XRİSTİANLIQ

eramızın I əsrində meydana gəlmiş din; xristian dininə mənsubluq; xaçpərəstlik.
XRİSTİANLAŞMAQ
XUDA
OBASTAN VİKİ
Xristianlıq
Xristianlıq (yun. Χριστός — məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid digər adı ilə İncil (anlamı xoş müjdə) dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteist dünya dini. Digər adları: məsihçilik, məsihilik, nəsranilik, nəsraniyyət, tərsa. Üç əsas dünya dinlərindən (Yəhudilik və İslamla bərabər) biri, İbrahimi dini kimi də sayılır. Xristianlar inanırlar ki, Nazaretli olan İsa "məsh olunmuş ilahi varlıqdır (Məsihdir)", Tanrının Kəlamıdır, bəşər olmuş Kəlamdır, Tanrıdır, Tanrının oğludur və bəşəriyyəti xilas edəcək Məsihdir. Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir. Avropada, hər iki Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır. Xristianlığın üç əsas cərəyanları Katoliklik , Pravoslavlıq və Protestantlıqdır. Demək olar ki, hər Xristian məzhəbi kilsə formada təşkil olunur. Xristianlıq Üçlü Birliyə digər adı ilə Üç üqnuma, yəni, tək Tanrının üç ilahi Şəxsiyyətdə var olmasına inanır.
Abxaziyada xristianlıq
Xristianlıq Abxaziyada əsas dindir. Bugünkü Abxaziyada xristianlığın yayılması tarixi 1-ci əsrə təsadüf edir və 325-ci ildə Pisunda yepiskopu Birinci Nikeya Kilsə Məclisində iştirak etmişdir. 9-cu əsrin sonlarından etibarən Abxaziyanın pravoslav yeparxiyaları Gürcü Pravoslav Kilsəsinə tabe olmağa başladı, lakin sonralar orada Abxaziya Katolikosluğu kimi fəaliyyət göstərdilər. == Şərq Provaslav Kilsəsi == Abxaziyadakı pravoslav kilsəsi rəsmi olaraq Gürcü Apostol Avtokefal Pravoslav Kilsəsinin (Tsxum-Apxazeti Yeparxiyasının) bir hissəsidir, rəhbəri katolikos-patriarx II İlyadır. Gürcü-abxaz münaqişəsindən sonra Gürcüstanın avtokefal kilsəsi Abxaziyadakı mülkiyyətinə nəzarəti və yurisdiksiyasını itirdi. Bununla belə, Rus Pravoslav Kilsəsi və Konstantinopol Pravoslav Kilsəsi də daxil olmaqla, pravoslav inancının bütün avtokefal kilsələri Abxaziyanı gürcü avtokefal kilsəsinin bir hissəsi kimi tanıyır. Abxaziyadakı pravoslav kilsəsinin hazırkı rəhbəri Tsxum-Apxazeti Yeparxiyasının arxiyepiskopu Danieldir. Bununla belə, Gürcü Pravoslav Kilsəsi orada fəaliyyət göstərə bilmir və onun əksər din xadimləri, eləcə də kilsə Abxaziya müharibəsi zamanı və ondan sonrakı dövrdə qovulub. Abxaziyadakı müharibədən sonra gürcü kilsəsinin yeganə pravoslav keşişi, etnik abxaz Vissarion (Appliaa) yerli pravoslav icmasına rəhbərlik edib. Sonrakı illərdə qonşu Rusiya Maykop Yeparxiyasının yenicə təqdis olunmuş din xadimləri Abxaziyaya gəldilər və tezliklə Vissarionla münaqişəyə girdilər.
