Yarımca (Babək)
Yarımca — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd.
== Toponimikası ==
Oykonim "kəndin yarısı" mənasındadır.
== Tarixi ==
=== Tarixi abidələri ===
Yarımca kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
== Coğrafiyası və iqlimi ==
Kənd Naxçıvan şəhərindən 4 km şimal-şərqdə, Naxçıvançayın sahilində, Naxçıvan-Sirab avtomobil yolunun kənarında, dağ ətəyində yerləşir.
== Əhalisi ==
== İqtisadiyyatı ==
Əhali taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıqla məşğuldur.
== Mədəniyyəti ==
Kənddə mədəniyyət evi mövcuddur.
== Təhsil ==
Kənddə Yarımca kənd tam orta məktəbi fəaliyyət göstərir.
== Din ==
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
== Səhiyyə ==
Kənddə tibb məntəqəsi mövcuddur.