Doom metal
Dum metal (ing. Doom metal) — olduqca ağır riflər və melodik vokal Heavy metalın 1980-cı ildə yaranan növü olan janr. Bu janr eyni ildə yaranan Speed metal-a qarşı cavab kimi yaranıb da demək olar. Mövzusu əsasən eşqə, hüznə, ölümə, din, duyğular, melanxoliya və həyata yönəlməkdədir.
Black Sabbath və Pentagram heavy metaldakı sürəti yavaşladaraq və mahnı sözlərinə daha çox qaranlıq, melanxoliya əlavə edərək bu növün yaranmasına başçılıq edən qruplardır. 1980-cı illərdən başlayaraq bu yeni növ Doom metal olaraq adlanmışdır.
1970-in sonundan 1980-in ortalarına qədər Trouble, Saint Vitus, Candlemass, Pentagram ve Witchfinder General kimi qruplar tərəfindən inkişaf etdirilən Doom metal özünəməxsus yeraltı 1 məşhurluq yaratsa da, bu illərdə metal musiqisində Thrash metal və Speed metal cərəyanı daha üzdə idi.
Cathedralin Forest of Equilibrium adlı albomun başçılığı ilə Solitude Aeturnus, Count Raven, The Obsessed, Penance, Sleep, Revelation, Confessor, The 3rd and the Mortal kimi qruplar doom metalı bugünkü vəziyyətinə çatdırdılar.1980-ci illərin sonlarında doom metal fərqli metal növlərindən ilhamlanaraq yeni alt növlərə bölünməyə başladı.
Bu alt növlərdən ən bilinəni şübhəsiz, Death metal riffləri və vokallarını Doom metal tərzinə çevirən Doom/Death metal`dır.Brutal/growling vokallar və death metal riflərinin istifadə olunduğu sürətli hissələr death/doom-un əsas xüsusiyyətlərindəndir.Disembowelment və Winter növü təmsil edən qruplardandır.
Bu alt növlərdən biri də Epic Doom dur.