YALTAQLIQ

is. Öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, riyakarcasına onu tərifləmə. Yaltaqlıq etmək. Yaltaqlıq insanı alçaldan hərəkətdir.
– Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Ə.Haqverdiyev.
Sona xala yalan, yaltaqlıq, alçaqlıq sevməz … bir qadın idi. S.S.Axundov.
Hərəkətlərdə də, sözlərdə də ürəkbulandırıcı bir yaltaqlıq və gizli bir vahimə müşahidə edən Firidun titrəməyə başladığını hiss etdi. M.İbrahimov.

Синонимы

  • YALTAQLIQ YALTAQLIQ Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi (Ə.Haqverdiyev); TƏMƏLLÜQ (köhn.) [Əbülhəsən bəy:] Burada ancaq saxta təriflər eşidəcək və çirk
  • YALTAQLIQ riyakarlıq
YALTAQLANMAQ
YALVAR-YAXAR

Значение слова в других словарях