Yük Dövriyyəsi

nəqliyyat işinin müəyyən vaxt ərzində daşınan yükün çəkisinin daşıma məsafəsinə vurma hasilinə bərabər olan iqtisadi göstərici. Yük dövriyyəsi kilometr – tonla ölçülür.
YURİSDİKSİYA
Yük Gömrük Bəyannaməsi
OBASTAN VİKİ
Yük
Yük — daşınılan və nəql edilən əmtəə. Yüklər daşınma üsuluna görə ( dəniz, dəmir yolu, avtomobil, hava və s.), rejiminə görə (temperatur, rütubətlilik, və s. ), həmçinin qabaritlərə, gözlənilməz situasiya və s. görə fərqlənirlər. Həmçinin ballast da yük adlana bilər.
Sənəd dövriyyəsi
Sənəd dövriyyəsi — hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədlərə sənəd dövriyyəsi deyilir. Sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.
Kapital dövriyyəsi
Kapital dövriyyəsi — dövri olaraq yenilənən və təkrarlanan proses kimi hesab edilən kapitalın dövriyyəsi. Kapitalın dövriyyə müddəti kapitalın nağd şəkildə avanslandığı andan onun eyni formada kapitalistə qaytarılması anına qədər olan müddət kimi müəyyən edilir. Kapital dövriyyəsinin ölçülməsi üçün vaxt vahidi T a {\displaystyle T_{a}} adətən il hesab olunur. Əgər kapitalın dövriyyə müddəti T k {\displaystyle T_{k}} -ya bərabərdirsə, onda il ərzində kapital N k {\displaystyle N_{k}} sayda dövriyyələr edir: N k = T a T k {\displaystyle N_{k}={\frac {T_{a}}{T_{k}}}} == İstinadlar == == Ədəbiyyat == Спиридонова Н. С., Суворова М. И., Черкасова Л. А. Курс лекций по политической экономии (досоциалистические формации) (46000 nüs.). М.: МГУ. 1963.
Yük (1995)
Film Bakı milyonçusu Ağa Musa Nağıyevin həyatının bir günü ərzində başına gələn əhvalatlardan söhbət açır. 1)2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Aktyor Mirzə Ağabəyliyə pul Mükafatı verilmişdir. Film ömür yükünü ləyaqətlə daşımış Şahmar Ələkbərova həsr olunur. Film ssenari müəllifi Şahmar Ələkbərovun kinoda son işidir. Film Berlin Film Festivalında nümayiş etdirilmişdir. Ssenari müəllifi: Şahmar Ələkbərov Quruluşçu rejissor: Rövşən Almuradlı Quruluşçu operator: Fikrət Hacı Abrek Quruluşçu rəssamlar: Adil Azay, Rafiq Nəsirov Bəstəkar: Eldar Mansurov Montaj: Nisə Hacıyeva Səs operatoru: Vladimir Savin Rejissorlar: Elman Şeydayev, Ötkəm İsgəndər Operatorlar: Rostislav Şamrayevski, Eldar Ağayev Geyim üzrə rəssam: Adil Azay Qrim üzrə rəssam: Elbrus Vahidov, Çingiz Paşayev Rejissor assistentləri: Ramiz Əbilbəyli, Elxan Emin Operator assistenti: Nəsir Ağayev Rəssam assistentləri: Şahin Həsənov Şahin Həsənli (rəssam) , Rövşən Mehdiyev, Xatirə Həsənova, Sakit Həsənov Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova Montaj assistenti: Samirə Seyidbəyli Pirotexnik: Əlibala Məmmədov İşıq ustaları: Məhəmməd Hacıyev, Tahir Bağırov Redaktor: Orxan Fikrətoğlu Direktor müavinləri: Məhəmməd Ağabəyov, Tofiq Musayev, Çingiz Əliyev Filmin direktoru: Adil Qulamov Filmin Sponsoru: Mirzə Fərəcov Musiqi redaktoru: İsmayıl Dadaşov