XIRDALAMAQ

f.
1. Bıçaq və ya başqa kəsici alətlə bir şeyi xırda-xırda eləmək, doğramaq, kəsmək, parçalamaq. Əti çəkmək üçün xırdalamaq. Pendiri xırdalamaq. – …Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir.
Çünki əti doğramaq, yəni kəsmək ilə xırdalamaq olur. H.Zərdabi.
[Nisə xala:] Xanlar, quzunu xırdalama, quyruğu da qoy üstündə qalsın. Qantəmir.

2. İri pulu öz qiymətinə bərabər olan xırda (kağız və ya metal) pulla dəyişmək. Yüzlüyü xırdalamaq.
3. məc. Fikri açmaq, təhlil etmək, izah etmək. Sözü xırdalamaq. – Gəlin, bu sözləri xırdalayaq və görək, bu qısa cümlənin arxasında nə gizlənir?

Синонимы

  • XIRDALAMAQ kiçiltmək — parçalamaq — doğramaq
XIRDALAMA
XIRDALANMA

Значение слова в других словарях