YAR-YOLDAŞ

яр-юлдаш, юлдашар, дустар (санал).
YAR-YARAŞIQLI
YAR-YOLDAŞLI
OBASTAN VİKİ
Yoldaş
Yoldaş (qəzet) Yoldaş (qəzet, Azərbaycan) — Azərbaycanda qəzet. Yoldaş (qəzet, Dağıstan) — Dağıstanda qəzet. Yoldaş (Uçalı) — Yoldaş (Avurğazı) — Başqırdıstan Respublikasının Auırqazı rayonunda yerləşən kənd. İki Yoldaş adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İki yoldaş (film, 1934) — Rejissor Aleksandr Makovskinin filmi. Üç yoldaş (roman) — Erix Mariya Remark tərəfindən 1937-ci ildə yazılmış roman.
Babi Yar
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir. Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Kapustin Yar
Kapustin Yar (rus. Капустин Яр) — Rusiyanın Həştərxan vilayətinin Znamensk şəhərində yerləşən bir kosmik bazadır. Müəssisə 1946-cı ildə məğlub edilmiş Almaniyadan əldə edilmiş texnologiya, materiallar və elmi dəstək ilə inşa edilmişdir. Rus ordusu üçün sınaq raketlərindən əlavə peyk və meteoroloji raketlər də buraxıldı. Müəssisənin yerləşdiyi Znamensk şəhəri bazaya xidmət etmək üçün qurulmuşdur.
Yar Çallı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. == Etimologiyası == Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Yar Əli
Yar Əli vəya Yâr Əli Barani (Farsca : یار علی) Qara Məhəmməd'in oğlu Qaraqoyunlu hökmdarı Qara Yusifin qardaşı və (1396-1403) illəri arasında Qaraqoyunluların Mosul Hakimidir. == Həyatı == Qara Məhəmmədin 4 oğlu var idi, Yar Əli , Misir Xoca , Qara Yusif , Bayram bəy qardaşı Bayram bəy atası Qara Məhəmməd ilə birlikdə döyüşdə öldürülmüşdür. Yar Əli Qara Yusif'in Ərciş döyüşü daxil olmaqla 1403-cü ilə qədər olan bütün hərbi yürüşlərində iştirak etmişdir. Yar Əli'də qardaşı Qara Yusif kimi cəsarətli idi , Odur ki Əmir Teymurun ən güclü sərkərdələrindən olan Atlamışı məhz o əsir almışdı. Əsir alınan Atlamış Misir dövləti tərəfindən həpsə atıldı. Qara Yusif 1396-cı ildə Mosul şəhərini Teymurilərdən alaraq qardaşı Yar Əli'yə verdi.Daha öncə bu şəhəri Berdi Xoca oğlu Yar Əli tərəfindən idarə olunurdu və bu bəydə Əmir Teymura bağlılıq bildirmişdi. == Ölümü == Qara Yusifin az saylı qoşunu ilə böyük Teymuri qoşunu arasındaki müharibədə Yar Əli'də Qaraqoyunlu ordusunda idi.Qara Yusif ilk gələn 30 minlik orduyu məğlub etsədə ikinci gələn 100 min orduya məğlub oldu.
Çasov Yar
Çasov Yar (ukr. Часів Яр) - Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən şəhər. Çasov Yar Baxmut şəhərindən 10 kilometr qərbdə yerləşir və eyni adlı bölgənin inzibati mərkəzini təşkil etməkdədir. 2022-ci ilin yanvar ayına olan məlumata əsasən şəhərdə 12.250 nəfər əhali yaşamaqda idi. Siverski Donets - Donbas kanalı Çasov Yarın şərqindən keçir. Şəhərin kiçik bir hissəsi – Kanal mikrorayonu şəhərin şərq hissəsində yerləşməkdədir. == Tarixi == 1938-ci ildə yaşayış məntəqəsi şəhər tipli qəsəbə statusu almışdır. İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin oktyabrından 1943-cü ilin sentyabrına qədər şəhər Berlin-Roma-Tokio oxu tərəfindən işğal edilmişdir. Müharibədən sonra şəhərin bərpasına başlanılıb. 1957-ci ildə şəhərdə odadavamlı gil çıxaran müəssisə, odadavamlı materiallar istehsalı müəssisəsi, dörd orta məktəb, iki yeddiillik məktəb, texniki peşə məktəbi, iki Mədəniyyət sarayı, 14 kitabxana, dörd klub və iki stadion fəaliyyət göstərirdi.