Mirzə Ağabəyli-Ağa Musa Nağıyev Ağakişi Kazımov-Hacı Zeynalabdin Tağıyev Nahidə Orucova-Qulluqçu Kübra Püstə Əliyeva-Amaliya Loğman Kərimov-Xəfiyyə Məzahir Süleymanov-General Şubinski Zilli Namazov-Ələddin Nailə Əliyeva-Sona xanım Dilarə Nəzərova-Kazino şansonetkası Salam İsmayıl-Dərviş Telman Əliyev-Dükançı Mirbaba Xəlilov-Ağa Musanın evinə gələn Cəfər Namiq Kamal-Ağa Musanın evinə gələn Füzuli Məmmədov (aktyor)-Alverçi Zahid Qurbanov-faytoncu Novruz Cəfərov-Fəhlə Əlgüşad Rəhimov Akif Yusifov Q. Məmmədov S. Quliyev M. Ağayev Sabir Qurbanov-Səməd Mənsur Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Meyxanadakı adam İdris Rüstəmov-Meyxanadakı ziyalı H. İlyasov Kazım Abdullayev-Aktyor Bahar Abdullayeva Vaqif Əsədov-Dərviş İzaməddin Bağırov-dərviş Əli Əşari-Dərviş Vaqif Əliyev (II) Ə. Hüseynov Süleyman Zeynalov(S. Zeynalov kimi) K. Həsənov Eldar Mansurov-Şəmsi Əsədullayev Sevil Hacıyeva R. Rabinoviç İ. Yusipova Yelena Dostal E. Əhmədli E. Rüstəmov E. Atakişiyev Ə. Əliyev A. Məmmədov A. Əliyev Əjdər Zeynalov V. Əliyev Tatyana Xaymoviç Cabir Əmrahov Tofiq Bayramov-Qumarbaz Möhsün Hüseynxanlı(Mövsüm Hüseynxanlı kimi)-Qumarbaz Bəxtiyar Kərimov Fuad Əliyev (III)-Qumarbaz Ağarəfi Rəhimov-Qumarbaz Vaqif Rəsulov A. Məmmədov Məmməd Ələkbərov-Şuşa bəyi Dağlar Rüstəmov-Cahangir Zeynalov Kazım Həsənquliyev R. Əliyev R. Mustafayev Ayan Əsgərova Suad Qarayeva Ramal Ramizoğlu Kamal Almuradlı Cavidan Şeydayev Ötkəm İsgəndərov-Fotoqraf (titrlərdə yoxdur) Orxan Fikrətoğlu-Mirzə (titrlərdə yoxdur) İlham Əsgərov-Hacı Zeynalabdin Tağıyev (Ağakişi Kazımov) (titrlərdə yoxdur) Səidə Quliyeva-Sona xanım (Nailə Əliyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Şəmsi Əsədullayev (Eldar Mansurov) (titrlərdə yoxdur) Rasim Balayev-Şeir deyən ziyalı (titrlərdə yoxdur) Nahidə Orucova-Amaliya (Püstə Əliyeva),Kazino şansonetkası (Dilarə Nəzərova) (titrlərdə yoxdur) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yük maşını
Yük maşını ağır yük daşıyan bir mühərrikli nəqliyyat vasitəsidir. Avtomobil prinsipinə əsasən işlədikləri üçün texniki təsnifatda böyük bir yük avtomobili olaraq təyin olunurlar. Ümumiyyətlə Azərbaycan dilində beynəlxalq nəqliyyat daşımalarında istifadə olunan çox oxlu yük maşınlarına tır deyilir. Bu söz Azərbaycan dilinə TIR müqaviləsinə görə, TIR plitələrini daşıyan və beynəlxalq daşımaları aparan uzun yük maşınlarından keçmişdir.
Yük təyyarəsi
Yük təyyarəsi və ya nəqliyyat təyyarəsi — sərnişindən çox yük daşımaq məqsədilə hazırlanmış tərpənməz qanadlı bir hava gəmisidir. Sərnişin təyyarələrində olan rahatlıqın olmadığı yük təyyarələri, yükün boşaldılması və yüklənməsi işləri üçün bir və ya birdən çox böyük qapılara malikdir. Yük təyyarələri hava kargo daşıyıcısı olan şirkətlər, sivil vətəndaşlar və ya müxtəlif ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur.
