XURMAYISAÇLI sif. Saçları xurmayı olan. On altı-on yeddi yaşlarında, qamətli, xurmayısaç … qız, utancaq tərzdə gözlərini yerə zilləmişdi. M.Hüseyn. Bir azdan … xurmayısaçlı, incəbel, yaraşıqlı bir qız olan Səriyyə … gəlib çıxdı. İ.Əfəndiyev.