yaralı yerə dəymək (birinin gizli dərdi haqqında danışmaq, zəif yerinə toxunmaq)

to rub salt into someone’s wound / to aggravate the wound (to torment someone) / to get someone going / to tread on someone’s pet corn / to step on someone’s toes / to touch a very sore spot / to tread on someone’s toes / to hit someone where it hurts / to cut someone on the raw / to sting someone to the quick / to prick someone’s vanity бередить рану / сыпать соль на рану (волновать, тревожить, беспокоить) / задеть за живое / наступить на чью-либо любимую мозоль
yaralı qabana dönmək
Yaralı yerimə dəymə.
OBASTAN VİKİ
İkimizin yerinə
İkimizin yerinə - Sərənay Sarıqaya və Nəjay İşlərin baş rolda oynadıqları 2016-cı il istehsalı türk dram filmi. Filmin rejissoru Umur Turaqay, ssenaristi Pınar Buluddur. Film Sərənay Sarıqayanın baş rolda çıxış etdiyi ilk filmidir. 21 oktyabr 2016-cı ildə ilk dəfə göstərimə girən film 3 gündə 330 min baxış əldə etmişdir. Filmin çəkilişləri Bursada olmuşdur. Filmin Almaniya premyerası Berlindəki "Cineplex Alhambra" sinemasında, Azərbaycanda isə Bakıda baş tutmuşdur. Balaca bir qəsəbədə yaşayan Çiçək özünü anasının təlqin etdiyi həyatda sıxışıb qalmış kimi hiss edəndə qəsəbəyə yenicə gələn ədəbiyyat müəllimi Doğana aşiq olur. Doğan bu yasaq sevgiyə nə qədər dirənsə də, Çiçəkdən uzaq dura bilmir. Halbuki bu sevgi təkcə onların deyil, həm də bir ailənin taleyini dəyişdirəcək.
Zəif bənd
Zəif bənd — televiziya oyunu. Layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC telekanalında yayımlanmağa başlayıb. Bu layihəni Anna Robinson adlı məşhur qadın aparıcı yaratmışdır. Bu veriliş həm də bilik oyunudur. Sonralar veriliş Azərbaycan, ABŞ, Sinqapur, Türkiyə, Rumıniya, İspaniya, Meksika, İtaliya, İsrail, Makedoniya Respublikası, Cənubi Afrika, Tailand, Sloveniya, Fransa, Honkonq, Braziliya, Almaniya, Çili, Şimali Koreya, Yaponiya, Çin, Çexiya, Yunanıstan, Şotlandiya, İrlandiya, Livan, Rusiya, Serbiya, Portuqaliya və Polşada yayımlanmağa başlayıb. Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanmışdır. İlk aparıcısı Kamilə Babayeva olmuşdur. 2006–2011-ci illərdə veriliş dayandırılmışdır. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılmışdır.
Zəif dazı
Zəif dazıotu
Zəif keçid
Zəif keçid — proqramlaşdırmada zəif istinad zibil toplanması və ya istinadların hesablanması ilə sistemlərdə dinamik şəkildə yaradılmış obyektlərə xüsusi istinad növüdür. Güclü istinadlardan onunla fərqlənir ki, zibil toplayıcı silinəcək obyektləri müəyyən edərkən istinadla obyektin əlaqəsini nəzərə almır. Beləliklə, zəif istinad güclü istinad kimi obyektlə işləməyə imkan verir, lakin lazım gələrsə, ona zəif istinad olsa belə, obyekt silinəcəkdir. Adi istinadlar bəzən zibil yığımı kontekstində "güclü" istinadlar adlandırılır. Zəif istinad anlayışı zibil yığılmasını dəstəkləyən sistemlərdə və proqramlaşdırma dillərində mövcuddur — istifadəsi dayandırılmış və artıq bərpa edilməyəcək obyektlərin yaddaşdan avtomatik çıxarılması. Zibilin toplanmasına məruz qalan obyektləri müəyyən etmək üçün əlçatanlıq alqoritminin bu və ya digər versiyası istifadə olunur — proqramda ən azı bir istinad olduqda obyekt əlçatan sayılır. Proqramda obyektə bir dənə də olsun istinad qalmadıqda, yəni obyektin istifadəsi dayandırıldıqda, belə obyekt növbəti uyğun anda silinə bilər. Yaddaşın boşaldılması üçün təsvir edilən mexanizm bəzi hallarda "unudulmuş" istinadlara görə yaddaş sızması yarada bilər, yaradılmış obyektlərə istinadlar bir neçə yerdə saxlandıqda və obyekt artıq istifadə edilmədikdə proqramçı onların hamısını silmir. Problemlərin qarşısını almaq üçün proqramçı bağlantıların istifadəsində kifayət qədər sərt nizam-intizama riayət etmək məcburiyyətində qalır ki, bu da həmişə əlverişli deyil. Belə problemlərin qarşısını almaq üçün proqramlaşdırma dili və ya mühiti zəif istinadlar adlandırılanları dəstəkləyə bilər.
