xarici örtük

ру наружное покрытие en exterior coating de Außenanstrich fr enduit extérieur es pintura exterior it tinta esterna
xarici divar
xarici pəncərə
OBASTAN VİKİ
Örtük
Örtük — geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin.
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Oleofobik örtük
Oleofobik örtük (lat. oleum — yağ və yun. φόβος — qorxu) portativ qurğularda tez-tez istifadə edilən xüsusi bir örtük növüdür. Oleofobik Örtük sayəsində örtülən səth barmaq izi, maye izi və çirk tutmama xüsusiyyətinə malik olur. Bu şəkildə istifadə edilən səthin davamlı olaraq təmiz qalması da təmin olunur. Ümumi olaraq ağıllı telefonlarda görsək də daha bir çox sahədə də oleofobik örtük texnologiyasının istifadə edildiyini söyləmək lazımdır. Kompüterlər, maşınlar və bir çox alətdə istifadə olunan oleofobik örtük ağıllı telefonlarda isə bəzi modellərdə diqqət çəkir. Bu örtük növü ilə tam təmin etmək istənilən səthin üzərində çirk tutulmamasıdır. Adətən ağıllı telefonlarda ekranda barmaq izi qalmaması üçün üstünlük verilən örtmə materialı, su keçirməyən IP68 sertifikatına malik olan ağıllı telefonlarda isə həm ekranda barmaq izi qalmaması, həm də ekranların maye ilə təmas etməsi halında mayelərin ekranda iz qoymamasını təmin etmək üçün üstünlük verilən material kimi istifadə edilir. Bundan başqa, oleofobik örtük yalnız örtən səthin çirk tutmamasını təmin etməklə da vəzifəli deyil.
Örtük (coğrafiya)
Örtük - Geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin (Lava örtüyü, üstəgəlmə örtüyü, moren örtüyü, çöküntü örtüyü və s.).
Örtük buzlağı
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük sistemi
Örtük sistemi (lat. integumentum, in + tegere — «örtmək») - əzələlərin və bədən boşluqlarının üstünü örtən , əzələ, birləşdirici və sinir toxumalar (epiteli) növlərinin orqanizm üzərində cəmləşmiş kompleksi . Örtük sistemi orqanizmi ətraf temperaturun mənfi təsirindən, mümkün zədələrdən, xəstəlik törədən mikroorqanizmlərdən və zəhərli maddələrdən qoruyur. Həmçinin, örtük sistemi çoxlu sayda kiçik, əsasən onurğasızlarda, su heyvanlarında və yüksək nəmlikdə yaşayan heyvanlarda nəfəs üzvü kimi fəaliyyət göstərə bilir. Örtük sistemi həcminə görə orqanizm sistemlərinin ən böyüyüdür.
Örtük strukturu
Örtük strukturu (rus. покровная структура, ing. nappe structure) — tektonik örtüklə əmələ gələn, geoloji struktura. Örtük strukturu olan dağlar örtük tipli dağ adlanır. Mis: Şərqi Alplar.
Marant yalançı örtük
Örtük buzlağı (coğrafiya)
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması (coğrafiya)
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük buzlaşmasının mərkəzi
Örtük buzlaşmasının mərkəzi (rus. центр покровного оле-денения, ing. centre of glaciation) — rütubətli hava axını yolunda, yaxud siklonlar yolunda yerləşən quru sahəsi (əksər halda dağlıq yaxud yüksəklik). Örtük buzlaşmasının mərkəzi Dördüncü dövrdə buzlaq sahəsi olmuş və ətraf sahələrə buradan yayılmışdır. Şimali Avropanın Skandinaviya dağlarındakı örtük buzlaşma mərkəzi.
