YARATMAQ

f.
1. Zəhmətlə, yaradıcı əməklə vücuda gətirmək. Əsər yaratmaq. Sənaye ocaqları yaratmaq. Alimlər yeni elektron maşınları yaratmışlar. Öz səadətini insan özü yaradır.
– Yaşamaq şirindir deyir hər zaman; Yaşamaq eşqilə yaradır insan! S.Vurğun.
[Kərimxan Xavərə:] …Biz sənin üçün də, oğlumuz üçün də xoşbəxt həyat, gözəl, işıqlı həyat yaradacağıq. M.İbrahimov.

// Ümumiyyətlə, vücuda gətirmək, meydana gətirmək, əmələ gətirmək.
Külək Keşlənin alçaq damları qabağında qum təpələri yaradırdı. M.S.Ordubadi.

// Doğurmaq, oyandırmaq.
[Səlimlə] son günlərin bərabər gəzişmələri, əski bir məzar daşının üzərində aparılan müsahibə Mehribanda yeni bir hiss yaratdı. S.Hüseyn.

// din. Xəlq etmək, yoxdan var etmək.
2. Təsis etmək, təşkil etmək; düzəltmək, qurmaq. Ordu yaratmaq. Təsərrüfat yaratmaq.
– “Molla Nəsrəddin” birinci olaraq bizdə satirik xarakter daşıyan jurnalistika məktəbi yaratmışdır. M.İbrahimov.

// Hazırlamaq, təmin etmək. İşləmək üçün şərait yaratmaq. Əfkari-ümumiyyə yaratmaq. Zəminə yaratmaq.
3. Əsər yazmaq, yaradıcılıqla məşğul olmaq.
Yarat, sən köçəndə ellər söyləsin; Dünyadan nə gözəl bir insan gedir. M.Rahim.
Qaranlıq daxmada gecə sübhədək; O, işıq naminə yazdı, yaratdı. B.Vahabzadə.

Синонимы

  • YARATMAQ qayırmaq — düzəltmək — qurmaq
  • YARATMAQ 1. YARATMAQ (müxtəlif mənalarda) ..ədəbiyyatın və incəsənətin inkişafı üçün də böyük imkanlar yaratmışdı (M
YARATMA
YARD

Значение слова в других словарях