YARA-PARA

bax yara-xora.
YARA-XORALI
YARADAN
OBASTAN VİKİ
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Baba Yara stadionu
Baba Yara stadionu (ing. Baba Yara Stadium) və ya əvvəlki adı ilə Kumasi Sports stadionu (ing. Kumasi Sports Stadium) — Qananın Kumasi şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 40,528 nəfərdir ki, bu göstəriciyə görə Qananın ən böyük stadionudur. "Asante Kotoko" komandası ev oyunlarını burada keçirir. 2008-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Belen (Para)
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Para-Velosipedl
Paravelosiped – fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş velosiped idman növü. Paravelosipedin yaranma tarixi 1980-ci illərə təsadüf edir. Elə həmin vaxtdan da idmançılar arasında yayılmağa başlayıb. İlk vaxtlar öndə pilot, arxada isə idmançı oturmaqla para-velosiped ilə görmə məhdudiyyəti olan şəxslər yarışıblar. İllər keçdikcə para-velosiped yarışlarına serebral iflicdən əziyyət çəkən, ayağı və ya əli amputasiya olunan, hətta əlil arabasından istifadə edənlər də qatılmağa başlayıb. 1984-cü ildə bu yarış növü Nyu-Yorkda öz paralimpiya debütünü edib. 12 ildən sonra isə Atlantada trek növü paravelosiped Paralimpiya Oyunlarına daxil edildi. Azərbaycanda bu idman növünün "Handcycle" növü rəsmi olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində 1 noyabr 2018-ci ildə fəaliyyətə başlayıb. 1 – 15 sentyabr 2019-cu il tarixlərində Hollandiyanın Emmen şəhərində keçirilən dünya çempionatında Azərbaycanı paravelosiped idman növü üzrə Mehman Ramazanzadə təmsil edib.
Aşağı Para (Sayınqala)
Aşağı Para (fars. پاره سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (26 ailə).
Para-aminobenzoy turşusu
Para-aminobenzoy turşusu (vitamin B10) –aminoturşudur, benzoy turşusunun törəməsidir, təbiətdə geniş yayılmışdır. Para-aminobenzoy turşusu (PABT) 1863-cü ildə alınmışdır. 1939–1940-cı illərin tədqiqatları göstərmişdir ki, bəzi bakteriyalar və mayaların ekstraktlarının tərkibində sulfanilamid preparatların bakteriostatik təsirinə antaqonistik təsirli maddə vardır . Müəyyən edilmişdir ki, bu maya ekstraktın aktiv başlangıcı öz kimyəvi quruluşuna görə para-aminobenzoy turşusundan ibarətdir. Onun kimyəvi formulu: NH2-C6H4-COOH, C7H7NO2 P-aminobenzoy turşusu ət, qara ciyər, yumurtanın ağından və başqa yeyinti məhsullarından ayrılmışdır. Para-aminobenzoy turşusu ağ, kristallik toz şəklində olur; uzun müddət saxlandıqda hava və işığın təsirindən sarımtıl rəng alır. Para-aminobenzoy turşusu soyuq suda nisbətən pis həll olur, isti suda və spirtdə yaxşı həll olur, qələvilərdə asan həll olur; termostabildir. Bu turşu məhlulunu 1100C-yə qədər qaynatdıqda da öz aktivliyini itirmir. Oksidləşdiricilərin və dəmir duzlarının təsitindən tez dəyişir. Prokainesterazin təsirindən novokain hidroliz olur və bunun nəticəsində para-aminobenzoy turşusu və dietilaminoetanol alınır.
Para (pul vahidi)
Para (türk. para, serb. пара, rum. para) — müxtəlif ölkələrdə xırda pul vahidinin adı. Para ilk dəfə 1623-cü ildə Osmanlı İmperiyasında gümüş sikkə şəklində buraxılmışdır. Əvvəlcə sikkənin çəkisi 1,1 q idi, 19-cu əsrin əvvəllərində tədricən azalmağa başladı və 0,22 q çatdı. Gümüşün əyarı da düşürdü. Məsələn, 1757-ci ildə sikkələr 520-ci, 1800-cü ildə isə 420-ci əyarlı gümüşdən zərb edilirdi. 1687-ci ildən ikiqat para da zərb edilməyə başlandı. Avers hissəsində sultanın adı, reversdə isə zərb olunma yeri və tarixi qeyd olunurdu.
Yuxarı Para (Sayınqala)
Yuxarı Para (fars. پاره عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (17 ailə).