Albaniyada xristianlıq
Albaniyada xristianlıq 325-ci ildə bütün ölkəyə yayıldı. 1100-cü ildən Bizans imperiyası ərazidə ruhani missiyalarını yerinə yetirirdi. Venesiyanın artan təsiri ilə əlaqədar olaraq, fransisklər 13-cü əsrdə bölgədə yerləşməyə başladılar. 15-ci əsrdən 19-cu əsrə qədər, Osmanlı İmperatorluğunun hakimiyyəti dövründə əksəriyyət İslamı qəbul etdi və xristianlıq ölkədə dominantlığını itirdi. Kommunizmin süqutundan sonra Albaniya hökumətinin verdiyi statistikaya görə, əhalinin 58% müsəlman, 10% katolik, 7% pravoslav və 15% ateist idi, lakin zəif sayma prosesinə görə və əksər vətəndaşlarla əlaqənin qurulmamasına görə 2011-ci ildə keçrilən sorğu əhalinin böyük hissəsinin fikrini öyrənə bilmədi. 2011-ci il siyahıyaalınmasında əhalinin elan edilmiş dini mənsubiyyəti aşağıdakı kimidir: 56,7% müsəlman, 13,79% fikrini bildirmədi, 10,03% katolik, 6,75% pravoslav, 2,5% ateist, 2,09% bəktaş, 0,07% digər xristianlar və 0,02% digər inanclar. 2015-ci ildə aparılan araşdırmaya, əsasən 13.000 insan İslamdan imtina edərək xristianlığı qəbul etmişdir. == Pravoslavlıq == Hökumətin 2010-cu ildə verdiyi rəqəmlərə görə albanların təxminən% 20-ı pravoslavlığa inanır. 2011-ci il əhalinin siyahıyaalınmasına ıəsasə, pravoslav xristianlar əhalinin əhalinin 6,75%-nı təşkil edirdilər. Albaniya tarixən həm katolik kilsəsi, həm də pravoslavlıqla əlaqələri var.
Erkən Xristianlıq
Erkən Xristianlıq — Xristianlığın yaranmasından (I yüzilliyin 30-cu illərindən) Nikea Ekumen məclisinə qədər (325 il) davam edən dövr. == Xristianlığın yaranması, yayılması və dövlət dininə çevrilməsi == Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdudlaşmayıb, müxtəlif dini-fəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmişdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmişdir. Yeni dinin yayılması ilk olaraq Roma hakimiyyəti tərəfindən birmənalı qarşılanmamışdır.
Misirdə xristianlıq
Ərəb sözü olan kopt yunan mənşəlidir. Koptlar özlərini ilk misir xristianların nəslindən hesab edirlər. Misirdə xristianlığın yaranma yeri İskəndəriyyə hesab olunur. Bu şəhərdən başlayaraq rahibə icmaları şəklində bütün ölkəyə sürətlə yayılmışdı. Koptların fikrincə, İsa peyğəmbərə insani deyil, yalnız ilahi xüsusiyyətlər məxsusdur. Kopt kilsəsinin başında patriarx dayanır. Onun iqamətgahı İskəndəriyyədə yerləşir. Dini fanatizmdə müsəlmanlardan geri qalmırlar. Xristian dinini seçənlərin sayında artım özünü göstərir bu da kilsələrə gedən əhalinin sayını təbii olaraq artırır. Onların dini ayinləri pravoslav ənənələrinə bənzəyir.
Ortodoks xristianlıq
“Ortodoks xristianlıq” sözü ilə aşağıdakılardan biri nəzərdə tutula bilər:
Səmədaniyyət (xristianlıq)
Xristian ilahiyyatında Səmədaniyyət və ya ilahiləşmə və ya feoz, ilahi lütfün, Allahın ruhunun və ya Məsihin kəffarəsinin dəyişdirici təsiridir. Hərfi mənada ülvi olmaq və ya Allaha çevrilmək mənasına gəlsə də, əksər xristian məzhəbləri doktrinanı Tanrı ilə bəşəriyyət arasında əsas metafizik fərqin aradan qaldırılması olaraq görmür, məsələn , Xaçın Yəhyası belə deyirdi : “Doğrudur, insanın təbii varlığı dəyişir, lakin yenə də əvvəlki kimi Allahdan fərqli qalır ”.
Çində xristianlıq
Xristianlıq Çinə hələ VII əsrdə daxil olmuşdur, onu yaymağa bütün avropalılar – portuqallardan tutmuş ingilislərəcən cəhd etmişlər – buna baxmayaraq, o, Çin hökumətinin müqavimətinə görə burada tam yayıla bilməmişdir. Hazırda bu dinin ardıcılları (katoliklər və protestantlar) Çində təxminən 4 mln. təşkil edir.
