Süzmə xingal
== Ərzaqlar ==
Qoyun əti — 165q, buqda unu — 100q, yumurta 1/5 əd., baş soğan — 30q, ərinmiş yağ — 20q, pendir — 15q, qatıq — 50q, sarımsaq — 3q, zəfəran — 0,1q, istiot — 0,1 q, duz.
== Hazırlanma qaydası ==
Qoyun əti 10–15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.