La noche es para mí
"La noche es para mí", (azərb. Mənim üçün gecə‎) 2009 Avroviziya Mahnı Müsabiqəsində Soraya Arnelasın İspaniya adına səsləndirdiyi mahnıdır. Mahnı Irini Michas, Dimitri Stassos və Jason Gill tərəfindən bəstələndi və mahnının sözləri Felipe Pedroso tərəfindən yazıldı. == Ümumi == Mahnı əvvəlcə 2007-ci ildə Yunanca olaraq "Əfvdə Pou Ksereis" adı ila bəstələndi. Əvvəl Helena Paparizou üçün təklif edilən mahnı Paparizou tərəfindən imtina edildi. Mahnı, daha sonra söyləməsi üçün Maro Lytraya təklif edildi. Ən sonunda Chrispaya təklif edilən mahnının Yunanıstanın 2008 mahnısı olması üçün istifadə edilməsi düşünüldü. Mahnı bu üç müğənni tərəfindən də istifadə edilməyincə 2009 ili üçün uyğun sənətçi axtarıldı. Soraya və prodüserləri Sin Miedo albomu üçün mahnını almağa qəbul etdi. 13 oktyabr 2008-ci ildə nümayiş olunan albom İspanca olduğundan, mahnı da İspan dilində olaraq yazılaraq alboma alındı.
Para-cüdo üzrə Avropa Çempionatı
Para-cüdo üzrə Avropa Çempionatı — para-cüdo idman növü üzrə 2 ildə bir dəfə baş tutan Avropa Çempionatı.
Si vis pacem, para bellum
Si vis pacem, para bellum (lat. : [siː wiːs ˈpaːkemː ˈpara ˈbellumː]) "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" {ikinci şəxsin tək halı} kimi tərcümə olunan latınca atalar sözüdür. "Si vis pacem, para bellum" ifadəsi, Latın müəllifi Publius Flavius Vegetius Renatusun De Re Militarinin traktında tapılmış bir ifadəyə uyğundur, burada həqiqi ifadələrin "Igitur qui desiderat pacem, praeparet bellum" ("Bu səbəbdən, barışıq istəyənlər müharibəyə hazırlaşsın. "). [1] [2] Təqdim etdiyi fikir Platonun Nomoi (Qanunlar) və Çinli Şi Ji kimi əvvəlki əsərlərdə də yer alır. [3] [4] [5] Bu ifadə sülh şərtlərinin tez-tez zərurət yarandıqda müharibə etməyə hazır olması ilə qorunub saxlandığına dair əks fikirləri təqdim edir. Mənbə nə olursa olsun, bu atalar bir sıra dillərdə müxtəlif fikirlərin hazırlanmasında istifadə olunan canlı bir söz maddəsinə çevrilmişdir. Si vis bellum para pacem Məsələn, tarixçi Louis Antuan Fauvelet de Bourrienne Napoleon Bonapartın xarici siyasətinə istinad etdi: [6] Hər kəs bu məsəldən xəbərdardır ... Bonaparte bir Latın alimi olsaydı, çox güman ki, bunu tərsinə çevirib, Si vis bellum para pacem deyərdi. Başqa sözlə, müharibə planlaşdıran bir lider, sülhü inkişaf etdirərək digər xalqları gözdən salmalıdır.
Xırda-para cinayətlər (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
2005 Para-cüdo üzrə Avropa Çempionatı
2005 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə I Para-cüdo üzrə Avropa Çempionatı — 2005-ci il aprelin 2-dən 6-na qədər Niderlandın Vlardinqen şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2007 Para-cüdo üzrə Avropa Çempionatı
2007 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə II Para-cüdo üzrə Avropa Çempionatı — 2007-ci il mayın 17-dən 21-nə qədər Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2009 Para-cüdo üzrə Avropa Çempionatı
2009 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə III Para-cüdo üzrə Avropa Çempionatı — 2009-cu il iyulun 3-dən 5-nə qədər Macarıstanın Debreçen şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2011 Para-cüdo üzrə Avropa Çempionatı
2011 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə IV Para-cüdo üzrə Avropa Çempionatı — 2011-ci il noyabrın 17-dən 20-nə qədər Birləşmiş Krallıqın Kroli şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2013 Para-cüdo üzrə Avropa Çempionatı
2013 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə V Para-cüdo üzrə Avropa Çempionatı — 2013-cü il deкabrın 4-dən 6-na qədər Macarıstanın Eger şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2015 Para-cüdo üzrə Avropa Çempionatı
2015 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə VI Para-cüdo üzrə Avropa Çempionatı — 2015-ci il noyabrın 25-dən 30-na qədər Portuqaliyanın paytaxtı Lissabon şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2017 Para-cüdo üzrə Avropa Çempionatı
2017 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə VII Para-cüdo üzrə Avropa Çempionatı — 2017-ci il avqustun 4-dan 5-nə qədər Birləşmiş Krallıqın Uolsoll şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.

Значение слова в других словарях