Aktivlərin dövriyyəsi əmsalı
Aktivlərin dövriyyəsi əmsalı (ing. assets turnover ratio) — aktivlərdən istifadənin səmərəliliyini əks etdirən maliyyə göstəricisi. Şirkətin öz aktivlərini nə dərəcədə effektiv idarə etdiyini, cari və ya proqnozlaşdırılan satış həcmləri ilə əlaqədar şirkətin balansındakı aktivlərin ümumi sayının kifayət qədər, böyük və ya kiçik olub olmadığını təhlil etmək üçün istifadə olunur. Aktivlərə həddən artıq sərmayə qoyuluşu sərbəst pul axınını və şirkətin səhm qiymətini azaldır. Aktivlərə az investisiya qoyulması adətən satış həcminin azalması ilə nəticələnir ki, bu da sərbəst pul axını və səhm qiymətlərini azaldır. == Tərifi == iqtisadiyyatda iki məna var: məhsul satışından əldə edilən gəlir aktivlərin orta illik dəyərinə nisbəti. Bu nisbət satış həcmi baxımından aktivlərdən istifadənin səmərəliliyini xarakterizə edir. Təhlil edilən dövr üçün bir rubl aktivlərin dövriyyələrinin sayını göstərir. Formula: K = Məhsulların satışından əldə edilən gəlir / Aktivlərin orta illik dəyəri qarşılıqlı investisiya fondu ticarət fəaliyyətinin göstəricisi. Portfelinin tərkibinin nə qədər tez-tez dəyişdiyini nümayiş etdirir.
Debitor borclarının dövriyyəsi
Debitor borclarının dövriyyəsi (ing. Receivables turnover ratio və ya Average Collection Period) — debitor borclarının yığılması baxımından şirkətin müştərilərlə işləməkdə effektivliyini göstərən, həmçinin kredit satışı ilə bağlı təşkilatın siyasətini əks etdirən maliyyə göstəricisi. Bu, şirkətin öz aktivlərindən nə dərəcədə səmərəli istifadə etdiyini qiymətləndirməyə imkan verən mühüm göstəricilərdən biridir.
Ehtiyatların dövriyyəsi nisbəti
Ehtiyatların dövriyyəsi nisbəti (ing. Inventory Turnover Ratio, IT, Turnover of a Stocks, Inventory Turnover, Inventory Utilization Ratio, inventory turns, merchandise turnover, stockturn, stock turns, turns, and stock turnover) — hesabat dövründə satılmış məhsulların maya dəyərinin bu dövrdəki ehtiyatların orta məbləğinə nisbətini xarakterizə edən maliyyə göstəricisi. Bu nisbət müəyyən bir müddət ərzində şirkətin ehtiyatlarının orta hesabla neçə dəfə satıldığını göstərir. Tipik olaraq, əmsal 1 il müddətinə hesablanır. Ehtiyatlardan istifadənin səmərəliliyi onların dövriyyəsi ilə düz mütənasibdir == Hesablama == Ehtiyatların dövriyyəsi əmsalı aktivlərin dövriyyəsi əmsallarına istinad edir və müəssisənin inventardan istifadə etdiyi intensivlik dərəcəsini xarakterizə edir. Zamanla ifadə edilir. Aşağıdakı kimi hesablanır: Ehtiyatların dövriyyə nisbəti = Xalis gəlir/Satış qiymətləri ilə orta inventar və ya Ehtiyatların dövriyyə əmsalı = Satılan malların dəyəri/Ehtiyatların orta dəyəri. Bu halda ehtiyatların orta həcmi aşağıdakı kimi hesablanır: Orta inventar = Dövrün əvvəlində inventar həcmi + Dövrün sonunda inventar həcmi/2 və ya sadəcə: Orta inventar = Son inventar. Çoxdövrlü məlumatlar, orta aylıq göstəricilər, inventar dövriyyəsi haqqında daha dəqiq təsəvvür yaradır. Orta aylıq göstəricilərin hesablanması mövsümi dəyişiklikləri də nəzərə alır: Orta inventar = Dövrün sonunda inventar həcmi + Ayın sonu1 + Ayın sonu2 + ...
