xilas olmaq
xilqət
OBASTAN VİKİ
Xilaskar kilsəsi
Xilaskar kilsəsi (Ani) — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni kilsəsi. Xilaskar kilsəsi (Kopenhagen) — Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Kristianshavn rayonunda yerləşən lüteran kilsəsi. Xilaskar kilsəsi (Bakı) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən alman kilsəsi. Xilaskar kilsəsi (Yayıcı) — Kəlbəcər rayonunda kilsə.
Xilaskar (soyqırım)
Xilaskar — soyqırım zamanı soyqırım qurbanlarının sağ qalmasına kömək etməyə çalışan şəxs. Bir çox hallarda, bu, altruizm və/yaxud humanitarianizmdən irəli gəlir. Bu fenomenin ən yaxşı tədqiq edilmiş nümunəsi Holokost zamanı yəhudilərin xilas edilməsidir.
Xilaskar Məsih monastırı
Xilaskar Məsih monastırı – Culfa rayonunun Qazançı kəndi ərazisində, Qədim Cuğa şəhər yeri yaxınlığında yerləşən monastır. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Sünik və Qafqaz Albaniyası kilsələrinin Erməni Qriqorian Kilsəsinə tabe edilməsindən sonra, həmin kilsələrin tabeliyində olan bütün dini tikililər kimi, Müqəddəs Məsih kilsəsi də erməni kilsəsi kimi inkişad etmiş, orta əsrlərdə isə şərqdə ən məşhur erməni monastırlarından birinə çevrilmişdir. Buna baxmayaraq IX-X əsrlərə aid edilən monastır başkilsəsi, VIII-X əsrlər Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan xüsusiyyətləri daşımaqdadır. Cuğa nekropolunun şimal-qərb tərəfində yerləşən dərin vadi qədim dövrlərdən “Küləklər vadisi” adıyla tanınır. Xilaskar Məsih monastırı həmin vadinin sonundakı yüksək Əlincədağın ətəyində, Cuğa nekropolundan təxminən 3 km aralıda, tarixi Əlincəqala və Qazançı qalalarının yaxınlığında yerləşir. Monastırın cənub tərəfində Araz çayı, digər tərəfdə isə Əlincəçay axır. Monastırdan şərq tərəfdə tarixi Cuğa şəhərinin xarabalıqları və Gülüstan türbəsi yerləşir. Mesrop Smbatyanın verdiyi məlumata görə, monastırın əsası 1271-ci ildə Vaqram adlı bir nəfər tərəfindən qoyulmuşdur. Lakin, yazılı mənbələrdə monastırın adı 1271-ci ildən əvvəl də çəkilir.
Xilaskar kilsəsi (Ani)
Xilaskar kilsəsi – (və ya Surp Amenaprkıtch) Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni kilsəsi. Bu abidənin inşası 1035-ci ildə tamamlanıb. Kilsənin divarlarındakı yazılar təkcə kilsənin yox, eləcə də ermənilərin tarixini öyrənmək baxımından qiymətli mənbələrdir. Kilsənin kitabələrindən birində deyilir: "480-ci ildə (miladi təqvimlə 1035) mən Ablğarib mərzban Konstantinopolda Bizans imperatoru Mikaelə Şahənşah Smbatın adından bir təklif etdim və böyük zəhmət və xərc bahasına ondan Müqəddəs Xaçın bir parçasını ala bildim və qayıtdığımda bu məbədi inşa etdirdim…" Kitabədə daha sonra şahzadə Ablğarib Pahlavuninin bu məbədi məhz Müqəddəs Xaçın bir hissəsini qorumaq və saxlamaq üçün inşa etdirdiyi bildirilir. O, bu müqəddəs əmanəti Konstantinopola səfəri zamanı əldə edir və kilsəyə verərək burada qorunmasını, İsanın (ə.s.) zühuruna kimi isə hər gecə bu kilsədə gecə ayinlərinin təşkil olunmasını əmr edir. Başqa bir yazıda isə qonaqların dincəlməsi üçün iki jamatunun da əlavə edildiyi 1193-cü il tarixində olmuş bərpadan bəhs edilir. Həmçinin 1291-ci ildə giriş qapısının üstünə zəng qülləsinin əlavə edildiyi də yazılmışdır. Bütün bu əlavələr fasaddakı bəzi beton izləri xaric tamamilə məhv olmuş və onlardan dövrümüzə bir şey çatmamışdır. Başqa bir kitabə isə 1342-ci ildə şahzadə Vahram Zakaridin memar Vasilə kilsənin qübbəsinin təmir edilməsini əmr etməsindən bəhs edilir. Kilsənin uçmamış digər hissəsi isə 1989-cu ildə baş vermiş bir zəlzələdən sonra ciddi xəsarətlər alıb və uçmaq təhlükəsi var.