Xarici birləşmə
xarici birləşdirmə– verilənlər bazalarının idarə olunmasında: relyasiya cəbrinin deyimi. Xarici birləşdirmə genişləndirilmiş birləşmə əməlini yerinə yetirir ki, nəticədə bir cədvəlin ikinci cədvəldə dublikatı olmayan sətirləri sıfır qiymətlərlə birləşmiş yekun cədvələ daxil edilir. Məsələn, SİFARİŞÇİ və MAL cədvəlləri üçün xarici birləşdirmə nəticədə heç bir mal sifariş etməmiş (mal sütunlarının qiyməti sıfır olan) sifarişçinin adı olan sətirlər və heç bir sifarişçi tərəfindən sifariş olunmamış (sifarişçi sütunlarının qiyməti sıfır olan) malların adı olan sətirləri yaradacaq; təbii ki, hansı sifarişçinin hansı malları sifariş etdiyini göstərən sətirlər (daxili birləşdirmə) istisna olunmaqla. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici dodaqlar
Xarici dodaqlar (labia majora), vaginanı xarici tərəfdən örtən həssas bir toxumadır. Tüklər vardır, lakin labia minorda ümumiyyətlə tük yoxdur. Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə üzəri tüklə örtülü olan, yuxarıdan başlayaraq aşağıda birləşən və cinsiyyət yarığını örtən böyük cinsiyyət dodaqlardır. Daxilində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İç hissəsində tük yoxdur.
Xarici istiqraz
Xarici məzhəbi
Xaricilər (ərəb. الخوارج‎ əl-xəvaric; mənası – çıxıb gedənlər) — erkən İslam məzhəblərindən biri. Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib, özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir. Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan, dindən, haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir.
Xarici planetlər
Nəhəng planetlər (ing. Giant planets) və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, Uran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir. Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir. Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən nəhəng və ağır olanıdır.
Xarici qulaq
Xarici qulaq (lat. auris externa) — qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir; bunlar bir qıf kimi səs dalğalarını tutub orta qulağa keçirir. Qulaq seyvanının insanda heyvanlara nisbətən o qədər də əhəmiyyəti yoxdur; onu əzələləri rudiment halda olduğu üçün hərəkt qabiliyyətinə malik deyildir. Qulaq seyvanı - lat. auricula dəri ilə örtülmüş elastiki qığırdaqdan təşkil olmuşdur və əhali arasında qulaq adı ilə məlumdur. Qulağa yun. otos deyilir: odur ki, qulağın iltihabı omum- otitis Dəri qəşərdaqla sıx bitişmişdir; burada dərialtı qat yoxdur. Qığırdağın arxa və yuxarı kənarı qıvrım olduğu üçün qulaq seyvanı qıvrımı - lat. helix adlanır; bunun ön yuxarı ucuna qıvrım ayaqcığı - lat. crus helicis və dal aşağı sivri ucuna qıvrım quyruğu - lat.
Xarici siyasət
Xarici siyasət — digər dövlətlərin davranışına təsir göstərmək və ya öz davranışını beynəlxalq mühitə uyğunlaşdırmaq üçün dövlətin həyata keçirdiyi fəaliyyətlər sistemi. Xarici siyasətin başlıca məqsədi milli maraqların müdafiəsidir. Xarici siyasətin həyata keçirilməsinin bir çox vasitələri mövcuddur ki, onların içində ən əhəmiyyətlisi diplomatiyadır. Müharibələr də xarici siyasətin həyata keçirilmə vasitələrindəndir. Xarici siyasətin təbiətinə beynəlxalq münasibətlər elmində müxtəlif fərqli yanaşmalar mövcuddur. Bir yanaşma belə hesab edir ki, dövlətin xarici siyasəti onun daxili siyasətinin davamı və ya bir növ xarici uzantısıdır. Başqa yanaşmanın tərəfdarları, xüsusən də beynəlxalq münasibətlər elmində neorealist məktəbin nümayəndələri isə, əksinə, iddia edirlər ki, xarici siyasətin formalaşmasında daxili siyasət heç bir rol oynamır. Kennet Volts buna klassik misal kimi Soyuq müharibə illərində Sovet və ABŞ xarici siyasətlərini nümunə göstərir. Belə ki, siyasi və sosial-iqtisadi quruluşlarında, eləcə də hakim ideologiyalarında fundamental fərqlər və ziddiyyətlər olmasına baxmayaraq hər iki dövlət, demək olar ki, oxşar xarici siyasət yürüdürdü. Neorealistlərin fikrincə xarici siyasətin əsas determinantı Beynəlxalq sistemin strukturudur.
