1. Toxunduğu şeyə ilişib ayrılmamaq, yaxud zorla qopacaq bir surətdə bitişmək; sıvaşmaq. Kitabın səhifələri birbirinə yapışmışdır. Ayaqqabılarıma qəliz palçıq yapışıb.
2. Bir-birinə təmas edəcək dərəcədə yaxın olmaq, tamamilə yanaşmaq; çatmaq.
// Bir-birindən qopmamaq, ayrılmamaq. Susuzluqdan dodaqları bir-birinə yapışmışdı.
3. Tutmaq, bərk-bərk tutmaq, qarmalamaq. Əlindən yapışmaq. Qolundan yapışmaq.
// Tutub qaldırmaq; qaldırmaq (çəkmək, dartmaq) üçün əli ilə tutmaq.
// Dişlərini keçirmək, dişləri ilə tutub buraxmamaq. İt baldırımdan yapışdı.
4. Məşğul olmaq, başlamaq, girişmək, şüru etmək. Bir sənətdən yapışmaq. Bir işdən yapışmaq. – [Kərbəlayı Zalın] arvadı hərdənbir deyirdi: – A kişi sənin saqqalına nə şaşka yaraşır, nə də şapka.
5. məc. Dəymək, toxunmaq.
6. məc. dan. Yapışıb əl çəkməmək, bir an belə aralanmamaq; əl çəkməyərək danışmaq, müraciət etmək, təngə gətirmək. Adama yapışdımı, əl çəkən deyil.
7. Keçmək, sirayət etmək. Soyuğa öyrənmiş adama azar çətin yapışar.
8. məc. dan. Bənd olmaq, mane olmaq, …qoymamaq. Acıq edib gedənə yapışma.