XƏYALƏN

zərf Xəyalında, fikrində, təsəvvüründə, zehnində; fikrən, zehnən. Xəyalən sənin yanındayam. Xəyalən onun surəti gözümün qabağında canlandı.
– Eyvaz dəfələrlə xəyalən Gülşənin qüvvətli əllərini əlinə alıb demişdi… Ə.Vəliyev.
Sənə vətənimdən salam gətirdim; Xəyalən üstünə qanad da gərdim. N.Xəzri.
[Ümid] bir an içərisində xəyalən iş sahəsinə getdi. B.Bayramov.

XƏYALÇILIQ
XƏYALƏT

Значение слова в других словарях