1. Çox işlədilən, tez-tez lazım olan hər cür xırda şeylər, ev şeyləri. Xırım-xırdanı yeşiyə yığmaq.
– Nərgiz, Nərgizcan! – deyə [Rəşid] cəld irəli addımlayıb Nərminə xanımın xırım-xırdası ilə yüklü qollarını qızına doğru uzatdı.
Məzlum … üzünü təmiz qırxdı, xırımxırda şeylərini və skripkasını yerbəyer edib çamadana yığdı.
Əsəd kişi … bu mücrüyə xırım-xırda yığardı və heç kəsin də onunla işi olmazdı.
2. məc. Kiçik, xırda, əhəmiyyətsiz, cüzi. Xırım-xırda işlər.
– Oxucularımızdan təvəqqe edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul edirəm. “
”. Gərək ki, [Həsən] xırım-xırda alver də edirdi.
[Prokuror:] Haradasa, kim isə xırım-xırda oğruları, rüşvətxorları həvəsləndirir, şirnikdirir.