Əfqanıstanda xristianlıq
Xristianlar tarixən Əfqanıstanda kiçik icmadan ibarət olublar. Beynəlxalq Xristian Konserninə görə Əfqanıstandakı xristianların ümumi sayının hazırda 15.000 ilə 20.000 arasında olduğu təxmin edilir. Əfqan xristianlarının demək olar ki, hamısı islamı qəbul etmişlər. Pyu Araşdırma Mərkəzi 2010-cu ildə Əfqanıstanda 40.000 əfqan xristianın yaşadığını təxmin edir. Əfqanıstan İslam Respublikası bir çox mühacir (baxmayaraq ki, 2014-cü ildən 2021-ci ilə qədər ölkənin birinci xanımı olan Rula Qani Livandan olan maronit xristiandır) istisna olmaqla, heç bir Əfqanıstan vətəndaşını xristian kimi tanımırdı. Əfqan vətəndaşlarına xristianlığı qəbul etməyə qanuni icazə verilmir; qeyri-müsəlmanların müjdə verməsini qadağan edən açıq qanunlar olmasa da, bir çox səlahiyyətlilər və Əfqanıstan cəmiyyətinin əksər üzvləri bunun tətbiqini islama zidd hesab edirlər. Əfqanıstanda qanuni olaraq tanınan yalnız bir xristian kilsə binası var, bu da İtaliya səfirliyində 1930-cu illərdən etibarən fəaliyyət göstərən Katolik kilsəsidir. Əfqanıstan Konstitusiyası islam qanunlarının hüquqi çərçivəsi daxilində olduğu və islam dinini təhdid etmədiyi halda islamdan başqa dinlərin etiqadına icazə verir. Ancaq inancını xristianlığa dəyişən müsəlmanlar ictimai və rəsmi təzyiqlərə məruz qalırlar ki, bu da əmlaklarının müsadirəsi, həbs və ya ölümlə nəticələnə bilər. Bir neçə əfqan xristianı konstitusiya hüquqlarına zidd olan sərt şəriət tərəfdarlarının təsiri nəticəsində öz inanclarını tətbiq etdikləri üçün həbs edilib.
Əlcəzairdə xristianlıq
Xristianlıq Şimali Afrikaya Roma dövründə gəldi. Tarixçi Teodor Mommzenin fikrincə, indi Aralıq dənizi sahilində olan Əlcəzair beşinci əsrdə tamamilə xristian torpağı idi. Əlcəzairin görkəmli bərbər xristianı, xristianlığın mühüm müqəddəsləri olan Müqəddəs Avqustin (və onun anası Müqəddəs Monika) idi. Xristianlığın təsiri vandal basqınlarının xaotik dövründə azaldı, lakin sonrakı Bizans dövründə gücləndi. 7-ci əsr ərəb istilalarından sonra xristianlıq tədricən yox olmağa başladı. Hazırda Şimali Afrikada əsasən müsəlmanlar məskən salıb: islam Əlcəzair, Liviya, Mərakeş və Tunisin dövlət dinidir. Digər inancların tətbiqi və ifadəsi qanunla təmin edilsə də, eyni qanunvericilik bazası azlıqların dinlərini fəal şəkildə öz dinlərini tətbiq etmək cəhdlərini, hətta kilsələr tikmək və ya təmir etmək hüququnu vermir. Xristianlığı qəbul edənlər səlahiyyətli orqanlar tərəfindən araşdırıla və axtarışa verilə, həmçinin cəzalandırıla bilər. Son illərdə Şimali Afrika müsəlmanları arasında xristianlığı qəbul edənlərin sayının artdığına dair bəzi sübutlar var, baxmayaraq ki, hökumət bir çox hallarda heç bir vətəndaşın şəxsiyyət vəsiqələrində dini islamdan başqa bir dinə dəyişdirməyəcək. Buna baxmayaraq, xristianların ümumi sayı bu ölkələrin əhalisinə nisbətən çox aşağı olaraq qalır.
