Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu
Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu — Türkiyə Konstitusiyasının 134-cü maddəsinə görə, Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq üçün 1983-cü ildə quruldu.
Qurumun qanuni varlığı Türkiyə Cümhuriyyəti Konstitusiyası ilə təmin olunmuşdur:
Konstitusiya: Maddə 134 — Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq məqsədi ilə; Atatürkün mənəvi himayəsində, Prezidentin nəzarəti və dəstəyi ilə, Prezident tərəfindən təyin olunan nazirə bağlı; Atatürk Araşdırma Mərkəzi, Türk Dili Cəmiyyəti, Türk Tarix Qurumu və Atatürk Mədəniyyət Mərkəzi Başçılığından ibarət olan, ictimai hüquqi şəxsiyyətə sahib olan "Atatürk Mədəniyyəti, Dili və Tarixi Yüksək Qurumu" qurulur.
2876 saylı qanun ilə də, müəssisənin işçilərinin vəzifə təlimatları və şəxsi hüquqları tənzimlənir.