Albaniyada xristianlıq
Albaniyada xristianlıq 325-ci ildə bütün ölkəyə yayıldı. 1100-cü ildən Bizans imperiyası ərazidə ruhani missiyalarını yerinə yetirirdi. Venesiyanın artan təsiri ilə əlaqədar olaraq, fransisklər 13-cü əsrdə bölgədə yerləşməyə başladılar. 15-ci əsrdən 19-cu əsrə qədər, Osmanlı İmperatorluğunun hakimiyyəti dövründə əksəriyyət İslamı qəbul etdi və xristianlıq ölkədə dominantlığını itirdi. Kommunizmin süqutundan sonra Albaniya hökumətinin verdiyi statistikaya görə, əhalinin 58% müsəlman, 10% katolik, 7% pravoslav və 15% ateist idi, lakin zəif sayma prosesinə görə və əksər vətəndaşlarla əlaqənin qurulmamasına görə 2011-ci ildə keçrilən sorğu əhalinin böyük hissəsinin fikrini öyrənə bilmədi. 2011-ci il siyahıyaalınmasında əhalinin elan edilmiş dini mənsubiyyəti aşağıdakı kimidir: 56,7% müsəlman, 13,79% fikrini bildirmədi, 10,03% katolik, 6,75% pravoslav, 2,5% ateist, 2,09% bəktaş, 0,07% digər xristianlar və 0,02% digər inanclar.
2015-ci ildə aparılan araşdırmaya, əsasən 13.000 insan İslamdan imtina edərək xristianlığı qəbul etmişdir.
Hökumətin 2010-cu ildə verdiyi rəqəmlərə görə albanların təxminən% 20-ı pravoslavlığa inanır. 2011-ci il əhalinin siyahıyaalınmasına ıəsasə, pravoslav xristianlar əhalinin əhalinin 6,75%-nı təşkil edirdilər. Albaniya tarixən həm katolik kilsəsi, həm də pravoslavlıqla əlaqələri var.