Yaralı mələk
Yaralı mələk (fin Haavoittunut enkeli) – Fin simvolist ressam Hüqo Simberqin 1903-cü ildə çəkdiyi tablo. Simberqin ən məşhur əsərlərindən biri olan Yaralı mələk Ateneum sənət muzeyi tərəfindan 2006-cı ildə keçirilən bir səsvermə ile Finlandiyanın "millî tablosu" seçilmiştir. Simberqin digər tabloları kimi Yaralı mələk də ciddi bir atmosfer yaradır. Tabloda əsas fiqur olan mələyin gözlərinin ətrafı bir sarıqlıdır ve qanadında qan ləkələri var. Mələyi daşıyan iki gənc, yas tuturmuş kimi, tünd rəngli paltarlar geyiniblər. Bu gənclərdən sağ tərəfdə duran tablonu seyr edən şəxsə ciddi bir ifadə ilə baxır. Tablo Helsinkidəki Ateneum muzeyində sərgilənməkdədir.
Yaralı şəfaçı
Yaralı şəfaçı — psixoloq Karl Yunq tərəfindən irəli sürülən termin. Terminin mahiyyəti odur ki, psixoanalist özü "yaralı" olduğu üçün özünü pasiyentləri sağaltmağa məcbur hiss edir. Bu ideyanın kökünün yunan mifologiyasından gəldiyi ehtimal olunur. Araşdırmalar göstərir ki, konsulerlərin ve psixoterapevtlərin 73,9%-i onların məhz bu peşəni seçmələrinə səbəb olan bir və ya daha çox yaralanma təcrübəsi yaşayıb. Psixoanalistlə pasiyent arasındakı münasibət fərqli ola bilər: Psixoanalist öz yaralarından xəbərdardır. Bu yaralar müəyyən vəziyyətlərdə, xüsusilə də pasiyentin yaraları özününkünə bənzəyirsə, aktivləşə bilər. Analiz olunan yaralar psixoanalistin öz yaralarına təsir edir. O, şüurlu və ya şüursuz şəkildə bunu pasiyentə ötürür, bu da öz növbəsində psixoanalist ilə pasiyent arasında şüursuz bir əlaqənin yaranmasına səbəb olur.
Yaralı təxliyəsi
İtki təxliyəsi, həmçinin itki evakuasiyası, tələfat təxliyəsi, tələfat evakuasiyası, yaralı təxliyəsi və ya yaralı evakuasiyası — döyüş bölgəsindən ölü və yaralıların təcili formada təxliyə edilməsini nəzərdə tutan hərbi termin. İtki təxliyəsi və tibbi evakuasiya (MEDEVAC) arasındakı əsas fərq ikincidə yolda qayğı göstərən standartlaşdırılmış və ixtisaslaşmış avtomobildən istifadə edilməsidir. İtki təxliyəsində standartlaşdırılmamış və qeyri-spesifik avtomobillərdən istifadə edilir. Bu zaman yolda texniki xidmət göstərilməyə bilər.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Gizli Doktrina
Müqəddəs Kitablar, dünya planetini idarə edən Yüksək Ruhani Planlar tərəfindən, təkamülün yolunda ilərləməsi üçün bəşəriyyətə müxtəlif zamanlarda endirilən İlahi bilgilərdir. Bu bilgilər, ucsuz bucaqsız maddə Kainatı içində, varlıqların ən ideal şəkildə əsas yolda ilərləməsini və təkamülünü tənzimləmək üçündür. Müqəddəs kitablar, ümumiyyətlə üç əsas məsələni işləyir və bunları əhatə edəcək şəkildə endirilir: keçmişin biliyi, indinin biliyi və gələcəyin biliyi. Varlıqlardan, bu üçünü sintez edərək, indini yaşamaq, yorulmamaq və gələcəyi də bu şəkildə hazırlamaqları istənilir. Bu bir qanundur. Müqəddəs Kitablar, yerdə yaşayan bəşəriyyət üçün, bir və ortaq olan təkamülün həyata keçirilməsi üçün, bir-birindən daha mütəkamül olan bilgiləri əhatə edəcək şəkildə endirilir. Çünki, bəşəriyyətin ilərləyən təkamülü və bunun nəticələri üstdəki məsələlərin olmasını tələb edir. Dzayn kitabı, ən qədim Müqəddəs Kitablardan biri olmaqla yanaşı, o birilər kimi müəyyən dövlərdə təhrif edilmişdir. Buna bəşəri nöqteyi nəzərdən baxdığımız zaman, durulmamış və fırtınalı şəxsiyyətlərin və yetişkinləşməmiş idrakın bunları davamlı olaraq təhrif etdiklərini görürük. Yenə də keçmişdəki kozmik və antropolojik hadisələrin nələr ola biləcəyi haqqında və necə olduqları haqda müəyyən əsas bilgi verən Dzayn kitabı, keçmişin əsas və ən doğru bilgilərinin ortaya çıxardığı yaxın gələcəkdəki bilgi günləri üçün bir hazırlıq olması baxımından əhəmiyyətlidir.