Xarici təsir
Xarici təsir (ing. externality) və ya xarici effekt iqtisadi nəzəriyyədə — bazarın vasitəçiliyi ilə olmayan bir bazar əməliyyatının üçüncü tərəflər üzərində təsiri. Konsepsiyanın əsasları 1920-ci ildə Artur Sesil Piqu tərəfindən İqtisadi Rifah nəzəriyyəsində təqdim edilmişdir. "Xarici" ifadəsinin özü 1958-ci ildə Pol Samuelson tərəfindən gətirilmişdir. Xarici təsirlər olduqda, bazar tarazlığı təsirsiz hala gəlir: "ölü çəki" meydana çıxır, Pareto səmərəliliyi pozulur, yəni bazar fiyasko meydana gəlir. Xarici xüsusiyyətlər, bir ailənin və ya firmanın hərəkətləri digər ev təsərrüfatlarının və ya firmaların xərclərini və mənfəətlərini birbaşa təsir etdikdə meydana gəlir və bu yan təsirlər bazar qiymətlərində əks olunmur. Xarici təsir bazar əməliyyatlarında qiymətlərdə əks olunmayan xərclər və faydalardır. Bu təsirlər malların istehsalı və ya istehlakı nəticəsində özünü göstərir. Xüsusi, xarici və sosial xərclər və faydalar arasında fərq qoyun. Xarici cəhətlər əlverişli ola bilər - müsbət xarici təsirlər və ya xarici faydalar, əlverişsiz - mənfi xarici təsirlər və ya xarici xərclər.
Xarici valyuta
Xarici yaddaş
Xarici yaddaş - məlumatların uzun müddət saxlanması üçün yaddaş qurğularının məcmusudur. Xarici yaddaşın tərkibinə elastik və bərk maqnit disklərində toplayıcılar, optik və maqnit-optik toplayıcılar, maqnit lentində toplayıcılar daxildir. Adətən proqram və verilənlərin arxivləri xarici yaddaşda saxlanılır. Xarici daşıyıcılarda yerləşdirilmiş informasiya kompyuterin işə salınıb salınmamasından asılı deyildir. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Xarici agent
Xarici agent (rus. иностранный агент) — Rusiyada xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən status. Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və qanunun tərəfdarları qanunun ABŞ-nin FARA qanunundan(en) daha yüngül olduğunu bildirirlər. 29 iyun 2012-ci ildə təqdim olunan "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklər 13 iyul 2012-ci il tarixində Rusiya Federasiyası Dövlət Duması tərəfindən qəbul edildi. 2 dekabr 2022-ci il tarixinə qədər "xarici agent" kimi tanınan rusların 18%-nə cinayət işi açılıb. 25 noyabr 2017-ci ildə ABŞ Ədliyyə Departamentinin Russia Today və Sputnik xəbər agentliklərinin xarici agent kimi qeydiyata almasına cavab olaraq Rusiya, kütləvi informasiya vasitələrinin xarici agent kimi qeydiyata alına biləcəyi qanunu təsdiqlədi."Xarici agent" anlayışı aşağıdakılara şamil edilmir: qeydiyyatdan keçmiş dini qurumlara dövlət korporasiyaları və dövlət şirkətləri, habelə onların yaratdığı QHT-lərə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında(ru), Ticarət və Sənaye Palatasında və digər biznes birliklərində çalışan əcnəbilərə İlya Varlamov(ru) Rövşən Əsgərov Maksim Qalkin(ru) Morqenştern(ru) Oxxxymiron Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin və bir sıra qeyri-hökumət qrupları qanunun konstitusiya müddəalarını pozduğunu iddia etdilər. Avropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı qanunla bağlı narahatlığını ifadə edərək bildirib ki, "Qanun QHT ictimaiyyətinə pis təsir göstərə bilər, xüsusən də bu qanun düzgün şəkildə tədbiq olunmazsa." Oxxxymiron — "Agent"(rus.
