XRİSTİANLIQ
XUDADAD
OBASTAN VİKİ
Xuda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Dəlayir-i Ülya (Xudabəndə)
Dəlayir-i Ülya (fars. دلايرعليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
Elman Xudazarov
Elman Aslan oğlu Xudazarov (d. 3 dekabr 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Federasiyası Komi Respublikası Baş Nazirinin müavini. İqtisadi elmlər namizədidir. == Həyatı == Elman Xudazarov 3 dekabr 1959-cu ildə Bakı şəhərində anadan olub. Kiyev Politexnik İnstitutunu "elektroakustika və ultrasəs texnikası" ixtisası üzrə bitirib. 1982-ci ildən - SSRİ Hərbi Dəniz üvvələrində zabit 1985-ci ildən - "İttifaqneftavtomatika" birliyinin Uxta idarəsində çilingər-quraşdırıcı, mühəndis-sazlayıcı 1987-ci ildən - "Usinskneft" NQÇİ-nin böyük mühəndisi 1988-ci ildən - "Arxanqelskneft"NQÇi-nin kommersiya məsələləri üzrə təis müavini 1993-cü ildən -"Usinsərzitəchizat" idarəsinin kommersiya direktoru 1994-cü ildən - "Korporasiya İFK" investisiya-maliyyə şirkətinin Usinsk filialının direktoru 1998-ci ildən - "Korporasiya İFK" idarə rəisi 1999-cu ildən - Rusiya Federasiyası Hökumət ianında Federal Borc Mərkəzi Komi Rsepublikası üzrə bölməsinin rəis müavini 2002-ci ildən - Rusiya Federal Əmlak Fondu Komi Respublikası üzrə idarəsində şöbə müdiri 2003-cü ildən - Rusiya Federal Əmlak Fondu Komi Respublikası üzrə idarəsində əmlak satış şöbəsinin müdiri. 2007-ci года - "Belkomur" ASC baş direktoru. Komi Respublikası Başçısının 19 sentyabr 2014-cü il sərəncamı ilə Komi Respublikası Baş Nazirinin müavini təyin edilib.
Firuz Xudaverdiyev
Firuz İslam oğlu Xudaverdiyev — Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Azərbaycanın əməkdar artisti (2002). == Həyatı == Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub.1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.Aktyor səhnə yaradıcılığından əlavə bir sıra tele tamaşalar və bədii filmlərdə rol alıb bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar. Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə dünyasını dəyişmişdir.Uzun müddət mədə xərçəngindən əziyyət çəkib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb. == Teatr səhnəsində ifa etdiyi rollar == Mingəçevir Dövlət Dram Teatrı(1969-1976) Fuad ("Almaz", Cəfər Cabbarlı) Şəmsi bəy ("Eşq və intiqam", Süleyman Sani Axundov) Vəzir ("Fərhad və Şirin", Səməd Vurğun) Ədalət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev) Assistent ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) Akademik Milli Dram Teatrı(1976-2017) Bir kişi ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə) Qoca ("Fitnə", Abdulla Şaiq) Əsgər ("Maqbet", Uilyam Şekspir) Xəstə ("Biganələr oteli", Rüstəm İbrahimbəyov) N.Kokin ("Daşqın", A. Safronov) Çolaq ("Yad adam", L. Frank) 1-ci polis ("Səhra yuxuları", Anar) Ter Vahan və Mamayı ("Xurşidbanu Nətavan", İlyas Əfəndiyev) Mola ("Mirzə Şəfi Vazeh", Nəbi Xəzri) Hans ("Gecənin sirri", A. Safronov) 1-ci Qanun ("İblis", Hüseyn Cavid) Kərbəlayı Bəndalə ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) Aşpaz Abbas ("Sehrli alma", Y. Lada) 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov) Qulam ("Aydın", Cəfər Cabbarlı) Həkim ("Kəllə", Nazim Hikmət) Molla ("Brüsseldən məktublar", Həsən Həsənov) Reynaldo ("Hamlet", Uilyam Şekspir) Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə) Hacı Hüseyn ("Dirilən adam", Mir Cəlal) Müəllim ("Nazirin xanımı", Branislav Nuşiç) Yaşlı kişi ("21:15 qatarı", Toyqun Orbay) Hacı Kazım ("Ölülər", Cəlil Məmmədquluzadə) Xristian İvanoviç Gibner ("Müfəttiş", Nikolay Qoqol) == Filmoqrafiya == Kişilər (film, 1979) Mənim günahım (film, 1985) Ordan-burdan (film, 1987) Pəncərədə işıq (film, 1987) Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini "Fransız" (film, 1995) Bağdada putyovka var... (film, 2000) Qeybdən gələn səs (film, 2002) Dəvətnamə (film, 2003) Sonuncu şahid (film, 2004) Cavid ömrü (film, 2007) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim! (film, 2008) Vəkil hanı? (film, 2011) Mürafiə vəkillərinin hekayəti (film, 2011) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: baba) Bir ovuc torpaq (teleserial, 2013) Ümid işığı (film, 2014) Azərbaycan tarixinin parlaq epizodları.
Fəqan Xudaverdiyev
Fəqan Xudaverdiyev (şəhid)
Fərda Xudaverdiyev
Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; 12 avqust 1979, Cəbrayıl) — azərbaycanlı aktyor, ssenarist, aparıcı, rejissor və şoumen. == Həyatı == Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır.