Erkən xristianlıq tarixi
== Yaranma öncəsi == Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx əlaqədə olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I yüzillikdə Yəhudiyyə çarlığı Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi toplumu parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Son olaraq isə imperiyaiçi çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar.
Musəvilik və Xristianlıq
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
Səfəvi imperiyasında xristianlıq
Səfəvi imperiyasında xristianlıq — Səfəvi imperiyası daxilində xristianların və xristianlığın vəziyyəti nəzərdə tutulur. Səfəvi imperiyası çoxetnoslu və çoxdinli bir imperiya idi. XVII əsrdə imperiya ərazisində yaşayan xristianlar əsas olaraq 3 qrupa bölünməkdə idilər: Gürcü Pravoslav Kilsəsinə mənsub olan gürcülər. Erməni Həvari kilsəsinə mənsub olan ermənilər. Roma-Katolik kilsəsinə mənsub olanlar. Bura əsasən avropalı missionerlər və digər şəxslər, son dönəmdə katolikliyə keçənlər daxil idi. Bu son qeyd edilənlər əsasən ermənilər idi. Xristianlar əsasən imperiyanın xarici dövlətlərlə, xüsusən Avropa dövlətləri ilə ticarətlərində mühüm rol oynayırdılar. Bu ticarət fəaliyyətləri zamanı Avropa ilə yaranan tanışlıq sonradan onların imperiyanın diplomatik fəaliyyətlərinə də cəlb olunmalarına yol açdı. Həmçinin I Abbasın hakimiyyəti dövründən etibarən xristianlardan müsəlmanlığı qəbul edənlər imperiyanın müxtəlif dövlət vəzifələrində də yüksəlmə imkanı əldə etdilər.
Xristianlıq və iudaizm
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
İudaizm və xristianlıq
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
Şərqi ortodoks xristianlıq
Şərqi ortodoks xristianlıq və ya pravoslavlıq — xristianlığın məzhəblərindən biri. Yunancada Ortodoks “Doğru fikir, inanc və doğru etiraf” mənasını verər. Bu məzhəbin dinlər tarixindəki digər adları bunlardır: Şərqin Ortodoks, Katolik və Həvari Kilsəsi, Ortodoks Şərq Kilsəsi, Şərq Kilsəsi, Ortodoks Kilsəsi və Rum Ortodoks Kilsəsi. Ortodoks Kilsəsinin Katolik kilsəsindən 1054-ci ildə qəti olaraq ayrılmasında dini və siyasi bəzi səbəblərin böyük rolu olmuşdur: 1 - Katolik Kilsəsinin müşriklər arasında dini yaymaq üçün bəzi qurbanlar verməsi. 2 - Romanın etirazına baxmayaraq imperiya mərkəzinin İstanbul olması. 3 - Qərb Roma dövlətinin yıxılmasından sonra ortaya çıxan nüfuz boşluğunu Papalığın doldurmaq istəməsi. İnanc və ayinlər baxımından Ortodoks kilsələri bəzi siyasi və inzibati səbəblərdən ötəri bir-birindən ayrılmışdır: a-1054-cü ildəki Şərq-Qərb ayrılığında sonra Ortodoksluğun mərkəzi Bizans olmuşdur. b-İstanbulun Türklər tərəfindən fəth edildiyi 1453-cü ildən sonra sonra Rus Pravoslav Kilsəsi İstanbul Patriarxlığı ilə mübarizəyə girişmişdir. c-1917-ci ildə baş vermiş olan Rus qiyamından sonra İstanbul Ortodoks Patriarxlığı ilə mübarizədən imtina edən Rus Pravoslav Kilsəsi Patriarxlıq halını almışdır. Ortodoks dünyasının dörd böyük Patriarxlığı (İstanbul, İsgəndəriyyə, Əntakiyə, Qüds) vardır.