Qiymətli kağızların dövriyyəsi
Qiymətli kağızların dövriyyəsi (ing. securities circulation) — qiymətli kağızlara hüquqların ötürülməsinə səbəb olan mülki əqdlərin bağlanması. Təkrar qiymətli kağızlar bazarında baş verir. Qiymətli kağızların ictimai tədavülü də aşağıdakı kimi fərqləndirilir: fond birjalarının və qiymətli kağızlar bazarında ticarətin digər təşkilatçılarının hərraclarında qiymətli kağızların dövriyyəsi; qiymətli kağızları qeyri-məhdud sayda şəxslərə təklif etməklə qiymətli kağızların dövriyyəsi də daxil olmaqla. Rusiyada qiymətli kağızların dövriyyəsi Mülki Məcəllə ilə tənzimlənir və Qiymətli Kağızlar Bazarı üzrə Federal Komissiya tərəfindən nəzarət edilir. Dövriyyə qaydası qiymətli kağıza olan hüquqların mülkiyyəti ilə müəyyən edilir. Adsız qiymətli kağızlara gəldikdə (məsələn, istiqrazlar, çeklər, köçürmə vekselləri, əmanət sertifikatları, depozit sertifikatları, əmanət kitabçaları, konosamentlər, sadə anbar öhdəlikləri) onların başqa şəxsə verilməsi kifayətdir. Adlı qiymətli kağızlara münasibətdə (məsələn, səhmlər, istiqrazlar, çeklər, veksellər, əmanət sertifikatları, depozit sertifikatları, konosamentlər, ikiqat anbar qəbzləri) tələblərin verilməsində (verilməsində) xüsusi prosedura əməl edilməlidir. Sifarişli qiymətli kağızlara gəldikdə (məsələn, çeklər, veksellər, konosamentlər, ikili anbar qəbzləri) indossament vasitəsilə üçüncü şəxsə verilə bilər. Ən çox satıla bilən adsız qiymətli kağızlardır.
Bakı yük terminalı
Bakı yük terminalı Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdakı bütün müasir tələblərə cavab verən yük terminalı. MDB-də ən iri yük terminalından biridir. Sahəsi 163,000 m². 2005 il martın 23-də açılmışdır. Açılış mərasimində ölkə prezidenti İlham Əliyev və Lüksemburqun mülki aviasiyasının direktoru Henri Klyayna iştriak edib.
Pikap yük maşını
Pikap yük maşını, icazə verilən maksimum yükü 3500 kq-dan çox olmayan yüklərin daşınması üçün hazırlanmış bir mühərrikli nəqliyyat vasitəsidir.
Yük (film, 1995)
Film Bakı milyonçusu Ağa Musa Nağıyevin həyatının bir günü ərzində başına gələn əhvalatlardan söhbət açır. 1)2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Aktyor Mirzə Ağabəyliyə pul Mükafatı verilmişdir. Film ömür yükünü ləyaqətlə daşımış Şahmar Ələkbərova həsr olunur. Film ssenari müəllifi Şahmar Ələkbərovun kinoda son işidir. Film Berlin Film Festivalında nümayiş etdirilmişdir. Ssenari müəllifi: Şahmar Ələkbərov Quruluşçu rejissor: Rövşən Almuradlı Quruluşçu operator: Fikrət Hacı Abrek Quruluşçu rəssamlar: Adil Azay, Rafiq Nəsirov Bəstəkar: Eldar Mansurov Montaj: Nisə Hacıyeva Səs operatoru: Vladimir Savin Rejissorlar: Elman Şeydayev, Ötkəm İsgəndər Operatorlar: Rostislav Şamrayevski, Eldar Ağayev Geyim üzrə rəssam: Adil Azay Qrim üzrə rəssam: Elbrus Vahidov, Çingiz Paşayev Rejissor assistentləri: Ramiz Əbilbəyli, Elxan Emin Operator assistenti: Nəsir Ağayev Rəssam assistentləri: Şahin Həsənov Şahin Həsənli (rəssam) , Rövşən Mehdiyev, Xatirə Həsənova, Sakit Həsənov Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova Montaj assistenti: Samirə Seyidbəyli Pirotexnik: Əlibala Məmmədov İşıq ustaları: Məhəmməd Hacıyev, Tahir Bağırov Redaktor: Orxan Fikrətoğlu Direktor müavinləri: Məhəmməd Ağabəyov, Tofiq Musayev, Çingiz Əliyev