Yoldaş (Avurğazı)
Yoldaş (başq. Юлдаш, rus. Юлдашево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 20 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 43 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98%) üstünlük təşkil edir.
Yoldaş (Uçalı)
Yoldaş (başq. Юлдаш, rus. Юлдашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kunakbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 16 km, kənd sovetliyindən (Kunakbay): 9 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 21 km.
Yoldaş (qəzet)
Yoldaş (qəzet, Azərbaycan)
Babiy Yar qətliamı
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir. Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Dera Allah Yar
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Dera Yar Allah
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Rəhim Yar Xan
Rəhim Yar Xan — Pakistanın Pəncab əyalətində şəhər.Pakistanın ən böyük 17-ci şəhəridir.Rəhim Yar Xan rayonun inzibati-mərkəzidir.Şəhərin rəhbərliyi doqquz Birlik Şurasına bölünür.1881-ci ildə Bahavalpurlu Nəvab şəhərə tək oğlu Rəhim Yar Xanın adı verdi.
Evləri köndələn yar
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. == Məzmun == Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. == Film-Tamaşanın Heyəti == === Film-Tamaşanın üzərində İşləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Çasov Yar döyüşü
Çasov Yar döyüşü (ukr. Бої за Часів Яр) - Rusiya–Ukrayna müharibəsinin tərkib hissəsi olaraq Ukraynanın Donetsk vilayətində yerləşən Çasov Yar şəhərinə nəzarəti əldə etmək uğrunda Rusiya Quru Qoşunları və Ukrayna Quru Qoşunları arasında 2024-cü ilin 6 aprel tarixindən etibarən başlamış döyüşlər. == Arxa plan == Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut şəhəri Rusiya Quru Qoşunları tərəfindən tam işğal edildikdən sonra qonşuluqda yerləşən Çasov Yar şəhəri yeni cəbhə halına çevirilib. Qısa müddət ərzində Ukrayna qüvvələri cəbhə xəttindəki gərgin vəziyyəti stabilləşdirməyə nail olublar və 2023-cü ildə baş vermiş əks-hücumlar zamanı rus qüvvələri Baxmutun cinahları boyunca geri çəkilmək məcburiyyətində qalıblar. 2024-cü ilin fevral ayında Avdeyevka döyüşü Rusiya Quru Qoşunlarının qələbəsi ilə başa çatdıqdan sonra rus birləşmələri Baxmutun qərb hissəsindən Çasov Yara doğru yeni hücum həmlələrinə başlayıblar. Çasov Yar Avdeyevka döyüşündən sonra rusların yeni hədəfi olaraq müəyyənləşdirilib. 8 fevral tarixində iki nizami ordu arasında sözügedən şəhərdə uzun müddətdən sonra ilk mövqe döyüşləri baş tutub. 17 fevral tarixində Rusiya Quru Qoşunları tərəfindən qarşı tərəfin mövqeləri ODAB-1500 tipli termobarik bombalardan istifadə edilməklə bombardıman edilib. Xortitsa əməliyyat-strateji qrupunun sözçüsü İlya Yevlaş 27 fevral tarixində verdiyi açıqlamasında Çasov Yar şəhərinin şərqində yerləşən Bohdanivka kimi yaşayış məntəqələrinin hədəf alındığını açıqlayıb. Yevlaş həmçinin iddia edib ki, rus hərbi birləşmələri Ukrayna artilleriyasının cavab hücum tədbirləri nəticəsində zirehli dəstəyin 60%-nı döyüş meydanında itirib.
