XEYİRLİK

is. Yaxşılıq, yaxşı iş, xeyir iş, xeyirliyə olan iş (toy, bayram və s.). Xeyirliyə gəlmək. Xeyirliyə çalışmaq. Təzə evdə ilk süfrə xeyirliyə açılmışdı.
◊ Ağzını xeyirliyə açmaq – bax ağzını xeyrə açmaq (“ağız1”da).
Xeyirliyə deyil! – nəticəsi yaxşı qurtarmayacaq iş, hərəkət və s. haqqında.
Belə adamın gecə vaxtı yuxarı qalxması xeyirliyə deyildi. S.Vəliyev.

XEYİRLİ
XEYİRLİLİK

Значение слова в других словарях