Fransanın xarici siyasəti
Fransa Respublikasının beynəlxalq əlaqələri Fransa hökumətinin xarici dünya ilə əlaqələri. Qərbi Avropada yerləşən Fransa əsas Avropa ölkələrindən biridir və orta əsrlərdən bəri Avropa və beynəlxalq tarixdə görkəmli və tarixi rol oynamışdır. FransaBirləşmiş Millətlər Təşkilatının, NATO-nun və Avropa Kömür və Polad Birliyinin (Avropa Birliyinin sələfi) qurucularından biridir. Onun əsas müttəfiqləri Almaniya, İtaliya, ABŞ, digər NATO ölkələri və Avropa İttifaqıdır. Birləşmiş Millətlər Təşkilatında Fransa Təhlükəsizlik Şurasında daimi bir yerdədir və ixtisaslaşmış və əlaqəli qurumlarının çoxunun üzvüdür. Fransa həm də Aralıq dənizi Birliyinin qurucularından biridir və həm regional, həm də qlobal qlobal siyasətdə əsas rol oynayır. 1995-ci ilin yazında 14 yaşlı "Mitterrand dövrü" başa çatdıqda və Cümhuriyyət partiyasını dəstəkləyən Alyansın lideri Jak Şirak Fransa prezidenti oldu, bir çox analitik, seçki kampaniyasından daha çox ölkənin xarici siyasətində ola biləcək dəyişikliklər haqqında çox ehtiyatlı fərziyyələr söylədi. ritorika, son illərdə ODA rəhbərliyi, Fransa, müstəqillik və böyüklük, antiamerikanizm, imtiyaz kimi postulatlara güvənən General de Gollun ideoloji irsini getdikcə daha çox sitat gətirir Sovet İttifaqı ilə tərəfdaşlıq, müstəqil dayandırıcı qüvvələrin qurulması. Fransa ABŞ-nin qlobal siyasi rəhbərliyindən məmnun deyildi, güc təzyiqinin taktikası və "qabaqlayıcı tətillər" strategiyası ilə razılaşmadı. Şarl de Qollun dövründə olduğu kimi, Fransa da hegemon bir siyasətə qarşı çıxdı, bütün beynəlxalq birliyin paylaşdığı dəyərlər sistemi üçün.
Gürcüstanın xarici siyasəti
Müstəqillik qazandıqdan sonra Gürcüstanın xarici siyasəti NATO və Aİ-yə üzv olmağa yönəlib. Gürcüstan həm də Ermənistanla Rusiya arasında, Azərbaycanla Avropa arasında tranzit ölkə rolunu oynayır. 2013-cü ildən etibarən Türkiyə və Azərbaycan Gürcüstanın aparıcı ticarət tərəfdaşlarıdır. Rusiya ilə münasibətlər 2008-ci ildə kəsilmiş və gərgin olaraq qalmaqdadır. Gürcüstanın xarici siyasətinin əhəmiyyəti əsasən tranzit ölkə kimi onun əlverişli mövqeyi ilə bağlıdır. Azərbaycan karbohidrogenlərinin Türkiyəyə və AB-nə tranziti məhz Gürcüstandan keçir. Azərbaycanla münaqişə səbəbinə görə Ermənistan da Rusiya və Avropa ilə xarici ticarətini Gürcüstan üzərindən aparmaq məcburiyyətindədir. Nəhayət, AB-dən Çinə tranzit malları Rusiyadan yan keçməklə Gürcüstandan keçir. Gürcüstanın xarici siyasətinə Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması problemi ilə əlaqəli Rusiya ilə gərgin münasibətləri güclü təsir göstərir. Bu səbəbdən Gürcüstan sərhədlərin qorunmasının lehinə olan Ukrayna ilə yanaşı, Azərbaycanla da isti münasibətlər saxlayır.