Yoldaş (qəzet, Azərbaycan)
Yoldaş (qəzet) — ictimai-siyasi qəzet. "Hümmət" sosial-demokrat (bolşevik) qrupunun orqanı. == Tarixi == Yoldaş qəzeti 1907 ilin avqust ayından etibarən nəşr olunmağa başlamışdır. == Haqqında == Naşiri Ə.Axundov, redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. S.M.Əfəndiyev, M.F.Axundov, M. Ə. Rəsulzadə, M.Hadi, Ə.Əzimzadə və başqaları qəzetdə əməkdaşlıq etmişlər. "Molla Nəsrəddin" jurnalı Bakıda nəşrə başlayan "Yoldaş" qəzetinin Qafqazda milli toqquşmalara son qoymaq, milli sülh və əmin-amanlığı təmin etmək çağırışını bəyənmişdir. Jurnalın 17 sentyabr tarixli 35-ci sayında (1907) Cəlil Məmmədquluzadənin "Yoldaş" sərlövhəli iri bir xülasə məqaləsi dərc olunmuşdur. Yazı belə başlayır: "Cəmi oxucularımızdan təvəqqe edirik Bakıda təzə çıxan "Yoldaş" adlı qəzetənin ikinci nömrəsini bir adamdan yalvarıb alıb oxusunlar, genə qaytarsınlar sahiblərinə. Və görsünlər qəzetənin əvvəlinci səhifəsində cənab Rəsulzadə nə yazır". "Yoldaş"-ın 3-cü sayında dərc olunmuş "Quba şeyxi: Qubada bir nəfər peyğəmbərlik iddiasındadır!" sərlövhəli satirik yazının süjeti "Ölülər" (1909) pyesindəki hadisələrlə səsləşir.
Yoldaş (qəzet, Dağıstan)
«Yoldaş» (qum. Ёлдаш «yoldaş») — Mahaçqalada (Dağıstan, Rusiya) qumuq dilində dərc edilən qəzet). Qəzet 3 aprel 1917-ci ildən dərc edilir. 1922-ci ilə qədər müntəzəm dərc edilmirdi və adı tez-tez dəyişirdi: «Zaman», «Musavat», «İşçı xalqı», «Al bayraq», «Dağıstan füqərası». 1922—1931-ci illərdə «Yoldaş» adlandırılmışdır. 1930—1990-cı illərdə «Lenin yolu» adlandırılmış və Sovet İttifaqı Kommunist Partiyasının Dağıstan Vilayət komitəsinin orqanı olmuşdur. 1991-ci ildən indiki adını daşıyır. Qəzet həftədə 1 dəfə 5-8 min nüxsədə 24 zolaqda dərc olunur. 1968-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Yoldaş Alyoşa (1979)
Yoldaş Koroğlu (hekayə)
Yoldaş Koroğlu — pyesi 1956-cı ildə Abbas Zamanov tərəfindən Azərnəşrdə çap edilən "Seçilmiş Əsərləri" adlı kitabda yer almışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri ölümündən bir il əvvəl, 1932-ci ildə qələmə almışdır. Tamaşa doqquz pərdədən ibarətdir. Müəllif bu tamaşada baş qəhrəmanın adını "Koroğlu" adlandırır. Bununla müəllif bu personajın mübarizəsini xalq qəhrəmanı "Koroğlu"-nun mübarizəsinə bənzədir. Orta əsr qəhrəmanından ayırmaq üçün onu "Yoldaş Koroğlu" adlandıraraq bir sovet qəhrəmanı canlandırır. Koroğlu (Salman) gənc yaşlarında bəylər və ağalarla mübarizəyə başlayır və bunun nəticəsində kənddə sosializm qurulur. Lakin bu mübarizə bitmir, o yeni sistemin verdiyi fürsətlərdən yararlanmaq üçün gecə-gündüz çalışır və xalqının inkişafı üçün səy göstərir. == Məzmunu == Hadisə İsrafilin evində başlayır. İsrafil və oğlu Salman şəhərdə dilənçilik edir, axşam evlərinə qayıdırlar.
Yoldaş Koroğlu (pyes)
Yoldaş Koroğlu — pyesi 1956-cı ildə Abbas Zamanov tərəfindən Azərnəşrdə çap edilən "Seçilmiş Əsərləri" adlı kitabda yer almışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri ölümündən bir il əvvəl, 1932-ci ildə qələmə almışdır. Tamaşa doqquz pərdədən ibarətdir. Müəllif bu tamaşada baş qəhrəmanın adını "Koroğlu" adlandırır. Bununla müəllif bu personajın mübarizəsini xalq qəhrəmanı "Koroğlu"-nun mübarizəsinə bənzədir. Orta əsr qəhrəmanından ayırmaq üçün onu "Yoldaş Koroğlu" adlandıraraq bir sovet qəhrəmanı canlandırır. Koroğlu (Salman) gənc yaşlarında bəylər və ağalarla mübarizəyə başlayır və bunun nəticəsində kənddə sosializm qurulur. Lakin bu mübarizə bitmir, o yeni sistemin verdiyi fürsətlərdən yararlanmaq üçün gecə-gündüz çalışır və xalqının inkişafı üçün səy göstərir. == Məzmunu == Hadisə İsrafilin evində başlayır. İsrafil və oğlu Salman şəhərdə dilənçilik edir, axşam evlərinə qayıdırlar.