Fərəc yüzbaşı Xudayarlı
Fərəc yüzbaşı Xudayar yüzbaşı oğlu Xudayarlı (1839-?) - oba yüzbaşısı, xeyriyəçi, el ağsaqqalı. == Həyatı == Fərəculla Xudayar yüzbaşı oğlu 1839-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Xudayarlı оbasında anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ailədə qısaca "Fərəc" çağrıldığından оbada da bu adla tanınmışdı. Atasından sоnra оbalarına yüzbaşılıq еtmişdi. == Ailəsi == Fərəc yüzbaşı Mahpəri xanımla və Xanımnisə xanımla evlənmişdi. Xanalı, Dünyamalı, Bəyalı, Əziz adlı оğulları, Hürü, Mələк və Zеynəb adlı qızları vardı. Fərəc yüzbaşının törəmələri Fərəcov, Fərəcli soyadlarını daşıyırlar. == Mənbə == Ənvər Çingizoğlu. Yük üstü çadırlı, yük altı qatırlı oba: Xudayarlı, "Soy" dərgisinin özl nəşri, Bakı, 2005.
Goran (Xudabəndə)
Goran (fars. گوران‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (68 ailə).
Gənanlı-i Həsənsoltanlı (Xudafərin)
Gənanlı-i Həsənsoltanlı (fars. گنانلوحسن سلطان لو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (7 ailə).
Gəndab (Xudabəndə)
Gəndab (fars. گنداب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (45 ailə).
Gəndomnan (Xudafərin)
Gəndomnan (fars. }گندم نان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (10 ailə).
Gəngək (Xudabəndə)
Gəngək (fars. گنگك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 431 nəfər yaşayır (94 ailə).
Gəvəndərə (Xudabəndə)
Gəvəndərə (fars. گوندره‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 799 nəfər yaşayır (185 ailə).
Hesban (Xudafərin)
Hesban (fars. حسبان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
Hey (Xudabəndə)
Hey (fars. حی‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,355 nəfər yaşayır (311 ailə).
Heydərxanlı (Xudafərin)
Heydərxanlı (fars. حيدركانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (85 ailə).
Hüseynabad (Xudabəndə)
Hüseynabad (fars. حسين اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 452 nəfər yaşayır (96 ailə).
Hüseynəlibəyli (Xudafərin)
Hüseynəlibəyli (fars. حسينعلي بيگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (30 ailə).
Kabulabad (Xudafərin)
Kabulabad (fars. كابل اباد‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (21 ailə).
Kahalabad (Xudabəndə)
Kahalabad (fars. كهل اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (118 ailə).
Kamal Xudaverdiyev
Kamal Ağahüseyn oğlu Xudaverdiyev (3 may 1938 – 23 aprel 2008) — Azərbaycan Respublikasının xalq artisti (1991). Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri. Kamal Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb. == Həyatı == Xudaverdiyev Kamal Ağahüseyn oğlu 3 may 1938-ci ildə Bakıda doğulub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində aşağıdakı rolları oynayıb: Raul («Orlean qızı» Fridrix Şiller), Fərman («Yalan» Sabit Rəhman), Lətif («Söz yarası» Qeybulla Rəsulov), Aslan («Kəndçi qızı» Mirzə İbrahimov), Laert («Hamlet» Vilyam Şekspir), İbad («Almaz» Cəfər Cabbarlı), Aslan («Kəndçi qızı», Mirzə İbrahimov), Otar («Qəribə oğlan»), Kamandar («Bağlardan gələn səs»), Kərim bəy («Tənha iydə ağacı»), Knyaz («Xurşidbanu Natəvan», İlyas Əfəndiyev), Maqduf («Maqbet», Vilyam Şekspir) Kral Lir («Kral Lir», Vilyam Şekspir), Denni («Qızıl», Y.O`Nil), Sezar («Kölgələrin oyunu», Y. Edlis), Şah Edip («Şah Edip», Sofokl), Çingizxan («Sokratı anma gecəsi», Ç. Aytmatov və M. Şahanov), Loğman («Yollara iz düşür»), Ulu əcdad («Hara gedir bu dünya?»), Salman Tahirov («Cəzasız günah»), Aqşin («Dar ağacı», Bəxtiyar Vahabzadə), Süpürgəçi («Ah Paris.. Paris…», Elçin), Murtuza Muxtarov («Mesenat», Əli Əmirli). Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu obrazlar ifa etmişdir: İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy), Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (doktor), Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi), Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Ən vacib müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (ata), «Otel otağı» (alim), «Dədə Qorqud» (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.
Kamlar (Xudabəndə)
Kamlar (fars. ‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (7 ailə).
Kavanəq (Xudafərin)
Kavanəq (fars. کوانق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (21 ailə). == İqtisadiyyat == Kənd Qaradağ vilaytətində ən məşhur nar və üzüm istehsalının mərkəzidir. Bu məhsullar, soyuducu tələb etmədən altı aydan çox saxlanılmaq üçün xarakterik bir potensiala malikdir. Bu xüsusiyyət 1830-cu illərdə Qaradağı gəzən Robert Miqnan tərəfindən qeyd edilmişdir. Kavanəq inkişaf etmiş arıçılığı ilə də diqqəti çəkir.
Kerişan (Xudafərin)
Kerişan (fars. كريشان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (24 ailə).

Значение слова в других словарях