Yapışqanyarpaq eskaloniya
== Təbii yayılması ==
Cənubi Amerikanın orta qurşağında, xüsusilə Çində təsadüf edilir.
== Botaniki təsviri ==
Hündülüyü 1,5 m-ə çatan həmişəyaşıl kol bitkisidir.Yarpaqları yapışqanlı, yumurtavarı və tünd-yaşıl olur.Çiçəkləri ağdır, oktyabrda çiçəkliyir.Meyvəsi 2-3 yuvalı çox toxumlu qutucuqdur.
== Ekologiyası ==
Torpağa az tələbkar, quraqlığa, günəşə, şaxtayadavamlı və işıqsevən bitkidir.Torpağın əhəngləşməsinə dözür.Düzənliklərdə və dağ yamaclarında bitir. Çox suvarılma tələb etmir.Al-qırmızı, Stereum cücüsünün zədələdiyi bitkinin yarpaqları metal rəngli olur.Bu halda zədələnmiş hissələri təmizləmək lazımdır.
== Azərbaycanda yayılması ==
Mərdəkan dendrarisində introduksiya edilmişdir.
== İstifadəsi ==
Eskaloniya açıq torpaqda kiçik qrup əkinlərində, canlı çəpərlərdə və ya bordürlərdə, gözəl çiçəkləyən və dekorativ bitki kimi becərilir.
== Məlumat mənbələri ==
Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
== İstinadlar ==
Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa.