XOŞSİMALI sif. [ fars. xoş və ər. sima] Siması (üzü) xoşa gələn; xoşgörkəm, göyçək, qanışirin. [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Nəriman böyüdükcə gözəllənib uca boylu, xoşsima, mövzun qədli bir oğlan olmuşdu. Ə.Haqverdiyev.