Xilaskar kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
Xilaskar kilsəsi (Kopenhagen)
Kopenhagen xilaskar kilsəsi (dan. Vor Frelsers Kirke) - Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Kristianshavn rayonunda yerləşən lüteran kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsənin burğuyabənzər şpili ona özünəməxsus görünüş verir. Şpilin xaricində yerləşən dolama pilləkənlərlə kilsənin ən yüksək zirvəsinə qalxaraq Kopenhagenin mərkəzi hissəsinə açılan möhtəşəm mənzərəni seyr etmək olar. O həmçinin zəng gülləsində yerləşən və səhər saat 8-dən gecə yarısına kimi hər saat melodiyalar çalan, Şimali Avropanın ən böyük karilyonları ilə də məşhurdur. Danimarka-Norveç kralı IV Kristian Amager adasında yaşayan müstəqil tacirlər üçün Kristianshavn adında yaşayış ərazisinin yaradılmasını plaşlaşdırır və bu zaman sakinlərin istifadəsi üçün yeni salınacaq rayonda kilsənin inşa olunması əsas məqsədlərdən birinə çevrilir. 1639-cu ildə yeni salınmış ərazidə müvəqqəti kilsə sakinlərin istifadəsinə verilir, lakin memar Lambert van Havenin layihəsi əsasında hazırlanmış bugünkü Xilaskar kilsənin inşa planları düz 1678-ci ilə kimi uzadılmışdır. Hazırkı kilsənin açılışı 14 il sonra, yəni 1695-ci ildə baş tutmuşdu, lakin o zaman interyerin mühüm elementlərindən sayılan altar müvəqqəti xarakter daşıyırdı, zəng gülləsi üzərində isə şpil hələ quraşdırılmamışdı. Özünün daimi altarını kilsə 1732-ci ildə qazanmışdır, ancaq şpilin tikintisi üçün hazırlanmış planlarda 1747-ci ildə V Frederikin hakimiyyəti dövrünə qədər heç bir canlanma hiss olunmurdu. Layihə üzrə yeni memar Lauritz de Tura seçilmişdi.
Xilaskar kilsəsi (Yayıcı)
Xilaskar kilsəsi — Kəlbəcər rayonunun Yayıcı kəndində yerləşən tarix-memarlıq abidəsi. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır. Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. Kilsə xaçvari plana malikdir. Kilsənin divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Döşəmə kimi isə yonularaq düzləşdirilmiş qayadan istifadə edilmişdir. Kilsənin giriş portalının timpanında onun sifarişçisinin adı qeyd edilmiş kitabə vardır: "…Həsənin oğlu Vaxtanqın hakimiyyəti dövründə biz, Arbasayrın oğlanları İohann, Sərkis, Qriqor və Serob öz hesabımıza Xilaskar kilsəsini inşa etdirdik." Kitabədə inşa tarixi qeyd edilməsə də, 1214-cü ildə vəfat etmiş Xaçın knyazı Vaxtanqın qeyd edilməsi abidənin inşa tarixini müəyyən etməyə imkan verir. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır. Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. O, Tərtər çayının sağ sahilində, yerləşir.