Gizli Müsavat
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Gizli Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir. Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.
Gizli Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Gizli cəmiyyətlər
Gizli cəmiyyətlər — Fəaliyyətini gizli formada təşkil edən klub, təşkilat və cəmiyyətlərə verilən ad. Gizli cəmiyyətlərin toplumdan gizli və ya aşkar fəaliyyət göstərməsi hər bir cəmiyyətdə müxtəlif olmuşdur.
Gizli imza
Gizli imza — müəllifin bilərəkdən gizlədilməsi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatında xüsusilə geniş istifadə olunmuşdur. Açıq imza ilə çıxış etməyin çətin olduğu bu dövrdə ciddi, ictimai xarakterli yazıları gizli imza ilə dərc etdirmək daha münasib idi. Gizli imza ilə verilən əsərlərdə və müxbir məktublarında çarizm, hökumət məmurları, yerli hakimlər, mürtəce ruhanilər gülüş və satira hədəfinə çevrilirdi. Əsasən, satirik jurnallarda gizli imzalardan geniş istifadə olunmuşdur. Məsələn, 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox idi. Beləliklə də, "Molla" örtülü imza ilə mətbuatda çıxış etməyi "qanuni" bir şəkilə saldı. Doğrudur, bu, daimi deyil, müvəqqəti bir çıxış yolu idi. Çünki bir müəllifin üç-dörd yazısı dərc edildikdən sonra dil, ifadə və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də "Molla Nəsrəddin" jurnalında və başqa satirik orqanlarda gizli imza ilə iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular.
Gizli nitq
Gizli nitq və ya Xruşşovun məruzəsi — Sovet İttifaqı Kommunist partiyası XX konqresində baş katib Nikita Xruşşov tərəfindən 25 fevral 1956-cı ildə oxunan nitqdir. Nitqi zamanı Xruşşov, 1953-cü ilə qədər iqtidarda olan Sovet lideri İosif Stalin tərəfindən edilən yanlış hərəkətləri, orduda və partiyada reallaşdırılan repressiyaları, şəxsiyyətə pərəstişin yaradılmasını tənqid etdi. Xruşşov nitqində Stalini güclü şəkildə tənqid edərkən, Vladimir Leninə və Kommunist partiyasına sahib çıxacağını bildirirdi. Gizli nitq Xruşşov dövründə müşahidə olunan ümumi yumşalmanın bir parçasıdır. Eyni zamanda Sovet rəhbərliyi arasında davam etməkdə olan iqtidar mübarizəsinin nişanəsi idi. Xruşşov Stalinin iqtidarı zamanı hakimiyyətdə olan Sovet liderlərinin şəxsiyyətini mübahisə mənbəyi etməkdə idi. Bundakı məqdəsi 1953-cü ildə, Stalinin ölümündən sonra rəhbərliyə keçən Lavrenti Beriyanın kənarlaşdırılmasını və sonrasında edam edilməsini təşkil edən şəxs kimi ictimaiyyətin dəstəyini qazanmaq istəyir, həm də o dövrün güclü şəxsləri olan Vyaçeslav Molotov və Georgi Malenkov kimi liderlərə qarşı vəziyyətini gücləndirməyə çalışırdı. Xruşşovun etdiyi nitqə Gizli nitq deyilməsinin səbəbi nitqin gizli iclasda oxunmuş olmasıdır. Nitqin əsas mətni 3 mart 1989-cu ildə İzvestiya qəzetində nəşr edilmişdir. Nitqin mətni bu vəzifə üçün 31 yanvar 1955-ci ildə Mərkəzi Komitənin qərarı ilə xüsusi olaraq yaradılmış olan partiya komisisyası tərəfindən yazılmışdı.