Üç yoldaş (roman)
Üç yoldaş (alm. Drei Kameraden‎) — Erix Mariya Remark tərəfindən 1937-ci ildə yazılmış roman. == Sujet == Hadisələr təqribən 1928-ci ildə Almaniya cərəyan edir. Üç yoldaş Robert Lokamp (Robbi), Otto Kester və Qottfild Lens kiçik avtotəmir emalatxanasına malikdirlər. Baş qəhrəman - avtomobil mexaniki olan Robbi, Patrisiya Holman (Pat.) adlı gözəl bir qızla tanış olur. Müxtəlif zümrələrin nümayəndələri və müxtəlif talelərə malik olmalarına barxamayraq, Robbi və Pat bir-birinə aşıq olurlar. Romanda onların məhəbbətinin inkişafı, həmin illərin böhranının fonunda təsvir edilir. == Problematika == "Üç yoldaş" romanı "itirilmiş nəsil" mövzusunun davamıdır. Müharibənin dəhşətlərini görmüş insanlar, heç cürə keçmişin qarabasmalarından azad ola bilmirlər. Hərbi xatirələr daim baş qəhrəmana əzab verir.
İki Yoldaş adası
İki Yoldaş adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Mikoyan körfəzinin cənub-şərqində yerləşir. Bolşevik adasında 800 m aralıda qərarlaşır. İki Yoldaş adasından 3 km cənubda Sportivnıy adası yerləşir. == Təsviri == Ovalvari quruluşa malikdir. Şimal-qərbdən cənub-şərqəa doğru uzanır. Uzunluğu 1,2 km, eni 650 m təşkil edir. Adada gözlə seçiləcək hündürlük yoxdur. Maksimal hündürlüyü 8 metrə çatır.
Yoldaş, səni kim apardı?
Yoldaş, səni kim apardı? — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun quruluşu == Əvvəlcə dəstəbaşı (usta, başçı, molla və ya hakim) seçilir. Dəstəbaşı (usta, başçı, molla və ya hakim) iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar iki dəstəyə bölünürlər. Dəstələr sıra ilə ard-arda düzülürlər. Geridə düzülmüş dəstədən bir uşaq gəlir, onlardan birinin arxasından irəli itələyib aparır. Aparılan uşaq geri baxmamalı, ancaq himlə onu aparan uşağı tanımalıdır. Yoldaşlarından biri aparılan uşağa bərkdən deyir: - Yoldaş, səni kim apardı? Uşaq aparanı tapa bilsə, onu da götürüb öz yoldaşlarının içinə qayıdır, dəstədə bir nəfər artır.
Yoldaş Alyoşa (film, 1979)
== Məzmun == Film 26 Bakı komissarından birinə — Alyoşa Caparidzeyə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Musa Bağırov Ssenari müəllifi: Emil Ağayev Operator: Kənan Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
İki yoldaş (film, 1934)
İki yoldaş — Rejissor Aleksandr Makovskinin filmi. == Məzmun == Film uşaqlara həsr olunmuşdur. Kinoplakatda Petka və Artyuşa adlı iki dost haqqında söhbət gedir. Valideynləri bu uşaqları düşərgəyə buraxmırlar. Onlar günlərini şəhərin küçələrində keçirərək həyatlarını təhlükə altında qoyurlar. == Haqqında == Film Rusiya Dövlət Kino Arxiv Fondunda idi. 2011-ci ildə Azərbaycan Film Fonduna göndərilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Anna Yan Quruluşçu rejissor: Aleksandr Makovski Quruluşçu operator: İvan Manakov Quruluşçu rəssam: G.Əliyev Operator assistenti: Leonid Koretski == İstinadlar == == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov.

Значение слова в других словарях