YAMAN-YAXŞI
YAMANLAMAQ
OBASTAN VİKİ
Yamancalı
Yamancalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yamanclı kimi qeyd edilmişdir. Toponim yamancalı türk mənşəli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dexsut qoyulmuşdur. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.Rayon mərkəzindən 7 km şimalda, İnəkli kəndinin yanında yerləşir. Kənddə 1831-ci ildə 137 nəfər, 1873-cü ildə 214 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 257 nəfər, 1908-ci ildə 272 nəfər, 1914-cü ildə 300 nəfər, 1916-cı ildə 280 nəfər, 1918-ci ilin yanvarında 763 nəfər yalnız azərbaycanlı yaşamışdır.

Значение слова в других словарях