XANIMLIQ

is.
1. Xanım olma, xanım kimi yaşama, hörmətdə olma. Xanımlıq eləmək.
[Çəpəl:] Bəxtəvər qurulu evə gedir, açıq qapıya xanımlığa gedir. Mir Cəlal.

2. Qadınlıq.
[Qadının] ağıllı baxışı, dolğun sinəsi, həlim və təranəli səsi – bütün hərəkəti xanımlıq haqqına haiz olduğunu bildirirdi. Çəmənzəminli.

3. məc. Alicənablıq, ağayanalıq, nəciblik
[Səkinənin] oturuşunda, hərəkətində və üzgözündə bir xanımlıq, nəcib bir əxlaqın və mənəviyyatın gözəlliyi duyulurdu. M.İbrahimov.

Антонимы

  • XANIMLIQ XANIMLIQ – QULLUQÇULUQ Xanımlığa gəlməmişəm (A.Şaiq); Sənin elə peşən qulluqçuluq olub (A.Məmmədrza)
XANIMƏLİ
XANIMOTU

Значение слова в других словарях

вы́знобить Магоме́т пари́тель прока́зить сласти́ть шипе́ть асбе́стовый лесозащи́та стлань шрифтови́к шкафут шобоны aluminography ascendent booker crooner French bread overcentralize red laver наглость паркетчик прорычать секира усыпить частушечный