XOŞSİFƏTLİ

sif. [ fars. xoş və ər. sifət]
1. Gözəl, göyçək, xoşsima, qanışirin.
Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov.
Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. T.Ş.Simurq.

2. məc. Gülərüzlü, xoşrəftar, nəvazişkar; xeyirxah, səmimi.
Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. Koroğlu”.
Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq.
Aslan bu xoşsifət adamları lap ilk gündən sevməyə başladı. S.Vəliyev.

Синонимы

  • XOŞSİFƏTLİ bax: xoşsifət
  • XOŞSİFƏTLİ XOŞSİFƏT(Lİ) (gözəl üzü olan adam) Beləliklə rəssam, Yavərin evində hörmətlə qarşılanan xoşsifət və xoşrəftar bir müsahibə çevrildi (M
XOŞSİFƏT
XOŞSİFƏTLİK

Значение слова в других словарях