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Gizli səsvermə
Gizli səsvermə - səsvermənin iradə ifadəsinə nəzarəti kənar edən səsvermə növü. İradə ifadəsinin sərbəstliyi bülletenlər, kürəciklər, yaxud xüsusi səsvermə maşınları vasitəsilə təmin olunur. Bülleten vasitəsilə gizli səsvermə daha geniş yayılmışdır. Bu halda seçici bülleteni xüsusi otaqda, yaxud kabinədə doldurur və seçki qutusuna atır. R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Gizli işsizlik
Gizli işsizlik — Bəzi insanlar işləyirmiş kimi görünə bilərlər, amma onların iqtisadi fəaliyyətlərə böyük bir faydaları olmurlar, buna gizli işsizlik deyilir. Bu cür işsizlik iqtisadi cəhətdən geridə qalmış və az inkişaf etmiş ölkələrdə müşahidə olunur. İşləyirmiş kimi görünən insanlar, hər hansı istehsala fayda versələr belə, işdən çıxdıqları zaman istehsalda heç bir azalma müşahidə olunmur. Bu cür işsizliyin aşkarlanması üçün, statistik məlumatların toplanmasını düzgün həyata keçirmək lazımdır.
Gizli informasiya
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Gizli informasiyalar

Gizli məlumat

Gizli məlumatlar

Gizli Mərkəz
Gizli Mərkəz (farsca:مرکز غیبی) — 1906-cı ilin oktyabrında Təbrizdə yaradılmış inqilabi təşkilat. Mərkəzi Təbriz şəhərində yerləşən və əsasən İran azərbaycanlılarının cəmləşdiyi bu təşkilat İran məşrutə inqilabında mühüm rol oynamışdır. Gizli Mərkəz Sosial Demokrat Partiyası ilə yaxın əlaqələrə malik idi. Sosial Demokrat Partiyası və ya digər adı ilə İctimaiyyun-Amiyyun Təbrizdə gizli əlaqələrə malik idilər. Onların Bakıdan olan 3 üzvü - Məşədi İsmayıl, məşədi Məhəmmədəli xan və Hacı xan - 1906-cı ilin oktyabrında yerli tacirlərin yardımı ilə təşkilatın ilk qolunun əsasını qoyurlar. Bu əsası qoyulan qrupa əsasən Gizli Mərkəz deyə müraciət edilirmiş. Tiflisdəki hümmətçilərlə yaxın əlaqələrə malik olan Azərbaycanlı radikal tacir olan Əli Müsyo bu qrupun rəhbəri kimi fəaliyyət göstərirdi. Yaradılmasından demək olar ki, dərhal sonra Gizli Mərkəz özünün silahlı mücahid dəstələrini formalaşdırmağa başladı. Bu mərkəzin yayın orqanı olan Mücahid Təbrizdə 1907-ci ilin sentyabrından yayımlanmağa başladı. Bu qəzet növbəti aylardan Rəştdə də yayımlandı və tədricən Gizli Mərkəz sayəsində İctimaiyyun-Amiyyunun təsiri bütün şimal vilayətlərinə yayıldı.
Gizli rejim
Gizli rejim — istifadəçilərə öz cihazlarından onlayn fəaliyyətlərinə dair heç bir iz qoymadan internetdən istifadə etmək imkanı verən veb brauzer xüsusiyyəti. Bu rejimdə brauzer öz əsas sessiyasından və istifadəçi məlumatlarından ayrı müvəqqəti sessiya yaradır. Axtarış tarixçəsi qeydə alınmır və kukilər və keş kimi sessiya ilə bağlı məlumatlar sessiya bitdikdən sonra silinir. Bu rejimlərin əsas məqsədi müəyyən bir baxış seansından olan məlumatların və tarixçənin cihazda qalmamasını və ya eyni cihazın digər istifadəçisi tərəfindən əldə edilməməsini təmin etməkdir. Veb tərtibatda səhifələrin ziyarətçilərə ilk dəfə necə göründüyünü test etmək üçün istifadə edilə bilər. Gizli rejim istifadəçilərin digər veb-saytlar və ya internet xidmət provayderi (ISP) tərəfindən izlənməsinin qarşısını almır. Bundan əlavə, müəyyən edilə bilən fəaliyyət izlərinin əməliyyat sistemindən istifadə edərək gizli rejim sessiyalarından, brauzerdəki təhlükəsizlik boşluqlarından və ya zərərli brauzer əlavələri vasitəsilə sızma ehtimalı var, hansı ki, bəzi HTML5 API-lərinin bu məqsədlə istifadə oluna biləcəyi aşkar edilmişdir. Apple-ın Safari brauzeri ilk dəfə 2005-ci ilin aprelində təqdim edilmiş bu funksiyanı özündə birləşdirən ilk böyük veb brauzerlərdən biri idi. Xüsusiyyət sonradan digər brauzerlər tərəfindən qəbul edildi və bu terminin 2008-ci ildə Internet Explorer 8-in beta versiyaları haqqında müzakirələr zamanı əsas xəbər agentlikləri və texnologiya saytları tərəfindən populyarlaşmasına səbəb oldu. Adobe Flash Player 10.1 versiyası lokal paylaşılan obyektlərin saxlanması ilə bağlı brauzer parametrlərinə və gizli rejimə uyğunlaşmağa başladı.