Ərəb ölkələrində xristianlıq
Ərəb ölkələrində xristianlıq — əhalinin çox hissəsi İslam dinini qəbul etmiş olsa da burada da xristianlıq yayılmışdır. Ərəb sözü olan kopt yunan mənşəlidir. Koptlar özlərini ilk misir xristianlarının nəslindən hesab edirlər. Misirdə xristianlığın yaranma yeri Iskəndəriyyə hesab olunur. Bu şəhərdən başlayaraq rahibə icmaları şəklində bütün ölkəyə sürətlə yayılmışdı. Koptların fikrincə, İsa peyğəmbərə yalnız ilahi xüsusiyyətlər məxsusdur. Insani xüsusiyyətlər yox. Kopt kilsəsinin başında patriarx dayanır. Onun iqamətgahı İskəndəriyyədə yerləşir. Dini fanatizmdə müsəlmanlardan geri qalmırlar.
Azərbaycanda xristianlıq
Azərbaycanda xristianlıq — Azərbaycan Respublikasının hüdudları daxilində azlıq təşkil edən din. == Tarixi == Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimindən (Qüdsdən) yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar, İsanın Məsih olduğu haqqında müjdəni yayırdılar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvarilərin dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən biri olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.
Xristianlıqda Ata
Ata yaxud Ata-Allah — xristianlıqda ümumiyyətlə Allaha və xüsusi olaraq Üç üqnumun birinci Sifətinə verilən addır. Xristianlıqda Ata-Allah, Oğul və Müqəddəs Ruh ilə birlikdə bir Allahın üç Sifətindən biridir. Bir Allahın üç Sifəti əqidəsinə Üç üqnum və ya Müqəddəs Üçlük deyirlər. Pravoslav, katolik və protestant olmaq üzrə bütün xristian kilsələri bu əqidəyə inanırlar. Əhdi-Cədiddə Allah “Ata” adlandırılır, İsa Məsih Allaha adətən “Atam” deyə xitab edir. Birinci Nikeya Kilsə Məclisində (eramızın 325-ci ili) qəbul olunmuş Nikeya iman simvolu bu sözlərlə başlanır: “Mən Allaha, qüdrətli Ataya, göyü-yeri, gözlə görünən də, görünməyən də hər şeyi Yaradana inanıram”. “Afanasi iman simvolu”nda (eramızın IV əsri) Ata-Allah haqqında belə yazılmışdır: “Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir. Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır. Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.
Xristianlıqda Oğul
Oğul, Oğul-Allah yaxud Allahın Oğlu – xristian inancına görə, bir Allahın üç üqnumundan biri. Üç üqnum doktrininə əsasən, Allahın Oğlu və ya Oğul-Allah Ata və Müqəddəs Ruh ilə mahiyyətcə eynidir, lakin Şəxs olaraq ayrıdır. İsa Məsihin Şəxsində bəşər olub dünyaya gəlmədən öncə Oğul əzəldən vardır. Xristian inancına görə, Allah-Oğul Ata və Müqəddəs Ruh kimi əzəli və əbədidir. “Afanasi iman rəmzi” belə elan edir: Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır. Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir. Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır... Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır. Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir.
Xristianlıqda bölünmə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.
Xristianlıqda cəhənnəm
Cəhənnəm: Xristian teologiyasına görə cəhənnəm Allahdan ayrı düşən insan bədəninin, canının və ruhunun əbədi olaraq iztirab çəkməsi vəziyyətidir. İncildə bildirilir ki, cəhənnəm əhli "atəş gölü içində əbədi iztirab çəkəcəklər". Müqəddəs Kitaba görə, Allahın Xilas Planına iman etməyən — Müqəddəs Ruha küfr edən, İsanın çarmıxdakı "doğruluq əbasını" geyinməyənlər əbədi iztiraba, yəni cəhənnəmə məhkumdurlar. Çünki İsanın da dediyi kimi Tək Yol var. O da İsadır. Bu göyün altında bizə verilmiş başqa heç bir ad bizi xilas etməyə qadir deyil. İncil cəhənnəmdəkilərin vəziyyətini və hisslərini bu şəkildə ifadə edir: "Ora qaranlıq çöldür, orada ağlaşma, iztirab və diş qıcırtısı olacaq". Dəyərli dostlar, gəlin Allahın bizə tərəf uzanan xilas əlindən tutaq. Bu əl İsadır! Yehova şahidləri Cəhənnəmə gedən adamın dirilmədiyini deyir, və ölən adamın istirab çəkməyib, öldüyü andan dirildilinə qədər yuxuda olduğunu deyir.
