa adını vermişdilər. Gerçəkdən də daha XVII əsrin sonralarına doğru, İrtış hövzəsindəki bəzi Türk tayfaları, sırf buraları məzkunlaşdırmağa başlayan rusların təzyiqi ilə, Tomsk şəhərinin şimalındakı Yenisey çayına doğru sıxışdırılmış və sürülmüşdülər. Bu üzdən, bunların mühüm bir qismi, Krasnoyarskdan xeyli uzaq olmaq üzrə, Kaç çayı sahillərində yerləşməyə məcbur olmuşdular. Qırğızlar, Abakan vadisindən çəkilincə, bu Türk tayfaları Yuxarı Yeniseydən cənuba doğru enmişdilər. Fəqət, əsas Türk kütləsi Abakanla Askısın şimalındakı Yüs arasında qalmışdılar. Bu Türk topluluğundan törəmiş olanlar, özlərinə Kaas adını vermişdilər. Matias Kastrenə görə kaçlar, vaxtıyla eyni adı daşıyan çay hövzəsində yaşayarkən, tərkiblərində mühüm yer almış olan Ara türkləri ilə birləşmişdilər.
Xakas dili
Xakas (Xakas: Хакас тілі Xakas tili). Xakas köhnə Qırğız dövlətinin adıdır. İndiki Qırğız dili ilə demək olar ki, eynidir. Xakas dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Xakaslar özlərini Qırğız olaraq da görürlər. Xakas türkləri tərəfindən danışılmaqdadır. Xakaslar Xakasiya adı verilən ölkədə yaşayırlar. Xakasiya Cənubi Sibir bölgəsindədir. Xakas Respublikası və ya Xakasiya Rusiya idarəçiliyində muxtar respublikadır. Xakasların sayı 78.500 olub və bunun 60.168-a qədəri xakasca danışmağı bilir.
Xakas dilləri
Xakas dilləri və ya xakas-qırğız dilləri — qədim qırğız dilinin əsasında formalaşmış şərqi türk dilləri qrupu. Ehtimal olunur ki, qədim qırğız dili sarı uyğur, Fuyu qırğız, ədəbi xakas, şor və xakas altay idiomları əsasında formalaşmışdır ki, onlar bir-birini anlayan dialektlərdir. Ən çox təcrid olunmuş sarı uyğur dilidir. Текин Т. Проблема классификации тюркских языков // Проблемы современной тюркологии: материалы II Всесоюзной тюркологической конференции.
Xakasiya
Xakasiya (rus. Республика Хакасия, xak. Хакасия Республиказы) — Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi. Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir.
Xakasiya Respublikası
Xakasiya (rus. Республика Хакасия, xak. Хакасия Республиказы) — Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi. Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir.
Xakasiya bayrağı
Xakasiya bayrağı — Rusiya Federasiyası Xakasiya Respublikasının dövlət rəmzidir. Mövcud bayraq 1 oktyabr 2003-cü il tarixli 52 saylı Xakasiya Respublikasının qanunu ilə təsdiq edilmiş və 1327 qeydiyyat nömrəsi ilə Rusiya Federasiyasının Dövlət Heraldik Reyestrinə daxil edilmişdir. Xakasiya Respublikasının dövlət bayrağı dörd zolaqdan ibarət düzbucaqlı bir paneldir. Üfüqi şəkildə ardıcıllıqla düzülmüş üç bərabər zolağın üstü mavi, ortası ağ alt hissəsi qırmızıdır. Dördüncü zolaq, yaşıl rəngdə olub, üfüqi zolaqları birləşdirərək, şaquli olaraq, birbaşa şaftda yerləşir. Yaşıl zolağın ortasında qızıl rəngli günəş işarəsi (Kainatın simvolu) var. Horizontal zolaqların hər birinin eni bayrağın eninin üçdə birini təşkil edir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1992-2003-cü illərdə Xakasiya bayrağı müasir versiyası ilə tamamilə eyni görünürdü, lakin üfüqi zolaqların ardıcıllığı fərqli idi (yuxarıdan aşağıya: ağ, mavi, qırmızı). 2003-cü ildə Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının təkidi ilə və Xakasiya Respublikası Prokurorunun Xakasiya Respublikası 25 noyabr 2002-ci il tarixli 68 saylı qanununun 1-ci maddəsinə etirazından sonra "Xakasiya Respublikasının Dövlət Bayrağı haqqında" "zolaqların sırası, "Rusiya Federasiyasının Dövlət Bayrağı haqqında" federal konstitusiya qanunu ilə qadağan olunan Rusiya bayrağındakı zolaqların düzülüşünü təkrarlamamaq üçün dəyişdirildi.
Xakaslar
Xakaslar - türk xalqlarından biri. Xakaslar türk boyu olub Cənub-Şərqi Sibirdə yaşayırlar. Onlar Rusiya Federasiyasının Krasnoyarsk şəhərinin Xakas Muxtar Vilayətinin məskunudurlar. Xakaslar Abakan Türkləri, Yenisey Qırğızları, Minusinsk Tatarları və ya Abakan Tatarları kimi fərqli adlarla adlandırılmışdılar. Xakas əhalisi 1939-cu il əhalinin siyahıya alınmasına görə 52.000 nəfəridi. 1959-cu ildə 56,600 nəfərlik əhalinin 40,000-i xakaslar idi. Ölkədə xakaslardan başqa ruslar, ukraynalılar və tatarlar da yaşayır. Əlbəttə ki, xakasların Xakas muxtariyyətinin xaricində, Krasnoyarsk və Tuvadada yaşadıqlarını qeyd etmək lazımdır. 1989-cu ildə Xakas dilində danışanların ümumi sayı 81.428 nəfər idi. Abakan qəbilələri "yasaul (qadağan / yasavul)" adlı, bir köməkçisi olan şəxs tərəfindən idarə edilirlər.

Значение слова в других словарях