Filmin direktoru: Adil Qulamov Filmin Sponsoru: Mirzə Fərəcov Musiqi redaktoru: İsmayıl Dadaşov Mirzə Ağabəyli-Ağa Musa Nağıyev Ağakişi Kazımov-Hacı Zeynalabdin Tağıyev Nahidə Orucova-Qulluqçu Kübra Püstə Əliyeva-Amaliya Loğman Kərimov-Xəfiyyə Məzahir Süleymanov-General Şubinski Zilli Namazov-Ələddin Nailə Əliyeva-Sona xanım Dilarə Nəzərova-Kazino şansonetkası Salam İsmayıl-Dərviş Telman Əliyev-Dükançı Mirbaba Xəlilov-Ağa Musanın evinə gələn Cəfər Namiq Kamal-Ağa Musanın evinə gələn Füzuli Məmmədov (aktyor)-Alverçi Zahid Qurbanov-faytoncu Novruz Cəfərov-Fəhlə Əlgüşad Rəhimov Akif Yusifov Q. Məmmədov S. Quliyev M. Ağayev Sabir Qurbanov-Səməd Mənsur Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Meyxanadakı adam İdris Rüstəmov-Meyxanadakı ziyalı H. İlyasov Kazım Abdullayev-Aktyor Bahar Abdullayeva Vaqif Əsədov-Dərviş İzaməddin Bağırov-dərviş Əli Əşari-Dərviş Vaqif Əliyev (II) Ə. Hüseynov Süleyman Zeynalov(S. Zeynalov kimi) K. Həsənov Eldar Mansurov-Şəmsi Əsədullayev Sevil Hacıyeva R. Rabinoviç İ. Yusipova Yelena Dostal E. Əhmədli E. Rüstəmov E. Atakişiyev Ə. Əliyev A. Məmmədov A. Əliyev Əjdər Zeynalov V. Əliyev Tatyana Xaymoviç Cabir Əmrahov Tofiq Bayramov-Qumarbaz Möhsün Hüseynxanlı(Mövsüm Hüseynxanlı kimi)-Qumarbaz Bəxtiyar Kərimov Fuad Əliyev (III)-Qumarbaz Ağarəfi Rəhimov-Qumarbaz Vaqif Rəsulov A. Məmmədov Məmməd Ələkbərov-Şuşa bəyi Dağlar Rüstəmov-Cahangir Zeynalov Kazım Həsənquliyev R. Əliyev R. Mustafayev Ayan Əsgərova Suad Qarayeva Ramal Ramizoğlu Kamal Almuradlı Cavidan Şeydayev Ötkəm İsgəndərov-Fotoqraf (titrlərdə yoxdur) Orxan Fikrətoğlu-Mirzə (titrlərdə yoxdur) İlham Əsgərov-Hacı Zeynalabdin Tağıyev (Ağakişi Kazımov) (titrlərdə yoxdur) Səidə Quliyeva-Sona xanım (Nailə Əliyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Şəmsi Əsədullayev (Eldar Mansurov) (titrlərdə yoxdur) Rasim Balayev-Şeir deyən ziyalı (titrlərdə yoxdur) Nahidə Orucova-Amaliya (Püstə Əliyeva),Kazino şansonetkası (Dilarə Nəzərova) (titrlərdə yoxdur) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yük maşını yarışı
Yük maşını yarışları — yük maşınları ilə həyata keçirilən bir motorsport növüdür. Avropa Yük Maşınları Yarışı Çempionatı (EHRC) Almaniyanın Nürburgring və Fransanın Le Mans kimi dünyanın ən məşhur motorsport dövrələrində keçirilir. ABŞ-də Craftsman Yük Maşınları Seriyası Yarışları, 400 millik yarışları izləmək üçün ölkənin hər yerindən izdiham yığır. Avropa yük maşını yarışları 1980-ci illərdə başladığında, normalda yollarda işləyən nəqliyyat vasitələrindən istifadə edilmişdir. Craftsman Yük Maşınları Seriyası Yarışları, 1995-ci ildən başlanmışdır. Yarış üçün nəzərdə tutulmuş yük maşınları 161 km/saat sürətə Porsche 911 idman avtomobilindən daha sürətli çatır. Bir yük maşını üçün minimum çəki 5500 kq-dır. Təhlükəsizliyə görə 161 km/saat sürət həddi mövcuddur.
Yük maşını kabinəsi
Yük maşını kabinəsi yük maşınında, avtobusda və ya mikroavtobusda olan kuzov üslubudur. Onun şaquli ön hissəsi, "düz üzlü" və ya yarım kapotu mövcud olur və kabinəsi ön oxun üstündə (və ya qarşısında) yerləşdirilir. Bu, mühərrikin sürücünün qarşısında quraşdırıldığı ənənəvi yük maşınlarından fərqli bir üsuldur. ABŞ-da tullantıların təkrar emalı ilə məşğul olan terminal traktorlar üçün geniş istifadə olunur.
