XOŞLUQ

is.
1. Xoşa gələn, ləzzət verən şeyin halı, xoş təsir. Havanın xoşluğu.
– Havada xəfif bir sazaq var idisə də, yazın … ilk yeli bu sazağa bir xoşluq verirdi. Çəmənzəminli.
Aydınlığın xoşluğunda; Nə gözəlsən, sonam dəniz! R.Rza.

// Məlahət, gözəllik; gözə, qulağa gözəl təsir bağışlayan, ürəyəyatan. Müğənninin səsinin xoşluğu.
// Xoş əhval-ruhiyyə, şənlik, fərəh.
□ Xoşluq gətirmək – fərəh gətirmək, sevinc gətirmək.
Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.

2. Xoşluqla şəklində zərf – öz xoşu ilə, yaxşılıqla, öz razılığı ilə; qalmaqalsız, zorsuz. Xoşluqla qəbul etmək.
[Əsgər:] [Gülçöhrə] xoşluq ilə ərə getməyə razı olmadı… Ü.Hacıbəyov.
[Müəllim:] Siz də mövqeyinizi xoşluqla buraxmaq istəməyəcəksiniz. S.Hüseyn.
[General:] Xoşluqla etməsə, nə gəlib zora? Biz ki gəlməmişik xoşluqla bura! B.Vahabzadə.

◊ Öz xoşluğu üçün – özünə xoş olmaq üçün, öz səadəti üçün, öz xeyri üçün.
Öz xoşluğu üçün dünyalarca cinayətlərə səbəb olan bu adam, öz əməllərinin cəzasına çatdırılmışdı. P.Makulu.

Синонимы

  • XOŞLUQ ləzzət — kef — nəşə — səfa
  • XOŞLUQ məlahət — gözəllik

Антонимы

  • XOŞLUQ XOŞLUQ – PİSLİK Mən mağaraya girib; Cüməyə yalvarıram; Əgər xoşluq ilə gəlsə heç (A.Şaiq); Pislik onun əlində bir qurtum su içmək kimi bir şeydir
XOŞLİQA
XOŞMƏZAC

Значение слова в других словарях