Xilaskar monastırı (Badara)
Xilaskar monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. Tarix adətən birinci sətirdə göstərilir, kitabənin birinci sətiri isə tamamilə silinmişdir. Lakin, kitabədə “darpas” (saray), "vaçar" (bazar) kimi sözlərin istifadəsi, İşxan Smpat, Katolikos Atanas kimi adların çəkilməsi kompleksin qədim dini mərkəz olduğunu sübut edir. Abidəni tədqiq etmiş K. Mkrtçyan ehtimal edir ki, Həsən Cəlalın öldürülməsindən sonra XIII əsrin II yarısında Xaçın knyazlığının mərkəzi Xanabert qalasından buraya köçürülmüşdür. Vaxtilə qədim yaşayış məskəninin əsas məbədi olmuş monastır xarabalıqlar arasında yeganə tikili kimi qalmışdır. Kilsənin ətrafındakı qədim məzarlıqda yüzlərlə xaçdaşlar vardır. Monastırın başkilsəsi planda üçnefli bazilika olmaqla, tərəfləri 11.3x9.7 metr ölçülərə malikdir. Altar ətrafındakı köməkçi otaqlar ibadət zalının yarısını tutur.
Xilaskar qan kilsəsi
İsa Peyğəmbərin Xilaskar Qanı Kilsəsi və ya sadəcə Xilaskar qan kilsəsi (rus. Собор Воскресения Христова на Крови, Спас-на-Крови) – Peterburqun mərkəzində memorial kilsə abidəsi. Kilsə 1 mart 1881-ci ildə təşkil olunan sui-qəsd nəticəsində ölümcül yaralanan imperator II Aleksandrın xatirəsinə ucaldılmışdır (Xilaskar qan ifadəsi imperatorun qanına işarə olunur). Kilsə bütün Rusiya ərazisindən toplanan vəsaitlə şəhid-çara ehtiram abidəsi kimi inşa olunmuşdur. Kilsə Peterburqun tarixi mərkəzi sayılan Qriboyedov kanalının sahilində, Mixaylov bağının və Mars sahəsi meydanının yaxınlığında yerləşir. Doqquz günbəzli kilsənin hündürlüyü 81 m, tutumu isə 1600 nəfərdir. Kilsə-muzey rus memarlığının ən görkəmli abidələrindən biridir. Məbəd 1883-1907-ci illərdə imperator III Aleksandrın sifarişi ilə memar Alfred Parland və arximandrit İqnatiusun (Malışev) birgə layihəsi üzrə inşa edilmişdir. Rusiya üslubunda inşa olunmuş bu layihə bir qədər Moskvadakı Vasili Blajennı kilsəsinə bənzəyir. Kilsənin tikintisi 24 il davam etmişdir.
Müqəddəs Xilaskar İsa Məsih kafedralı (Şuşa)
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Azərbaycan xilaskarlarının xatirəsinə (film, 1937)
Azərbaycan xilaskarlarının xatirəsinə filmi rejissor Vladimir Yeremeyev tərəfindən 1937-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Orconikidzenin dəfni günü Bakının mədənlərində, zavodlarında və fabriklərində matəm mitinqlərinə həsr olunmuşdur. == Məzmun == Film Orconikidzenin dəfni günü Bakının mədənlərində, zavodlarında və fabriklərində matəm mitinqlərinə həsr olunmuşdur.
Dünyanın xilaskarı
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. == Haqqında == Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. == Həmçinin bax == Ən bahalı rəsm əsərlərinin siyahısı == İstinadlar == == Mənbə == Qiyməti 201 milyon dollar olan portret!
Dünyanın xilaskarı (da Vinçi)
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. == Haqqında == Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. == Həmçinin bax == Ən bahalı rəsm əsərlərinin siyahısı == İstinadlar == == Mənbə == Qiyməti 201 milyon dollar olan portret!

Значение слова в других словарях