Azərbaycanın pul dövriyyəsi tarixi
== Qədim dövlətlərimizdəki pullar == Arxeoloji tədqiqatlar nəticəsində, dəfinə və tək şəkildə aşkar edilmiş numizmatik materialların analizi Azərbaycan ərazisində pul dövriyyəsinin e.ə. VII–VI əsrlərdə yaranmasını təsdiq edir. Y. A. Paxomovun fikrincə, Albaniya ərazisində pul dövriyyəsi e.ə. III əsrin əvvəllərində meydana çıxmışdır. Burada dövr edən pullar Makedoniyalı İskəndərin adından Suriya, Mesopotamiya və Kiçik Asiyada zərb edilmiş gümüş draxma və tetradraxmalar olmuşdur. E.ə. III əsrin sonu – II əsrin əvvəllərində Albaniyada pul-əmtəə münasibətlərinin inkişafı ilə əlaqədar olaraq sikkələrə tələbat artdığından yerli zərbxanalar fəaliyyətə başlamışdır. Yerli zərbxanalarda Makedoniyalı İskəndərin sikkələrinə oxşar gümüş sikkələr zərb edilmişdir. Bu sikkələr bədii baxımdan zəif tərtib edilmiş, sikkənin üzərində Makedoniyalı İskəndərin portreti, arxa tərəfində isə Zevsin kobud təsviri verilmişdir. Sonrakı dövrlərdə Albaniyanın pul dövriyyəsində Selevki, Frakiya, Viflniya, Pont, Baktriya, Afina sikkələrindən də istifadə edilmişdir.
Zaman dövriyyəsi (film, 2007)
Zaman cinayətləri (isp. Los cronocrímenes) — Naço Viqalondonun öz yazdığı ssenari əsasında çəkdiyi ispan elmi fantastika filmidir. Rejissor filmdəki rollardan birində də çəkilmişdir. Filmin baş qəhrəmanı üç dəfə eyni günü yaşayır və özünü düşdüyü zaman dövriyyəsindən xilas etməyə çalışır.
Yük açmanın xüsusi avtomatikası
YAXA (Yük açmanın xüsusi avtomatikası) — yük açmanın xüsusi avtomatikası. İki enerji sistemi və enerji sistemin hissələrini əlaqələndirən xətlərdən birinin qəza açılması zamanı yerdə qalan xətlərdə aktiv gücün yolverilməz artımı baş verə bilər. Enerji sistemi bölmədən və generasiya olunan gücü açmadan dayanıqlığı qorumaq üçün enerji sistemin qəbuledici hissəsində yüklərin qısamüddətli avtomatik açılması effektiv vasitələrdən biridir. Bu funksiyanı YAXA yerinə yetirir. YAXA-nın işəsalıcı faktoru onun quraşdırıldığı 110–220 kV-luq obyeklərin şinlərində gərginliyin aşağı düşməsidir. Əlavə faktorlar kimi, bir və ya bir neçə xəttin açılması nəzərdə tutula bilər (əvvəlki gücə nəzarət etməklə və ya etmədən). Əlavə işəsalıcı faktorların seçilməsində çətinlik olduğu istisna hallarda, YAXA-nın işi qısaqapanma səbəbindən gərginliyin azalması zamanı bloklanmaqla yerinə yetirilir (qısaqapanma zamanı təsir etmir). Qaydalara görə, YAXA-nın təsirindən daha çox güc tələb edən, lakin texnoloji prosesin xarakterinə və dərəcəsinə görə az əhəmiyyətli yüklər açılır. YAXA işləyən zaman ATQ-yə qadağa qoyulmalıdır. Qidalanmanın sonrakı bərpası operativ personal tərəfindən həyata keçirilir.
Avropa Yük Maşınları Yarışı Çempionatı
FIA Avropa Yük Maşınları Yarışı Çempionatı ― Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təsdiqlənmiş və ETRA Promotion GmbH tərəfindən təşkil edilən tırlar üçün nəzərdə tutulmuş motorsport növündə olan yol yarışları seriyasıdır. == Çempionlar == === 1985–1993 === === 1994–2005 (FIA European Cups) === === 2006–indiyə qədər (FIA Avropa Çempionatı) === ==== Goodyear Yük Maşınları Kuboku ==== 2017-ci ildən seriya müntəzəm sürücülər çempionatı çərçivəsində Goodyear Yük Maşınları Kuboku yarışlarını keçirməyə başlamışdır.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.