Xristianlıqda kilsə
Xristian kilsəsi (q.yun. Κυριακόν) — kilsənin yaradıcısı İsa Məsihin Tanrı və Xilaskar olması kimi ortaq bir inancla birləşən xristianların dini icması. Dini araşdırmalarda, kilsə ümumi bir etiqad əsasında birləşən, ayrı bir icma və ya ümumdünya xristian icmalarının birliyi olaraq xristianlar birliyini ifadə edir.
İsa Xristianlıqda
İsa Məsih – təqribən e.ə. 4-cü ildən eramızın 30-cu ilinə qədər yaşamış tarixi şəxsiyyət. Sovet İttifaqında və Azərbaycanda nəşr olunan ensiklopediyalarda mif olaraq təqdim edilməsinə baxmayaraq, müasir tarixçilər "mif nəzəriyyəsi"ndən imtina edib, İsanın real tarixi şəxsiyyət olması ilə razılaşırlar. Xristianlar İsa barəsindəki inanclarında Bibliyaya istinad edirlər. Məzhəblərindən asılı olmarayaq, bütün xristianlar İsanın Allahın mücəssiməsi, Allahın Oğlu, Allahın qurbanlıq Quzusu, Rəbb, Məsih, Xilaskar olduğuna, bakirə Məryəmdən doğulduğuna, ölüb dirildiyinə, göyə qalxıb Ata Allahın sağında oturduğuna və qiyamət günündə təkrar dünyaya gələrək bəşəriyyəti mühakimə edəcəyinə etiqad edirlər. Bibliyada bu əqidələrin hamısı üçün ciddi əsaslar mövcuddur, bu əqidələrin hər hansı birinə etiqad etməyən şəxs xristian adlandırıla bilməz. Odur ki, Yehovanın Şahidləri kimi İsanın Allahın mücəssəməsi olduğunu qəbul etməyən təriqətlər xristian ənənəsini rədd etdikləri kimi, özləri də xristianlar tərəfindən bidətçi olaraq rədd edilirlər. Xristianlıqda İsa haqqında vahid əqidənin mənbəyi Bibliyadır. Əhdi-Cədid İsanı birmənalı olaraq Allahın mücəssiməsi kimi təsvir edir: Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi.
Xristianlıqda təfriqə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.
Xristianlıqda Ana
Theotokos (yunan : Θεοτόκος) və yaxud Xristianlıqda ana — Pravoslav Kilsəsində və Şərqi Katolik Kilsəsində İsanın anası Məryəm ana üçün istifadə edilən xristian dininə məxsus olan dini termindir. Yunanca Allah mənasını verən theos və dünyaya gətirmək mənasını verən tikto sözlərinin birləşməsindən əmələ gəlib, "Allahı dünyaya gətirən", "Allahın anası" mənasını verir. Bakirə Məryəmlə bağlı əsas xristian prinsiplərindən biri olub, onun Müqəddəs Üçlüyün ikinci şəxsi, bədəndəki Kəlam olan Allahın və dolayı yol ilə Theotokos və Allahın Anası olaraq İsa Məsihi dünyaya gətirməsi həqiqətini ifadə edir. "Allahın Anası" ("Allahı dünyaya gətirən") ifadəsi nə anası, nə də atası olmayan (digər qədim dinlər mövcud olan Allahların anaları olan qədim ilahələrdən fərqli olaraq) əbədi Allah Atanın anası demək deyildir. Bunun əksinə olaraq, əksər xristianlar inanırlar ki, Kəlam olan Allah əbədi olaraq Ata Allahdan doğulsa da, o, Məryəm ananın enkarnasiyasıdır ("bədənindən doğulmuş"). Başqa bir sözlə ifadə edilərsə, Allah-insan İsa Məsihin iki təbiəti mövcuddur: ilahi — Ata Allahdan və insani — Məryəm anadan gələn.

Значение слова в других словарях